Əsgərlik yaşının azaldılması ilə bağlı qanun layihəsi QƏBUL EDİLDİ
Gündəm / Sosial
Oxunub: 110
27 Ara 2024 | 11:49
Əsgərlik yaşının azaldılması ilə bağlı qanun layihəsi QƏBUL EDİLDİ


Milli Məclis "Hərbi xidmətkeçmə haqqında" Əsasnaməyə təklif olunan dəyişiklikləri son oxunuşda qəbul edib.

Cinayət Məcəlləsində, Miqrasiya Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, "Əhalinin sağlamlığının qorunması haqqında", "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə, "Psixiatriya yardımı haqqında", "Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlarında dəyişiklik edilməsi barədə layihə Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Təklif olunan dəyişikliyə əsasən, çağırışçılar ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 30 yaşınadək Azərbaycanın kişi cinsli vətəndaşları olacaq.

Hazırkı qanunvericiliyə görə həmin yaş həddi 18 yaşından 35 yaşınadəkdir. Layihəyə əsasən, həmçinin Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət qulluqçularının xidmət keçmək üçün son yaş həddi 36,5-dən 31,5-ə endirilir. Həmçinin, "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunun 39-cu maddəsinə müvafiq olaraq dinc dövrdə Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının xidməti üçün son yaş həddi 36,5 yaşdır.

Bununla bərabər, təklif edilən dəyişikliklə çağırışçıların və hərbi vəzifəlilərin yaşayış yeri üzrə qeydiyyata alınması və ya qeydiyyatdan çıxarılması, əlilliyinin müəyyən edilməsi, onların soyadının, adının, atasının adının dəyişdirilməsi, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında doğum tarixi və yeri haqqında dəyişikliklər edilməsi, ölümünün qeydiyyatı, habelə onlar barəsində cinayət işinin başlanılması və ya məhkəmənin qanuni qüvvəyə minmiş hökmü barədə məlumatı müvafiq icra hakimiyyəti orqanına təqdim etməli olan aidiyyəti orqanlar tərəfindən "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunu ilə müəyyən edilmiş müddətlərdə təqdim edilməməsinə görə vəzifəli şəxslər 300 manatdan 500 manatadək (hazırda 150-250 manat) məbləğdə, hüquqi şəxslər 900 manatdan 1 100 manatadək manatadək (hazırda 300-500 manat) məbləğdə cərimə ediləcəklər.

Qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər müharibə vaxtı törədildikdə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Dün, 18:00
Görüşlərə hərbi formada gələn “məmur”un fırıldağı - Mal ətindən toyuğa qədər...
Dün, 17:30
Azərbaycanın tanınmış aktrisası vəfat etdi - FOTO
Dün, 17:00
Göyərtidən benzin, limondan balıq dadı gəlir
Dün, 16:30
"TikTok"da deputatları və icra başçılarını söyən şəxs həbs olundu
Dün, 16:00
Məmurun evinə gizli kamera quraşdırıb 5 milyon dollar TƏLƏB ETDİ – Məhkəmə İŞİ
Dün, 15:30
Şəhid bacısı 3 gün sonra dəfn edildi
Dün, 11:30
Küçədə qalan ana və oğlu barədə RƏSMİ AÇIQLAMA
Dün, 11:00
İranda etirazlarda iştirak edən məşqçi EDAM EDİLDİ
Dün, 10:30
Sabiq deputata yeni vəzifə verildi
Dün, 10:00
BMT-nin 21 əməkdaşı öldürülüb
Dün, 09:30
ABŞ İrana zərbə endirəcək - Hazırlıq başa çatdı
Dün, 09:00
“Neftçi” “Zirə” ilə heç-heçə etdi
23-01-2026, 18:00
Özünü Putinə oxşadan polis komissarı istintaqa çağırıldı
23-01-2026, 17:30
Kamran Əsədovla əlbir olan qaynı işdən çıxarıldı
23-01-2026, 17:00
Azərbaycanda 15 qız QAÇIRILIB
23-01-2026, 16:30
Pornoqrafik materiallar yayan yüzlərlə sayt BLOKLANDI
23-01-2026, 16:00
Nazir Xalq artistinin qardaşı oğlunu vəzifəsindən azad etdi - FOTO
23-01-2026, 15:30
Məktəb partasından cəbhəyə: Şagirdlər üçün dron kursları başlayır
23-01-2026, 11:30
Məktəblərdə qış tətili başlayır
23-01-2026, 11:00
Azərbaycan dünyanın enerji nəhəngi olacaq
23-01-2026, 10:30
Bakıda FACİƏ: Evdə antibiotik vurulan kişi öldü
23-01-2026, 10:00
Elektron diplomlar nə vaxtdan veriləcək?
23-01-2026, 09:30
İspaniya deputatları Bakıya gəldilər
23-01-2026, 09:00
Rus diplomat bu ölkədən qovuldu
22-01-2026, 18:00
Videosu yayılan müəllim işdən çıxarıldı
22-01-2026, 17:30
Sürücülük vəsiqəsi olmayan şəxsə avtomobil verəni hansı cəza gözləyir? - CAVAB
22-01-2026, 17:00
Bu yazıçı da AYB-dən getdi: Görün nələr yazdı...