Bu ölkədə bakirə qızın susması nikaha razılıq sayılacaq

Əfqanıstanda hakimiyyətdə olan Taliban hökuməti ailə münasibətləri, nikah və boşanma qaydalarını tənzimləyən yeni qanun qəbul edib.
hedeftv.az xarici mediaya istinadən xəbər verir ki, Taliban lideri Hibatullah Axundzadənin təsdiqlədiyi 31 maddəlik “Həyat yoldaşları arasında ayrılıq prinsipləri” adlı sənəd Əfqanıstanın rəsmi qəzetində dərc olunub.
Qanunda ən çox diqqət çəkən məqamlardan biri bakirə qızın susmasının nikaha razılıq kimi qəbul edilməsidir. Sənədə əsasən, bakirə qız etiraz etmədiyi halda bu, evliliyə razılıq hesab oluna bilər. Lakin eyni qayda oğlanlara və əvvəllər evli olmuş qadınlara aid edilmir.
Yeni qanun müəyyən hallarda azyaşlıların evləndirilməsinə də imkan yaradır. Sənədə görə, ata və baba azyaşlı uşaqların nikahı ilə bağlı qərar verə bilər. Əgər bəy “ictimai baxımdan uyğun” hesab olunarsa və mehr dini normalara uyğun müəyyən edilərsə, belə nikah etibarlı sayıla bilər.
Qanunda həmçinin “büluğa çatdıqdan sonra seçim hüququ” prinsipi də yer alıb. Bu qaydaya əsasən, uşaqlıq dövründə bağlanan nikah tərəfin istəyi ilə sonradan ləğv edilə bilər. Lakin bunun üçün dini məhkəmələrin razılığı tələb olunur.
Sənəd Taliban hakimlərinə zina, din dəyişdirmə, ərinin uzun müddət itkin düşməsi və digər ailədaxili mübahisələrə müdaxilə etmək səlahiyyəti də verir. Müəyyən hallarda məhkəmələr ayrılıq, həbs və digər cəzalar tətbiq edə bilər.
Qeyd edək ki, Talibanın 2021-ci ildə yenidən hakimiyyətə qayıtmasından sonra Əfqanıstanda qadınların hüquqları ilə bağlı məhdudiyyətlər daha da sərtləşdirilib. Qızların 6-cı sinifdən sonra təhsil almasına qadağa qoyulub, qadınların universitetlərdə oxuması məhdudlaşdırılıb, onların iş, səyahət və ictimai həyatda iştirakı ciddi şəkildə məhdudlaşdırılıb.
Bugün, 12:00
Okeanın dibində səssiz böhran: Tək bir kabelin qırılması bir ölkəni iflic edə bilər
Bugün, 11:30
Azərbaycan Kərkükdə 150 ailəyə bayram sovqatı çatdırıb
Bugün, 11:00
Azərbaycanda ən çox maaş hansı işlərdə verilir... - SİYAHI
Bugün, 10:30
Azərbaycanla bu ölkə arasında memorandum imzalandı
Bugün, 10:00
Atalıq məzuniyyəti ilə bağlı maraqlı statistika açıqlandı
Bugün, 09:30
Bu ölkədə bakirə qızın susması nikaha razılıq sayılacaq
Bugün, 09:00
Daha bir maye qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırıldı
Dün, 18:00
Azərbaycanlı yazıçı Bakıdan deport olundu — FOTO
Dün, 17:30
Birinci kurs tələbəsi vəfat etdi
Dün, 17:00
Yeniyetmələr yol ayrıcında: AUE -nin milli variantı– Allah Uzaq Eləsin
Dün, 16:30
ABŞ-nin bu addımını “əxlaqsız” adlandırdı
Dün, 16:00
Anomal yağıntılar məhsul qıtlığı yarada bilər? – Mütəxəssis deyir ki...
Dün, 12:00
Bu içki marketlərdən yığışdırılır - Tərkibində spirt aşkarlandı
Dün, 11:30
Benzinin qiyməti superdövləti diz çökdürdü – bu səbəbə görə
Dün, 11:00
"McDonald'sla bu iki şirkət bağlana bilər
Dün, 10:30
Məktəbli həyatını itirdi
Dün, 10:00
Dünyanın ən yaxşı ölkələrinin reytinqi açıqlandı – lider dəyişmədi
Dün, 09:30
“Tok” maşını alanların NƏZƏRİNƏ – Elektromobillərə MARAQ niyə azalır?
Dün, 09:00
Çingiz Mustafayevə yüksək vəzifə verildi
18-05-2026, 18:00
Adam "heç nə" satdı, 18 min dollar qazandı
18-05-2026, 17:30
Gələn ay Ombudsmanların Bakı Sammiti keçiriləcək
18-05-2026, 17:00
Gürcüstanın Baş naziri Azərbaycana səfərə gəlib
18-05-2026, 16:30
Epşteynin on yeni qurbanı - Nəhəng material bazası araşdırılır
18-05-2026, 16:00
“Maşın” şou yenidən başlayır
18-05-2026, 12:00
Bakının ev sahibliyi etdiyi WUF13 dünya mediasının diqqət mərkəzindədir
18-05-2026, 11:30
Kapitalizmin psixologiyaya təsirləri: Niyə daim tükənmiş hiss edirik?
18-05-2026, 11:00
Tanınmış jurnalist həbs edildi