Ən çox şikayət olunan banklar bağlana bilər?
Gündəm / İqtisadiyyat
Oxunub: 145
14 Mrt 2024 | 11:35
Ən çox şikayət olunan banklar bağlana bilər?

Mərkəzi Bank ən çox şikayət olunan bankların siyahısını yayımlayıb. Göstəricilər 3 kateqoriyaya ayrılıb. Az şikayət olunanlar yaşıl, orta şikayət olunanlar sarı, çox şikayət olunanlar qırmızı rəngdə verilib.

Bu siyahıda 9 bank qırmızı rəngdə göstərilib. Ən çox şikayət edilən bank 5,26 indeksi ilə "Bank of Baku" seçilib. “Bank VTB Azərbaycan” siyahıda ikinci (3,24 indeksi), "Accessbank" isə üçüncü (2.55 indeksi) olub. "Bank Avrasiya" da qırmızı kateqoriyada olan banklar siyahısındadır.

Ümumiyyətlə bankların sözügedən reytinqinin hazırlanması yeni tətbiqdir. Bəzi ekspertlər sözügedən reytinqin bankların reputasiyasına ciddi zərər verdiyini bildirir. Digərləri reytinqin hazırlanmasını düzgün hesab edir.

Məsələ ilə bağlı Modern.az-a danışan iqtisadçı ekspert Eldəniz Əmirov Mərkəzi Bankın atdığı addımın doğru olduğunu bildirib:

"Düşünürəm ki, Mərkəzi Bank tərəfindən ən çox şikayət olunan bankların siyahısının açıqlanması doğru addımdır. Bu, birbaşa ictimai qınaq formalaşdırır. Əlbəttə, bunun banklara mənfi təsiri olacaq. Belə ki, vətəndaşlar seçim etdikdə mənfi reytinqdə olan banka müraciət etməyəcəklər. İnsan istər-istəməz həmin banka qarşı ehtiyyatla yanaşacaq. Məhz sözügedən cədvəl banklara olan etimad mühitinin daha doğru formalaşmasına xidmət edəcək. Şikayətlərlə bağlı reytinq göstəricilərinin açıqlandığından banklar daha az şikayət olmasına, öz xidmət səviyyələrini, keyfiyyətlərini yüksəltməyə çalışacaq".
Ən çox şikayət olunan banklar bağlana bilər?

E.Əmirov 2024-cü ildə hər hansı bankın bağlanacağını gözləmədiyini söyləyib:

"Şikayət sayı çox olan bankların bağlanacağını düşünmürəm. Bankların bağlanmasının səbəbi demək olar ki, şikayətlərə görə olmur. Müəyyən göstəricilər, səbəblər bankların bağlanmasını zəruri edir. Buna görə də reytinqi aşağı olan bankların bağlanacağını gözləmək doğru deyil. 2024-cü ildə növbəti hansısa bankın bağlanacağını gözləmirəm".
Ən çox şikayət olunan banklar bağlana bilər?

Digər bir iqtisadçı ekspert Natiq Cəfərli isə vurğulayıb ki, Mərkəzi Bankın bu məsələdə yanaşması düzgün deyil:

"Mən Mərkəzi Bankın rəhbərliyinə də reytinq cədvəlinin yayımlanmasını düzgün saymadığımı demişəm. Ona görə ki, bu, bankların nüfuzuna və kommersiya gəlirlərinə zərər gətirir. Mərkəzi Bank əksinə bankların nüfuzuna xələl gətirəcək addımlar atmaqdan çəkinməlidir. Bunu Banklar Arası Assosiyasiyalar, Qeyri-Hökumət Təşkilatları edə bilər. Ona görə də mən bu, yanaşmanı düzgün saymıram".
Bugün, 12:00
77 yaşlı Puqaçova əlində əsa ilə
Bugün, 11:30
Bel ağrısı təhlükəlidir
Bugün, 11:00
Ukraynaya kütləvi hücum: insanlar dağıntılar altında
Bugün, 10:30
Orduda dəqiqlik yarışı, sərrast atıcılar seçildi - FOTOLAR
Bugün, 10:00
Kassa çekləri sağlamlıq üçün təhlükəlidir - Professor açıqladı
Bugün, 09:30
ABŞ-da MÜƏMMA: ölən və yoxa çıxan 12 alim
Bugün, 09:00
Everestdə buzlaq çökdü: Yüzlərlə turist baza düşərgəsində qaldı
Dün, 18:00
Dünya iqtisadiyyatı durğunluq dövrünə adlaya bilər - qorxunc proqnoz
Dün, 17:30
Ailə qurmağa stimul: bu səbəbə görə gənclərə pul ödəyəcəklər
Dün, 17:00
Ötən gün dövlət xidmətinin rüşvətə görə saxlanılan vəzifəli şəxslərinin TAM SİYAHISI
Dün, 16:30
Azərbaycana məxsus 5 gəmi Avropa İttifaqının sanksiya siyahısından çıxarılıb
Dün, 16:00
İran müharibəsi Böyük Britaniya və Hindistanda dərmanları bahalaşdırdı
Dün, 12:00
Qırıcılarla dolu olan gəmi Yaxın Şərqə çatıb
Dün, 11:30
Azərbaycan güləşçisi bürünc medal qazanıb
Dün, 11:00
Bakı Bulvarında Caz və Şərab Festivalı başlayır
Dün, 10:30
"Son zəng" tədbirləri üçün tələblər qoyuldu
Dün, 10:00
110 illik tarixdə bir ilk: Məşhur şirkət 70 iş yerini bağlayır
Dün, 09:30
Sahil Babayev yenidən seçildi
Dün, 09:00
Xəstəxanada həkimlərə bıçaqlı hücum olub
23-04-2026, 18:00
Tramp nüvə kodlarını istədi, general “yox” dedi
23-04-2026, 17:30
SOS: Bu toyuqlar İNFEKSİYA mənbəyidir– Necə TANIMALI?
23-04-2026, 17:00
"Smart kart tipli" qaz sayğacları dəyişdiriləcək
23-04-2026, 16:30
İran 5 ölkəyə xəbərdarlıq etdi
23-04-2026, 16:00
Avropada tarixi rekord: Miqrantların sayı 64 milyonu keçdi
23-04-2026, 12:00
Köhnə telefonlar birdən bahalaşdı- Niyə kütləvi şəkildə alınır?
23-04-2026, 11:30
Məhkəmə ahıl qadına qarşı təcavüzdə ittiham olunan gənci həbs etdi
23-04-2026, 11:00
10 gün dərs olmayacaq - Tarixlər