Silk Way West Airlines daha bir Boeing 777 Freighter ilə donanmasını yeniləməyə davam edir
Gündəm / İqtisadiyyat
Oxunub: 139
18 Mrt 2024 | 14:52
Silk Way West Airlines daha bir Boeing 777 Freighter ilə donanmasını yeniləməyə davam edir


Xəzər və Mərkəzi Asiya regionunun aparıcı yük aviaşirkəti olan Silk Way West Airlines müasir və ekoloji cəhətdən təmiz donanmanın yenilənməsi öhdəliyinə sadiq qalaraq, 2025-ci ildə təhvil verilməsi planlaşdırılan əlavə Boeing 777 Freighter yük təyyarəsinin alınması üçün Boeing ilə mövcud olan müqaviləyə əlavə razılaşma imzalayıb. Bu saziş 2021-ci ilin aprelində imzalanmış əsas müqaviləyə əlavədir və Silk Way West Airlines-ın hava yük daşınması sənayesində davamlılığa sadiqliyini bir daha nümayiş etdirir.

Əsas müqaviləyə istinadən Silk Way West Airlines beş ən müasir Boeing 777 Freighter təyyarəsi əldə edir, onlardan ikisi artıq Bakıya çatdırılıb, digərlərinin çatdırılması isə 2027-ci ilin sonunadək gözlənilir.

Qabaqcıl texnologiyalarına görə Boeing 777 Freighter digər yük təyyarələri ilə müqayisədə daha az emissiya və yanacaq sərfiyyatı təklif edərək, ekoloji göstəriciləri ilə tanınır. Bu təyyarə ətraf mühitə təsirini azaltmaqla yanaşı, əməliyyat səmərəliliyini artıran innovativ xüsusiyyət və texnologiyalarla təchiz edilmişdir. Yüngül kompozit materiallardan hazırlanmış və qabaqcıl aerodinamikaya malik olan Boeing 777 Freighter hava yüklərinin daşınmasında davamlılıq üçün yeni standartlar müəyyən edir.

Silk Way Group-un prezidenti cənab Zaur Axundov bildirib: “Biz davamlılıq prinsiplərimizə sadiq qalaraq, Silk Way West Airlines şirkətinin ətraf mühitə təsirini azaltmağa çalışırıq. Daha bir Boeing 777 Freighter təyyarəsinin alınması məsuliyyətli davranış və karbon emissiyalarını minimuma çatdırmaq üçün davamlı səylərimizin nümayişidir. Donanmamızı yeniləmək və aviasiya sənayesinin yaşıl gələcəyinə töhfə vermək üçün Boeing ilə əməkdaşlıq etməkdən qürur duyuruq."

Boeing şirkətinin Avrasiya regionunda kommersiya satışları və marketinq üzrə vitse-prezidenti Pol Riqi dedi: “Boeing 777 Freighter-in bənzərsiz tutumu və səmərəliliyi Silk Way West Airlines-ın dünya səviyyəli yükdaşıma əməliyyatlarını genişləndirməyə kömək edəcək. Aviaşirkət müasir təyyarə parkının qurulmasına davam edərkən, biz bu səyahətin bir hissəsi olmaqdan və Silk Way West Airlines-a gələcək inkişafını dəstəkləmək üçün ən yaxşı həllər təqdim edirik”.

Əsası 2012-ci ildə İpək yolunun qəlbi sayılan Bakıda qoyulmuş Silk Way West Airlines Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşən 14 müasir Boeing 777F, Boeing 747-8F və 747-400F yük təyyarəsindən ibarət donanması ilə dünyanın müxtəlif ölkələrinə hər ay yüzlərcə uçuş həyata keçirir. Donanmasını genişləndirən Silk Way West Airlines 28 aprel 2021-ci ildə beş yeni 777F təyyarəsinin alınması üçün Boeing ilə strateji müqavilə imzalayıb, ardınca daha iki ən müasir 777-8F yük təyyarəsinin alınması üçün 10 noyabr 2022-ci ildə müqavilə imza atıb. Həmçinin 28 iyun 2022-ci ildə Airbus ilə iki A350F yük təyyarəsinin alınması barədə razılığa gəlib.

Aviaşirkətin illik yükdaşıma dövriyyəsi 500.000 tondan artıqdır, genişlənən marşrut şəbəkəsi isə Amerika, Avropa, MDB ölkələri, Yaxın Şərq, Mərkəzi və Şərqi Asiya üzrə 40-dan çox istiqaməti əhatə edir.(Report)
Bugün, 12:00
Xırdalanda qadın 12-ci mərtəbədən yıxılaraq öldü
Bugün, 11:30
Universitetdə bıçaqlanma: Tələbə ağır vəziyyətdədir
Bugün, 11:00
Kainatın ən böyük ulduzlarından biri partlaya bilər - TƏHLÜKƏ
Bugün, 10:30
Azərbaycanda 44 yaşlı həkim VƏFAT ETDİ
Bugün, 10:00
Taliban qaydaları qadınları təhlükəyə atır – XƏBƏRDARLIQ
Bugün, 09:30
Həkim pasiyentin 151 min manat pulunu ələ keçirdi
Bugün, 09:00
Şamaxıda ard-arda 7 ZƏLZƏLƏ
Dün, 18:00
Növbə problemi yenidən gündəmdə - Tibbi xidmətin SAĞALMAZ “yarası”
Dün, 17:30
Məşhur xəstəxanada ƏMƏLİYYAT - Vəzifəli şəxs SAXLANILDI
Dün, 17:00
Bu məmurlar büdcədən taladıqları 244 min manatı geri qaytardılar
Dün, 16:30
SON DƏQİQƏ:Sərhədçilərimizə atəş açıb qaçdılar
Dün, 16:00
Azərbaycanda yeni şura yaradıldı - Mehriban Əliyeva sədr təyin olundu
Dün, 12:00
Mərkəzdə söküntü: Kompensasiya yetərsizdir
Dün, 11:30
Şamaxıda 17 yaşlı oğlan anasını ÖLDÜRÜB
Dün, 11:00
Sərhəd qadağası cibimizə necə təsir edir? — AÇIQLAMA
Dün, 10:30
Hindlilər Bakıda girov götürüldü, beynəlxalq əməliyyatla xilas ediliblər - TƏFƏRRÜAT
Dün, 10:00
Kubra Məhərrəmova ilə bağlı şok görüntülər: Araşdırma başladı
Dün, 09:30
Nil Monze bıçaqlanıb? - FOTOLAR
Dün, 09:00
Vahid Qədimin Rusiya-Ukrayna döyüşlərində itkin düşdüyü deyilir
26-02-2026, 18:00
DİM işçilər AXTARIR
26-02-2026, 17:30
Qara çörək niyə bahalaşıb...
26-02-2026, 17:00
Prezident Xocalı Soyqırımı Memorialının açılışında
26-02-2026, 16:30
Problemli kreditlər ARTIB
26-02-2026, 16:00
TƏBİB Səhiyyə Nazirliyinə birləşdirilir? - Nazirdən açıqlama
26-02-2026, 12:00
Xırdalanda 13-cü mərtəbədən yıxılan oğlan sağ qaldı
26-02-2026, 11:00
Estetik əməliyyat üçün 45 həkimə icazə verilib - Nazir
26-02-2026, 10:30
Rəsmilər "Ana harayı" abidəsini ziyarət etdilər - FOTOLAR