Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun doğum günüdür
Gündəm / Sosial
Oxunub: 83
2 Ock 2025 | 09:45
Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun doğum günüdür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun doğum günüdür.

Polad Həşimovun dünyaya gəlişindən 50 il ötür.

P.Həşimov 1975-ci ilin yanvarın 2-də Qəbələ rayonunun Vəndam kəndində anadan olub, sonradan ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçüb. Orta təhsilini Sumqayıt şəhərində əvvəlcə 28 nömrəli, sonra isə 34 nömrəli məktəbdə alıb. O, Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirərək hərbçi olub.

General-mayor P.Həşimov 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olub. Onun şəhid olması xəbərini ictimaiyyətə Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev dərin hüznlə çatdırıb. İyulun 14-də general-mayor Polad Həşimovun nəşi əvvəlcə doğulduğu Qəbələ rayonunun Vəndam qəsəbəsinə, sonra isə yaşadığı Sumqayıt şəhərinə gətirilib. General iyulun 15-də II Fəxri Xiyabanda, polkovnik İlqar Mirzəyev ilə yanaşı dəfn olunub.

Prezident İlham Əliyev döyüş zamanı müdafiənin ön xəttində olarkən qəhrəmancasına şəhid olmuş general-mayor Polad Həşimovun anası ilə telefonla danışıb və şəhidin ailə üzvlərinə dərin hüznlə başsağlığı verib.

2020-ci il dekabrın 9-da Prezident İlham Əliyevin sərəncamı ilə P.Həşimova Azərbaycanın Milli Qəhrəman adı verilib.

Xatırladaq ki, P.Həşimov 2003-cü ildə mayor qismində Prezident Heydər Əliyevin sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib. 6 il sonra, 2009-cu ildə isə o, artıq polkovnik-leytenant qismində Prezident İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif olunub. 2014-cü il iyunun 25-də III dərəcəli Vətənə xidmətə görə ordeni ilə təltif edilən Polad Həşimov, 2016-cı ilin Aprel döyüşlərində göstərdiyi şücaətə görə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə mükafatlandırılıb.

P.Həşimov 2016-cı ilin 2-4 aprelində cəbhə boyu baş verən hərbi əməliyyatlar zamanı Talış qəsəbəsi uğrunda gedən döyüşləri aparan 1-ci Ordu Korpusunun Qərargah rəisi olub və yaralanıb. 2019-cu il iyunun 25-də Polad Həşimova general-mayor ali hərbi rütbəsi verilib. O, daha sonra Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun Qərargah rəisi təyin olunub.

2020-ci ildə Qəbələ şəhərində Şəhidlər xiyabanının yerləşdiyi küçəyə Polad Həşimovun adı verilib. Bakı şəhərinin küçələrindən biri də Azərbaycanın Milli Qəhrəmanının adını daşıyır.

P.Həşimovun adı Türkiyədə də əbədiləşdirilib. Belə ki, Osmanqazi rayonunun Dəmirtaş bölgəsində Polad Həşimovun adının verildiyi yeni park salınıb.

P.Həşimovun iki oğul və bir qız övladı yadigar qalıb.
Dün, 18:00
Görüşlərə hərbi formada gələn “məmur”un fırıldağı - Mal ətindən toyuğa qədər...
Dün, 17:30
Azərbaycanın tanınmış aktrisası vəfat etdi - FOTO
Dün, 17:00
Göyərtidən benzin, limondan balıq dadı gəlir
Dün, 16:30
"TikTok"da deputatları və icra başçılarını söyən şəxs həbs olundu
Dün, 16:00
Məmurun evinə gizli kamera quraşdırıb 5 milyon dollar TƏLƏB ETDİ – Məhkəmə İŞİ
Dün, 15:30
Şəhid bacısı 3 gün sonra dəfn edildi
Dün, 11:30
Küçədə qalan ana və oğlu barədə RƏSMİ AÇIQLAMA
Dün, 11:00
İranda etirazlarda iştirak edən məşqçi EDAM EDİLDİ
Dün, 10:30
Sabiq deputata yeni vəzifə verildi
Dün, 10:00
BMT-nin 21 əməkdaşı öldürülüb
Dün, 09:30
ABŞ İrana zərbə endirəcək - Hazırlıq başa çatdı
Dün, 09:00
“Neftçi” “Zirə” ilə heç-heçə etdi
23-01-2026, 18:00
Özünü Putinə oxşadan polis komissarı istintaqa çağırıldı
23-01-2026, 17:30
Kamran Əsədovla əlbir olan qaynı işdən çıxarıldı
23-01-2026, 17:00
Azərbaycanda 15 qız QAÇIRILIB
23-01-2026, 16:30
Pornoqrafik materiallar yayan yüzlərlə sayt BLOKLANDI
23-01-2026, 16:00
Nazir Xalq artistinin qardaşı oğlunu vəzifəsindən azad etdi - FOTO
23-01-2026, 15:30
Məktəb partasından cəbhəyə: Şagirdlər üçün dron kursları başlayır
23-01-2026, 11:30
Məktəblərdə qış tətili başlayır
23-01-2026, 11:00
Azərbaycan dünyanın enerji nəhəngi olacaq
23-01-2026, 10:30
Bakıda FACİƏ: Evdə antibiotik vurulan kişi öldü
23-01-2026, 10:00
Elektron diplomlar nə vaxtdan veriləcək?
23-01-2026, 09:30
İspaniya deputatları Bakıya gəldilər
23-01-2026, 09:00
Rus diplomat bu ölkədən qovuldu
22-01-2026, 18:00
Videosu yayılan müəllim işdən çıxarıldı
22-01-2026, 17:30
Sürücülük vəsiqəsi olmayan şəxsə avtomobil verəni hansı cəza gözləyir? - CAVAB
22-01-2026, 17:00
Bu yazıçı da AYB-dən getdi: Görün nələr yazdı...