“Kənar müdaxilənin hansı növ silahdan olduğunu istintaq müəyyənləşdirəcək”
Gündəm / Sosial
Oxunub: 110
27 Ara 2024 | 17:45
“Kənar müdaxilənin hansı növ silahdan olduğunu istintaq müəyyənləşdirəcək”

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinə məxsus “Embraer 190” təyyarəsinin qəzaya uğramasından dərhal sonra Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, müvafiq komissiya yaradıldı. Komissiya üzvləri hadisə yerində qəzanın təfərrüatı ilə yaxından tanış olmaq və zərərçəkmişlərin vəziyyətini yaxından öyrənmək üçün Aktau şəhərinə ezam olunaraq, hadisə yerinə baxış keçirib, Azərbaycan, həmçinin digər ölkələrin zərərçəkən vətəndaşları ilə görüşüblər”.

Bu sözləri jurnalistlərə açıqlamasında rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib.

Nazirin sözlərinə görə, zərərçəkən sərnişinlər və sağ qalan təyyarə bələdçiləri bildiriblər ki, Qroznı üzərində olarkən partlayış səsi eşidiblər.

“Hətta təyyarə bələdçisinin birinin qolu yaralanıb. Həmçinin sosial şəbəkələrdən və mətbuatın yaydığı görüntülərdən də görmək olur ki, bir xanım qolundan və ayağından xəsarət alıb. Bundan başqa, təyyarənin qanadında deşik izlərini görmək olar. Hava gəmisinin daxilində, füzelyajda müxtəlif kəsici alətlərin zədələri var. Rusiya vətəndaşları olan zərərçəkənlər də bildiriblər ki, Qroznı üzərində 3 dəfə partlayış səsi eşidiblər. Onların dediyinə görə, partlayış səsləri kənardan gəlib, daha sonra təyyarəyə nəsə toxunub”, - o əlavə edib.

R. Nəbiyev qeyd edib ki, qəzanın ilk anından mətbuatda təyyarəyə quşların çırpıldığı yazılırdı: “Amma mütəxəssislərin gəldiyi ilkin qənaət odur ki, yerdə olan təyyarə qalıqları və şahid ifadələri deməyə əsas verir ki, burada kənar müdaxilə olub. Ancaq kənar müdaxilənin hansı növ silahdan olduğunu istintaq müəyyənləşdirəcək. Bununla yanaşı, təyyarənin uçma trayektoriyasına baxılsa, onun uçuş istiqamətini Mahaçqala üzərindən Aktauya doğru götürdüyü aydın olur. Artıq burada təyyarəyə enişə icazənin verilib-verilməməsi istintaqın nəticəsinə görə müəyyən olunacaq. Eyni zamanda pilotun qəza enişini hansı məqsədlə etdiyini də istintaq müəyyən edəcək. GPS-in söndürülməsi ilə bağlı məsələ isə dəlillər ortaya qoyulduqdan sonra aydın olacaq.

İstər yerli, istərsə də beynəlxalq mütəxəssislərin gəldiyi qənaət bundan ibarətdir ki, təyyarənin ekipajı qəhrəmanlıq göstərərək ən optimal eniş edib. Bunun nəticəsində də təyyarədə olan insanların böyük əksəriyyəti xilas edilib.

Azərbaycan öz hüququndan istifadə edərək beynəlxalq məsləhətçiləri də prosesə cəlb edib. Artıq onlarla təmaslarımız var”.

Nazir əlavə edib ki, “Embraer” şirkətinin iki mütəxəssisi hadisə yerindədir, araşdırma qrupuna cəlb edilib. Eyni zamanda Braziliyanın mütəxəssisləri də sabah hadisə yerində olacaqlar.

“Qazaxıstan rəsmilərinin verdiyi açıqlamaya baxsaq, təyyarədə oksigen balonunun partlaması iddiasının Rostovda olan dispetçer tərəfindən irəli sürüldüyünə istinad edirlər. Hesab edirik ki, ilk növbədə, bu məlumatın düzgünlüyünü yoxlamaq lazımdır. Bu, maraqlı tərəfdən verilən məlumatdır. Bunu təkzib edən faktlarla bağlı da qeyd etdim ki, partlayış səsləri kənardan gəlib”, - deyə Rəşad Nəbiyev vurğulayıb.
Dün, 18:00
Görüşlərə hərbi formada gələn “məmur”un fırıldağı - Mal ətindən toyuğa qədər...
Dün, 17:30
Azərbaycanın tanınmış aktrisası vəfat etdi - FOTO
Dün, 17:00
Göyərtidən benzin, limondan balıq dadı gəlir
Dün, 16:30
"TikTok"da deputatları və icra başçılarını söyən şəxs həbs olundu
Dün, 16:00
Məmurun evinə gizli kamera quraşdırıb 5 milyon dollar TƏLƏB ETDİ – Məhkəmə İŞİ
Dün, 15:30
Şəhid bacısı 3 gün sonra dəfn edildi
Dün, 11:30
Küçədə qalan ana və oğlu barədə RƏSMİ AÇIQLAMA
Dün, 11:00
İranda etirazlarda iştirak edən məşqçi EDAM EDİLDİ
Dün, 10:30
Sabiq deputata yeni vəzifə verildi
Dün, 10:00
BMT-nin 21 əməkdaşı öldürülüb
Dün, 09:30
ABŞ İrana zərbə endirəcək - Hazırlıq başa çatdı
Dün, 09:00
“Neftçi” “Zirə” ilə heç-heçə etdi
23-01-2026, 18:00
Özünü Putinə oxşadan polis komissarı istintaqa çağırıldı
23-01-2026, 17:30
Kamran Əsədovla əlbir olan qaynı işdən çıxarıldı
23-01-2026, 17:00
Azərbaycanda 15 qız QAÇIRILIB
23-01-2026, 16:30
Pornoqrafik materiallar yayan yüzlərlə sayt BLOKLANDI
23-01-2026, 16:00
Nazir Xalq artistinin qardaşı oğlunu vəzifəsindən azad etdi - FOTO
23-01-2026, 15:30
Məktəb partasından cəbhəyə: Şagirdlər üçün dron kursları başlayır
23-01-2026, 11:30
Məktəblərdə qış tətili başlayır
23-01-2026, 11:00
Azərbaycan dünyanın enerji nəhəngi olacaq
23-01-2026, 10:30
Bakıda FACİƏ: Evdə antibiotik vurulan kişi öldü
23-01-2026, 10:00
Elektron diplomlar nə vaxtdan veriləcək?
23-01-2026, 09:30
İspaniya deputatları Bakıya gəldilər
23-01-2026, 09:00
Rus diplomat bu ölkədən qovuldu
22-01-2026, 18:00
Videosu yayılan müəllim işdən çıxarıldı
22-01-2026, 17:30
Sürücülük vəsiqəsi olmayan şəxsə avtomobil verəni hansı cəza gözləyir? - CAVAB
22-01-2026, 17:00
Bu yazıçı da AYB-dən getdi: Görün nələr yazdı...