Rusiyanın “Qafanda konsulluq açacağıq” bəyanatı: Kreml “mətbəx”ində nə bişir? - TƏHLİL
Gündəm / Sosial
Oxunub: 110
4 Ağu 2023 | 21:08
Rusiyanın “Qafanda konsulluq açacağıq” bəyanatı: Kreml “mətbəx”ində nə bişir? - TƏHLİL


Rusiyanın Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə Dördüncü departamentinin direktoru Denis Qonçar ölkəsinin Qafqazda konsulluq açmaq planı barədə bəyanat verib.

Qafanda İran konsulluq açıb, Fransa da növbəsini gözləyir, ardınca Rusiyadan belə bəyanat səsləndirilməsi belə bir məntiqi nəticə hasil edir:

Moskva-Tehran-Paris fərqli məntiqlə Qafana göz diksələr də, bu fərqlilikləri aradan qaldırıb, onu eyni qövsün içərisinə salmağa cəhdlər müşahidə edilir. Üçbucaq yaradılmasında Fransa-İran sövdələşmələrinin əsas təşəbbüskar rolu olduğu müəyyən oluna bilər.

İranın məntiqi Azərbaycanın və Türkiyənin Zəngəzur dəhlizi açıldıqdan sonra qazana biləcəyi strateji qazancları bloklamaqdan ibarətdir.

Fransanın strateji düşüncəsi qlobal arenada itirilən mövqelərini Cənubi Qafqazdakı vəziyyətə müdaxilə edib münaqişəli vəziyyət yaratmaq hesabına kompensasiya etməkdir. Bildirək ki, Parisin də məntiqində Bakı-Ankara strateji müttəfiqliyinə qarşı münasibət mənfidir.

Rusiyanın düşüncələri isə fərqli oktavadadır, o, əsasən, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində Qərbin aktivliyinə reaksiya olaraq Qafan faktorundan şantaj kimi istifadə edir.

Hərçənd, Rusiya Zəngəzur dəhlizinin açılmasının əleyhinə kəskin bir mövqeyə malik deyil. Moskvanın planındakı ştrixlər belədir ki, Bakı-İrəvan gündəliyindəki Qərb mərkəzli irəliləyişlərə cavab olaraq özünün iştirakı olan yeni faza yaratsın.

Denis Qonçarın başqa bir bəyanatındakı nöqtənin Azərbaycan-Ermənistan sülh gündəliyinin işığında böyüməsi belə demək üçün əsasdır.

Qonçardan sitatlar:

- Azərbaycanla Ermənistan arasında keyfiyyət nəzərə alınmadan və lazımi hazırlıq aparılmadan imzalanacaq sülh sazişi gələcəkdə regionda yeni münaqişə ilə nəticələnəcək;
- Vaxtaşırı Qərb paytaxtlarından Bakı və İrəvanın sülh müqaviləsi imzalaya biləcəkləri barədə bəyanatlar eşidilir.

Burada Rusiya, necə deyərlər, “xoruzun quyruğu”nu göstərir, həm Azərbaycan, həm də Ermənistana mesaj verir ki, mümkün sülh sazişi Moskvanın inhisarında hazırlanmalıdır. Əks təqdirdə, Moskva regional təhlükəsizlikdəki odların üzərinə benzin tökəcək – məncə, Qonçarov məhz bu ismarışı ötürür.

Amma Rusiya bilir ki, sülh müqaviləsi Kremlin monopoliyası və diktəsi altında deyil, Qərbin də maraqlarının təmin edildiyi prinsiplərlə hazırlanmağa doğru gedir. Bu baxımdan Moskva təşəbbüsü ələ aldığını göstərməkdən ötrü müxtəlif kartları, o cümlədən “Qafanda konsulluq” məsələsini ortaya atır.

Bəs Rusiyanın Qafanda konsulluq açması mümkündürmü? Bu baş verə bilər, lakin nəzərə almaq lazımdır ki, Moskva bu topu Azərbaycanın strateji layihəsi olan Zəngəzur dəhlizinin açılmasına qarşı yox, sadəcə, öz rolunu Bakı-İrəvan gündəliyinə təsir etmək üçün fırladır.

Rusiya üçün Zəngəzur dəhlizinin açılmasının əhəmiyyəti kiçilməyib, çünki Moskva qlobal tədarük yollarında yeni alternativlər axtarır ki, regiondakı həmin layihə Kremlə məqbuldur.

Lakin Rusiyanın Qafanda konsulluq açmaq barədəki xəbərdaredici tondakı mesajlarından sonra Azərbaycan Moskvanı bu addımdan çəkindirə bilməkdə israr edə və Türkiyənin Moskva ilə strateji tərəfdaşlığı bu işdə rol oynaya bilər.

Çünki Rusiyanın Qafanda konsulluq açması dəhlizin açılmasına maneə yaratmasa da, Moskvanın Bakıya qarşı iştahasını qaldıra biləcək elementləri özündə daşıyır.

Moskvanın planı Azərbaycan-Ermənistan münasibətləri üzrə tənzimləmədəki Qərb aktivliyini sabotaj etmək məqsədlərinə söykənir.
Dün, 18:00
2025-ci ildə daha da yoxsullaşan 10 milyarder - SİYAHI
Dün, 17:30
Çaya görə gəlin qayınananın başını divara vurdu - Qubada
Dün, 17:00
Azərbaycanda körpü uçub: Ölən var
Dün, 16:30
Azərbaycan Konstitusiyasına dəyişikliklər OLA BİLƏR
Dün, 16:00
Təltif olunanlar arasında- Onlar da var
Dün, 15:30
Günlərlə QAR YAĞACAQ, temperatur 8 dərəcə düşəcək – Qardaş ölkə BUZ KƏSDİ
Dün, 15:00
Oqtay Əsədovun qızı vəfat edib
Dün, 11:00
Azərbaycanda yeni 50 manatlar dövriyyəyə buraxıldı
Dün, 10:30
Bakıda avtobusu qəzaya düşdü - Ölənlər və yaralananlar var
Dün, 10:00
İki ildir axtarılan kişi qətlə yetirilibmiş
Dün, 09:30
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva “Təmiz Dünya” sığınacağında - FOTO
Dün, 09:00
AZAL təyyarəsinin qəzaya uğramasının birinci ildönümü...
24-12-2025, 18:00
İcra hakimiyyətlərində ixtisara düşənlər yeni işlə təmin ediləcək? - RƏSMİ
24-12-2025, 17:30
“Rahatlığın Məkanı – Cold” sakinlərin rahatlığını pozub - poliklinikanın binası satıldı, yol isə…
24-12-2025, 17:00
Emin Əmrullayevin müavini təhsil sistemində dini təbliğata qarşı çıxdı
24-12-2025, 16:30
Həftəsonu məktəblərdə dərs olmayacaq- Nazirlik açıqladı
24-12-2025, 16:00
AZƏRBAYCANIN QÜDRƏTLİ LİDERİNİN YENİ YAŞINI T Ə B R İ K E D İ R İ K
24-12-2025, 15:30
Müstəqil Azərbaycanın güclü Prezidenti
24-12-2025, 15:00
AZƏRBAYCANIN QÜDRƏTLİ LİDERİNİN YENİ YAŞINI T Ə B R İ K E D İ R İ K
24-12-2025, 11:00
Arzu Əliyeva atasını təbrik etdi - FOTO
24-12-2025, 10:30
Leyla Əliyevadan təbrik: “Əziz ata, ad günün mübarək” - FOTO
24-12-2025, 10:00
Generalın təyyarəsi Türkiyədə YOXA ÇIXDI
24-12-2025, 09:30
Qalib Liderin tarixi missiyası, Prezident İlham Əliyev və müasir Azərbaycan
24-12-2025, 09:00
Dünya siyasətində Azərbaycanın layiqli təmsilçisi
23-12-2025, 18:00
Bəylər Eyyubovun qardaşı oğlu HƏBS OLUNDU
23-12-2025, 17:30
Sosial şəbəkədə “rüşvətxor”, “korrupsioner” yazdılar, 2500 manat cərimələndilər
23-12-2025, 17:00
Azərbaycan QHT-ləri ABŞ-ın Lemkin İnstitutunu üzr istəməyə çağırır