Bu halda övladlar ata-analarına aliment ödəməlidirlər

Aliment deyəndə çoxlarının ağlına yalnız boşanmadan sonra valideynlərdən birinin digərinə uşaqların saxlanılması üçün ödədiyi vəsait gəlir. Lakin qanunvericiliyə görə, bu, aliment öhdəliyi ilə bağlı istiqamətlərdən yalnız biridir.
Ailə Məcəlləsinə əsasən, aliment öhdəliyi daşıyan tərəflərdən biri də əmək qabiliyyətli yetkinlik yaşına çatmış övladlardır.
Belə ki, sənəddə əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladların maddi yardıma ehtiyacı olan, əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borclu olduğu yazılıb.
Lakin aliment ödənilməsi barədə razılıq olmadıqda belə valideynlərin övladlarından vəsait məhkəmə qaydasında tutulur. Övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və digər amillər nəzərə alınmaqla aylıq sabit məbləğdə müəyyən edilir.

Yetkinlik yaşına çatan övladlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamadıqda və valideynləri ağır xəstəliyə tutulduqda, əlilliyi olduqda, onlara qulluq etməyə görə kənar şəxslərə haqq ödəmək lazım gəldikdə və digər hallarda, yetkinlik yaşına çatmış övladlar əlavə xərclərin çəkilməsinə cəlb edilə bilərlər. Övladların hər biri tərəfindən əlavə xərclərin ödənilməsi qaydası və bu xərclərin miqdarı məhkəmə tərəfindən müəyyən edilir. Qeyd edilənlər tərəflərin razılığı ilə də müəyyən oluna bilər.
Lakin burada istisna hallar da var. Belə ki, valideynlərin öz valideynlik vəzifələrini yerinə yetirməməsi məhkəmə tərəfindən müəyyən olunarsa, uşaqlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlərini saxlamaq vəzifəsindən azad edilə bilərlər. Uşaqlar, həmçinin valideynlik hüquqlarından məhrum olunmuş valideynlərinə aliment ödəməkdən azad edilirlər.
Aliment ödəmək öhdəliyi olan tərəflərdən biri də ər və arvaddır. Qanunvericiliyə görə, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Köməyin göstərilməsindən imtina edildikdə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad, həmçinin hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində arvad aliment ödənməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Eyni zamanda, 18 yaşınadək əlil və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi olan 18 yaşından yuxarı uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvadın da belə hüququ var. Bu şərtlərdə ər və arvad hətta boşandıqdan sonra da onlardan biri digərinə aliment ödəməyə borcludur.

Bundan başqa, nikah pozulana qədər və ya nikah pozulduğu gündən 1 il ərzində əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan keçmiş ər və ya arvad qarşı tərəfdən məhkəmə qaydasında aliment ödəməyi tələb etmək hüququna malikdir. Eyni zamanda, nikah pozulduğu andan (uzun müddət nikahda olublarsa) 5 il müddətindən gec olmayaraq pensiya yaşına çatan və maddi yardıma ehtiyacı olan keçmiş ər və ya arvad qarşı tərəfdən məhkəmə yolu ilə aliment tələb edə bilər.
Alimentin miqdarı və nikah pozulduqdan sonra onun keçmiş ərə və ya arvada ödənilməsi qaydasının onların arasında razılaşdırılması mümkündür. Tərəflər arasında razılaşma olmadıqda alimentin miqdarı məhkəmə tərəfindən onların maddi vəziyyəti və digər amillər nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir.
Lakin bununla belə, məhkəmə müəyyən hallarda ər və ya arvadı nikah dövründə və nikah pozulduqdan sonra maddi yardıma ehtiyacı olan və əmək qabiliyyəti olmayan tərəfi saxlamaq vəzifəsindən azad edə və bu vəzifəni müəyyən müddətlə məhdudlaşdıra bilər.

Sözügedən hallara aşağıdakılar aiddir:
- Maddi yardıma ehtiyacı olan ər və ya arvad əmək qabiliyyətini spirtli içkilərin, narkotik vasitələrin, psixotrop maddələrin qəbulu və ya qəsdən törətdiyi cinayət əməli nəticəsində itirdikdə;
- Aliment ödənilməsini tələb edən ər və ya arvad ailədə ləyaqətsiz davrandıqda;
- Nikah çox çəkmədikdə.
Eyni zamanda aliment alan şəxsin maddi yardıma ehtiyacının ödənildiyi və ya əmək qabiliyyətinin bərpa olunduğu məhkəmə tərəfindən müəyyən olunduqda, eləcə də şəxs yeni nikaha daxil olduqda və ya tərəflərdəm biri öldükdə aliment ödənilməsi dayandırılır.
Dün, 18:00
Görüşlərə hərbi formada gələn “məmur”un fırıldağı - Mal ətindən toyuğa qədər...
Dün, 17:30
Azərbaycanın tanınmış aktrisası vəfat etdi - FOTO
Dün, 17:00
Göyərtidən benzin, limondan balıq dadı gəlir
Dün, 16:30
"TikTok"da deputatları və icra başçılarını söyən şəxs həbs olundu
Dün, 16:00
Məmurun evinə gizli kamera quraşdırıb 5 milyon dollar TƏLƏB ETDİ – Məhkəmə İŞİ
Dün, 15:30
Şəhid bacısı 3 gün sonra dəfn edildi
Dün, 11:30
Küçədə qalan ana və oğlu barədə RƏSMİ AÇIQLAMA
Dün, 11:00
İranda etirazlarda iştirak edən məşqçi EDAM EDİLDİ
Dün, 10:30
Sabiq deputata yeni vəzifə verildi
Dün, 10:00
BMT-nin 21 əməkdaşı öldürülüb
Dün, 09:30
ABŞ İrana zərbə endirəcək - Hazırlıq başa çatdı
Dün, 09:00
“Neftçi” “Zirə” ilə heç-heçə etdi
23-01-2026, 18:00
Özünü Putinə oxşadan polis komissarı istintaqa çağırıldı
23-01-2026, 17:30
Kamran Əsədovla əlbir olan qaynı işdən çıxarıldı
23-01-2026, 17:00
Azərbaycanda 15 qız QAÇIRILIB
23-01-2026, 16:30
Pornoqrafik materiallar yayan yüzlərlə sayt BLOKLANDI
23-01-2026, 16:00
Nazir Xalq artistinin qardaşı oğlunu vəzifəsindən azad etdi - FOTO
23-01-2026, 15:30
Məktəb partasından cəbhəyə: Şagirdlər üçün dron kursları başlayır
23-01-2026, 11:30
Məktəblərdə qış tətili başlayır
23-01-2026, 11:00
Azərbaycan dünyanın enerji nəhəngi olacaq
23-01-2026, 10:30
Bakıda FACİƏ: Evdə antibiotik vurulan kişi öldü
23-01-2026, 10:00
Elektron diplomlar nə vaxtdan veriləcək?
23-01-2026, 09:30
İspaniya deputatları Bakıya gəldilər
23-01-2026, 09:00
Rus diplomat bu ölkədən qovuldu
22-01-2026, 18:00
Videosu yayılan müəllim işdən çıxarıldı
22-01-2026, 17:30
Sürücülük vəsiqəsi olmayan şəxsə avtomobil verəni hansı cəza gözləyir? - CAVAB
22-01-2026, 17:00
Bu yazıçı da AYB-dən getdi: Görün nələr yazdı...