Qazaxda Alı Hüseynovun Qara kreslosu 1-ci Qarabağ veteranının ailəsini ac qoydu.
Azərbaycan Respublikasında Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələrinə diqqət və qayğı daimidir. Onların sosial problemlərinin həlli, həyat şəraitlərinin yaxşılaşdırılması hər zaman dövlətimizin diqqət mərkəzindədir. Müharibə əlilləri, veteranları və şəhid ailələri bu siysətin əsasının Ümummulli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu, onun siyasi kursunun varisi ölkə Prezidenti İham Əliyev tərəfindən uğurla davam etdirildiyini, yüksək dövlət qayğısı ilə əhatə olunduğunu biz bilirik. Dəfələrlə bu haqda ölkə Prezidenti İlham Əliyev xalq qarşısında çıxış edərək, bütün məmurlara öz mesajını çatdırmışdır. Lakin buna baxmayaraq, yerlərdə kreslo düşkünü olan bəzi məmurlar ölkə Prezidentinin bu mesajına laqeyd yanaşaraq, məkirli siyasətini həyata keçirərək, öz havadarlarına arxalanaraq qarşıdurma yaratmağa çalışırlar. Belə məmurlardan biri Qazax rayon Su Melorasiya birliyinin sədri Alı Cəlal oğlu Hüseynovdur. 2 ay öncə Qazax rayonu Xanlıqlar kənd sakini 1-ci Qarabağ veteranı Qurbanov Bəxtiyar Əli oğlu tərəfindən "Hədəftv.az "saytına şikayət ərizəsi daxil olmuşdur.
Qurbanov Bəxtiyar bir veteran olaraq, Alı Hüseynov tərəfindən işdən çıxarıldığını, hüqüqlarının pozulduğunu və 17 il eyni müəsisədə işlədiyini və səbəbsiz olaraq, işdən çıxarıldığını deyir. O bir informasiya yayıyıcısı olaraq bizə müraciət edərək, onun şıkayətinin ölkə rəhbərliyinə və aidiyyatı orqanlara çatdırmağı xahiş edir. Qurbanov Bəxtiyar ərizəsində qeyd edir ki, mən Qərbi Azərbaycanda doğulub böyümüşəm. Bu gün də həsrətini çəkdiyim dədə-baba torpaqlarımızdan erməni təcavüzkarları tərəfindən ailəmizlə deportasiya olunduq. Qazax rayonunyn Xanlıqlar kəndində məskunlaşdıq Sovet ordusunda hərbi xidmət keçdim. Vətənimizin başının üstünü qara buludlar aldığı bir vaxtda 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqa çağırışına cavab olaraq, könüllü cəbhəyə, vətənimun müdafiəsinə yollandım. Atəşkəs əmrinə qədər 4 il düşmənə qarşı vuruşdum. Dövlətimiz tərəfindən 1-ci Qarabağ veteranı statusu aldım. 1997-ci ildə Qazax rayon Su Melorasiya Təsərrüfatında veteran kimi işlə təmin olundum. 2024-cü ilin sentyabr ayına kimi orada işlədim. Lakin bu idarələr birləşdi, Qazax rayon Melorasiya Su Təsərrüfatı Birliyi yarandı. Birliyin sədri Alı Hüseynov təyin olundu. Alı bəy kreslosunda əyləşdikdən sonra mühasiblikdən işdən azad olmağımı bildirdilər. Mən dərhal, Alı müəllimin qəbulunda olub nə səbəbə işdən çıxarıldığımı dedim, o isə məni yenidən işə qaytaracığına söz verərək, məni aldatdı. Ona görə də ərizə ilə mətbuata müraciət edərək, səsimin ölkə prezidentinə, aidiyyatı orqanlara çatdırmağı xahiş etdim. Biz də Hədəftv.az saytı olaraq, qarşı tərəfə zəng edərək, bu məsələyə aydınlıq gətirməyi Alı müəllimdən xahiş etdik. Alı müəllim bizi dinlədikdən sonra dedi ki, bir anlaşılmazlıq olub, veteran Qurbanov Bəxtiyarı yenidən işlə təmin edəcəm, çox əfsuslar olsun ki, Alı bəy boş vəd verərək,vaxt qazanaraq, məkirli siyasətini həyata keçirir. Hətda biz ona anlatdıq ki, ölkə Prezidenti dəfələrlə, siz məmurlara öz çağırışlarını edərək, deyib, müharibə əlillərini, veteranları, şəhid ailələrini diqqət mərkəzində saxlayın. Siz bu hərəkətinizlə insanlarda ökə rəhbərliyinə qarşı inamvə etiqadı yox edirsiniz. Lakin Alı bəy yenə də öz bildiyini etdi, biz də bu olanlardan belə qənaətə gəldik ki, Alı bəyin arxa dayağı böyükdür, heç kimi vecinə almır. Ona görə də şikayətçinin haqlı tələbini informasiya mənbəyi olaraq, ölkə Prezidentinə və aidiyyatı orqanlara çatdırmağı özümüzə borc bildik.
Şahin Orucov.
Dün, 18:00
Abituriyentlərin nəzərinə: Qarşıdan ən çətin imtahanlar gəlir
Dün, 17:30
Ötən ay Azərbaycanda beş aptekdə reseptsiz dərman satışı aşkarlanıb
Dün, 17:00
Bayram namazı nə vaxt qılınacaq? – QMİ-dən AÇIQLAMA
Dün, 16:30
Baş nazirdən qərar: bu quruma xidməti maşınlar verildi
Dün, 16:00
Oğurlanan avtomobil nömrələri bərpa olunmur? - Qanun nə deyir?
Dün, 12:00
İran Trampın gözlədiyi kimi deyilmiş
Dün, 11:30
Dubayda qalan vətəndaşlarımız təxliyə olunur - FOTOLAR
Dün, 11:00
SEPAH super ağır raketlərdən istifadə edib
Dün, 10:30
İran İsrailə 1 tonluq döyüş başlığı olan raketlər atıb
Dün, 10:00
Buraxılış imtahanının düzgün cavabları AÇIQLANDI
Dün, 09:30
İtaliyada güclü ZƏLZƏLƏ
Dün, 09:00
Baş nazir deputatlara hesabat verəcək
7-03-2026, 18:00
Azərbaycanın Tehrandakı səfirliyinin 9 əməkdaşı İrandan təxliyə olunub
7-03-2026, 17:30
Azərbaycanda bu şəxslərə bayramla əlaqədar pul verildi - məbləğ
7-03-2026, 16:30
İran dronlarından qorunmağın YOLU
7-03-2026, 16:00
Günlük qazancları 1000 manatdan çoxdur — Hər gün də tələb artır
7-03-2026, 12:00
Azərbaycanda SEPAH-ın tapşırıqlarını yerinə yetirən VƏTƏNDAŞLARIN SİYAHISI - ADLAR
7-03-2026, 11:30
Qaşlı qızıl almayın - SƏBƏBLƏR
7-03-2026, 11:00
Tüfənglə insident törədən şəxs saxlanıldı
7-03-2026, 11:00
Putin Pezeşkianla danışıqlar apardı
7-03-2026, 10:30
İran Avropanı da təhdid etdi
7-03-2026, 10:00
Azərbaycana qarşı növbəti TƏXRİBAT
7-03-2026, 09:30
Beyrut belə bombalandı - ANBAAN GÖRÜNTÜLƏR
7-03-2026, 09:00
DTX-dən unikal əməliyyat: SEPAH Bakıda bu əraziləri partlatmaq istəyib - VİDEO
6-03-2026, 18:00
Dubayda aclıq riski: 10 günlük azuqə qalıb
6-03-2026, 17:30
Baş nazir qərar imzaladı
6-03-2026, 17:00
Pezeşkian niyə Bakıya ZƏNG ETMƏDİ?

