Zibil təmizlənməsinə görə mükafat: Avropa paytaxtında yeni təşəbbüs

Avropanın daha bir paytaxtı turistləri qaydalara əməl etməyə cəza ilə deyil, mükafatlarla həvəsləndirmək qərarına gəlib. Berlində "BerlinPay” adlı yeni təşəbbüsə start verilir. Bu proqram çərçivəsində səyahətçilər "yaşıl” və sosial faydalı fəaliyyətlərinə görə mükafatlandırılacaqlar.
hedeftv.az xəbər verir ki, bu barədə "TimeOut” nəşri yazır.
Məqalədə qeyd olunur ki, Almaniya paytaxtı qeyri-rəsmi atmosferi ilə tanınsa da, son dövrlərdə artan turist axını ilə yanaşı zibil probleminin də kəskinləşməsi ilə üzləşib. Məhz buna görə şəhər bu problemin həllinə ziyarətçiləri də cəlb etməyə qərar verib.
Proqramın mahiyyəti ondan ibarətdir ki, turistlər faydalı fəaliyyətlərə görə bonuslar qazanırlar. Məsələn, zibil toplamaq, yerli sosial layihələrdə iştirak etmək və ya ictimai məkanların abadlaşdırılmasına kömək etmək buna daxildir. Bunun müqabilində onlar müxtəlif mükafatlar əldə edə bilirlər: pulsuz və ya endirimli muzey biletləri, tərəfdaş restoranlarda yeməklər və ya xüsusi hazırlanmış şəhər tədbirlərində iştirak imkanı.
Qeyd edilir ki, bu yanaşma cəza mexanizminə deyil, müsbət stimullaşdırmaya əsaslanır. Oxşar model artıq Kopenhagendə "CopenPay” proqramı vasitəsilə sınaqdan keçirilib. Həmin proqramda turistlər şəhərə qatarla səyahət etdiklərinə görə belə bonuslar əldə edirdilər. Berlin isə bu təcrübəni daha da inkişaf etdirməyi planlaşdırır və daha məsuliyyətli turist davranışının şəhərlə daha sıx əlaqə yaradacağını düşünür.
"BerlinPay” proqramının bu yay xüsusi kampaniya formatında istifadəyə verilməsi planlaşdırılır. Bu il əsas mövzu su turizmi olacaq. Diqqət şəhərin su hövzələrinə yönəldiləcək: iştirakçılar çay kənarlarında zibil yığa və ya kiçik ictimai təşəbbüslərə qoşula biləcəklər, eyni zamanda şəhəri fərqli prizmadan tanıyacaqlar.
Məlumata görə, ötən il Berlinin təmizliyinə 13,1 milyon avro xərclənib ki, bu da əvvəlki illə müqayisədə daha çoxdur. Turistlər problemin yeganə səbəbi olmasa da, proqram onları həllin bir hissəsinə çevirməyi hədəfləyir.
Şəhər rəhbərliyi ümid edir ki, bu cür təşəbbüslər yalnız pulsuz ekskursiyalar və yemək kimi bonuslarla turistləri cəlb etməyəcək, həm də səyahət mədəniyyətini daha məsuliyyətli və iştirakçı yönümlü edəcək.
Xatırladaq ki, 2024-cü ildən etibarən Danimarkanın paytaxtı Kopenhagendə səfər edən və ekoloji məsuliyyət nümayiş etdirən turistlər pulsuz içki, yemək və əyləncə ilə mükafatlandırılır. Bu, şəhərin "CopenPay” turizm proqramı çərçivəsində həyata keçirilir. Bildirilir ki, aksiyaya 24 məkan, o cümlədən Danimarka Milli Muzeyi, "CopenHill” ictimai məkanı, su üzərində aktiv istirahət mərkəzi "Green Kayak” və "Absalon” food hall-ı qoşulub.(qaynarinfo)
Bugün, 11:30
Ordudan yeni tərxis olunan gəncin meyiti tapıldı - FOTO
Bugün, 11:00
Qonşu ölkədə şagirdlərin telefonlarına nəzarət gücləndi: Xüsusi SIM-kartlar tətbiq olunacaq
Bugün, 10:30
Bakıda TƏHLÜKƏ: 100 ildən çox yaşı olan qamış bina hər an uça bilər
Bugün, 10:00
“Titanik” sərnişininin xilasedici jileti bu qiymətə satılıb
Bugün, 09:30
Zibil təmizlənməsinə görə mükafat: Avropa paytaxtında yeni təşəbbüs
Bugün, 09:00
Niyə bəzi insanlar yaşlandıqca daha mehriban, digərləri isə sərt olur?
18-04-2026, 18:00
Bu ölkədə turist daşıyan eşşəklərə limit tətbiq edildi
18-04-2026, 17:30
Yeniyetmələr arasında şiddəti bitirəcək 3 strategiya: zorakılığa meyilli uşaqlar bunları edir
18-04-2026, 17:00
Psixoloq: Gənclər buna görə valideyn olmaq istəmirlər
18-04-2026, 16:30
Həmin təcili yardım maşınının sürücüsü - Həbs edildi
18-04-2026, 16:00
Azərbaycanda oğlu məktəbdə söyülən ata belə "qisas" aldı
18-04-2026, 12:00
Azərbaycanda heyvan satışı bazarları ilə bağlı yeni qadağa
18-04-2026, 11:30
Polkovnik-leytenantın oğlunu öldürənə hökm oxundu
18-04-2026, 11:00
Vəfa Şərifova özünə belə haqq qazandırdı: “Camaat 100 ev yıxıb, mən 1 ev yıxmışam”
18-04-2026, 10:30
Bakının mərkəzində tarixi binaya MÜDAXİLƏ
18-04-2026, 10:00
Şokoladın gizli təhlükələri ortaya çıxdı
18-04-2026, 09:30
Ağrı Dağının kosmosdan görüntüsü yayıldı – "GöyTürk-2B" peyki çəkdi
18-04-2026, 09:00
Başlıbel qətliamından 33 il ötür
17-04-2026, 18:00
Vətəndaş nikahında aliment ödənilir?
17-04-2026, 17:30
“AzEdu Təhsil Analitika Mərkəzi” yaradılır - Təhsildə yenilik
17-04-2026, 17:00
“Bu, mənim üçün ikinci təhqirdir” – Elza Seyidcahan məhkəmə qərarına üsyan etdi
17-04-2026, 16:30
Baş nazirdən hava limanları ilə bağlı QƏRAR
17-04-2026, 16:00
Azərbaycanlılarla ermənilər bir müddət görüşməyəcək
17-04-2026, 12:00
Texnologiyada ŞOK sıçrayış – Ölən insanlarla “danışmaq” mümkün olacaq – VİDEO
17-04-2026, 11:30
Bakının mərkəzində 10-dan çox ağac kəsildi - Araşdırma başladı
17-04-2026, 11:00
Paşinyan konsert verir
17-04-2026, 10:30
Bakı-Quba yolunda yük və minik avtomobilləri toqquşdu - FOTOLAR