Mövsümünə hələ var, amma qarpızlar artıq satışdadır - səbəb nədir?

Bazarlarda mövsümə uyğun olmayan meyvə və tərəvəzlərin satışı artıb. Məsələn, qarpız mövsümünün başlamasına hələ xeyli vaxt qalsa da, artıq uzun müddətdir marketlərdə bu məhsula rast gəlinir.
Mövsümündən əvvəl yetişdirilən qarpızlar nə dərəcədə təhlükəsizdir?
Mövzu ilə bağlı hedeftv.az-a danışan qida eksperti İlkin Şirinov bildirib ki, bu gün mövsümünə uyğun olmayan meyvə-tərəvəzlər, xüsusilə giləmeyvələr barədə danışarkən həmin məhsulların genetik modifikasiya olunmuş ola biləcəyi ehtimalı da irəli sürülür.
Onun sözlərinə görə, yəni bu meyvə-tərəvəzlərin insan sağlamlığı üçün heç bir xeyri yoxdur və ya hər hansı faydalı qida komponentləri ilə zəngin deyil:
"Burada azot gübrələrindən istifadə olunaraq istixana şəraitində yetişdirilmiş giləmeyvələr ola bilər. Mövsümündən əvvəl yetişdirilən giləmeyvələr və ya meyvələr bazara çıxarılır ki, əsas məqsəd onları daha yüksək qiymətə sataraq əlavə qazanc əldə etməkdir. Yəni burada insan sağlamlığı və onun ehtiyac duyduğu qida komponentləri çox vaxt nəzərə alınmır, əsas məqsəd daha çox qazanc əldə etməkdir.
Digər bir məsələ isə odur ki, əgər məhsul idxal olunandırsa, burada temperatur rejiminə əməl olunması, onun hansı şəraitdə yetişdirilməsi, eləcə də bu məhsulların ölkəmizdə yaşayan insanların ağız dadına uyğun olub-olmaması da nəzərə alınmalıdır.
Əgər bu gün mövsümündən əvvəl, məsələn qarpızdan, yemişdən, çiyələkdən danışırıqsa və mövsümün başlamasına hələ iki-üç ay qalmış bu məhsullar satışa çıxarılırsa, demək olar ki, burada tam təbii yetişdirmədən söhbət gedə bilməz. Burada gübrələr və digər stimullaşdırıcı vasitələr istifadə olunur və bu proseslərin mütəxəssis nəzarəti ilə aparılıb-aparılmaması sual doğurur.
Əgər bu gün təsərrüfat sahibləri adi sıradan bir işçiyə həmin gübrələrin istifadə olunmasını tövsiyə edirsə, məsələn “bu gübrədən filan kola iki yüz milli ver, bəs edər” kimi göstərişlər verirsə, bu qətiyyən yolverilməzdir. Bir daha qeyd edirəm ki, gübrələrin və kimyəvi vasitələrin istifadəsi mütləq mütəxəssis nəzarəti altında olmalıdır. Əks halda bu, insan sağlamlığı üçün risk yarada bilər. Burada nəticədə nə təsərrüfat sahibi, nə də işçi zərər görür, əsas ziyanı istehlakçılar çəkir".
566585
Ekspert qeyd edib ki, bu cür satışa çıxarılan məhsulların nümunələri Qida Təhlükəsizliyi İnstitutunda laborator analizdən keçirilməli və nəticələr əldə olunmalıdır:
"Onlara bir icazə sənədi verilsin ki, həqiqətən də bu məhsulların satışına icazə verilir, yaxud onların tərkibində insan sağlamlığı üçün risk yaradan gübrə komponentləri, azot birləşmələri və digər kimyəvi maddələr yoxdur.
Bütün bunlar təmin olunduqdan sonra, ən azı mövsümündən əvvəl satışa çıxarılsa belə, istehlakçılarda həmin məhsulların tərkibi və gübrələrin sağlamlığa mümkün təsiri barədə müəyyən məlumat formalaşmış olar".
Dün, 18:00
Restoranda "qusma rüsumu"- lüks məkan görünməmiş addım atdı
Dün, 17:30
271 nömrəli məktəbdəki olayın ŞOK pərdəarxası
Dün, 17:00
Hacıbaba Əzimov VƏFAT ETDİ
Dün, 16:30
Sabah yağış intensivləşəcək, qara keçəcək - PROQNOZ
Dün, 16:00
Xərçəngə qarşı peyvəndin tətbiqinə BAŞLANILDI
Dün, 12:00
TDT-yə üzv ölkələrin QHT-lərinin Forumu keçirilir
Dün, 11:30
Tramp Tayvana silah satışını dayandırdı
Dün, 11:00
Sabiq icra başçısı vəfat etdi
Dün, 10:30
Corat bağlarından meyit tapıldı
Dün, 10:00
Hantavirusa görə apteklərdə maska tapılmır
Dün, 09:30
WUF13-ə qeydiyyat başa çatdı
Dün, 09:00
Magistral yol çökdü, Bakıya giriş bağlandı
15-05-2026, 18:00
Dövlət torpağı almadan magistral yol çəkə bilərmi? – Mürtəce qanunla bağlı məsləhətləşmə
15-05-2026, 17:30
Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ - Qıtlıq gəlir, tədarük görün
15-05-2026, 17:00
Ukrayna “Turan birliyi”nə qoşulur-daha hansı dövlətlər var?
15-05-2026, 16:30
Etibarnamə ilə maşın sürənlərin nəzərinə - Gələn aydan...
15-05-2026, 12:00
Azərbaycan təmsilçisi "Avroviziya - 2026"nın finalına çıxa bilməyib
15-05-2026, 11:30
Taksidən istifadə edən sərnişinlərin NƏZƏRİNƏ
15-05-2026, 11:00
Film kimi HADİSƏ - Vəzifəli şəxs inək cəsədinin içində ölkədən qaçdı
15-05-2026, 11:00
Vado Korovinin "Space" TV-dəki kadrları işdən çıxarıldı - FOTO
15-05-2026, 10:30
Kiyevə dəhşətli raket hücumu: ölənlərin sayı artdı
15-05-2026, 10:00
Tam şəffaf olmaq üçün işimiz çoxdur - mədəniyyət naziri
15-05-2026, 09:30
Toylar Azərbaycan incəsənətini yaşadan platformadır - NAZİRDƏN AÇIQLAMA
15-05-2026, 09:00
Nazirlik kitabxanaları bağlamır, əksinə onları əlçatan edir - NAZİR
14-05-2026, 18:00
Bakıda bu ərazidə yaşayırsınızsa, evinizin qapısı DÖYÜLƏCƏK - SƏBƏB
14-05-2026, 17:30
Bu ölkədə yanacaq bitdi, paytaxt elektriksiz qaldı - Xalq küçələrə axışdı
14-05-2026, 17:00
Fərdi həkim kimi işləmək istəyənlər üçün TƏLƏBLƏR