COP29 nüfuzlu “Cisco” şirkətinin mükafatına layiq görülüb

COP29 Azərbaycan Əməliyyat Şirkəti yüksək texnologiyalar sənayesində dayanıqlı inkişafa dəstək və innovativ həllərin ortaya qoyulmasında töhfələrinə görə “CİSCO” şirkətinin “Dayanıqlı inkişaf lideri” (Sustainability Leader Award) mükafatı ilə təltif olunublar. Qeyd edək ki, bu nüfuzlu mükafata Azərbaycanda ilk dəfə Əməliyyat Şirkəti layiq görülüb.
Təltifetmə mərasimi “CISCO” şirkətinin təşkilatçılığı ilə Niderland Krallığının Amsterdam şəhərində “Cisco live” texnoloji tədbiri çərçivəsində baş tutub.
Tədbirdə bildirilib ki, COP29 Azərbaycan Əməliyyat Şirkəti BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası tədbirində İKT infrastrukturunun qurulmasındakı xidmətlərinə görə “CİSCO” şirkəti tərəfindən müvafiq mükafat üzrə qalib seçilib.
Qeyd edilib ki, yüksək texnologiyalar sənayesində dayanıqlı inkişafı dəstəkləyən və innovativ həlləri ortaya qoyan uğurlu layihələr adı çəkilən mükafat ilə təltif edilir.
“Cisco Live” tədbirində dayanıqlı inkişaf lideri mükafatını COP29 Azərbaycan Ə.Ş. adından Şirkətin İKT departamentinin rəhbəri Cavid Hüseynov, Ayhan Satıcı və Vüsal Şahbazovun təmsil olunduğu nümayəndə heyəti qəbul edib.
Tədbir çərçivəsində COP29 İT nümayəndə heyətinin və Cisco şirkətinin Müştəri Təcrübəsi və Dayanıqlılıq məsələləri üzrə Baş Vitse-Prezidentləri olan Adele Trombetta və Meri De Vysoçkinin qatıldığı və İKT infrastrukturunun qurulmasındauğurlu layihə idarəçiliyi və innovativ həllərin tətbiqinə dair atılan addımlara toxunan “Dayanıqlılığın təmin edilməsi üçün şəbəkə infrastrukturunun qurulması: Cisco və BMT COP29-da” başlıqlı panel müzakirələri də baş tutub.
Tədbirdə vurğulanıb ki, COP29, T-Systems, SAP, STC, CORE42, Sykehuspartner və Paris 2024 Cisco tərəfindən mükafat alan şirkətlərdir.
Xatırladaq ki, “Cisco live” texnoloji tədbiri bu il 9-14 fevral tarixlərində “CISCO” şirkətinin təşkilatçılığı ilə Amsterdam şəhərində keçirilir. “Cisco live”da Azərbaycanın dövlət və özəlsektorundan 80-ə qədər nümayəndə heyəti iştirak edir.
Hər il baş tutan və dünyanın ən böyük nüfuza malik texnoloji tədbirlərindən biri olan “Cisco live”, texnologiya mütəxəssisləri, İT rəhbərləri, mühəndislər müştərilər üçün təşkil olunmaqla yüksək texnologiyalar sahəsində ən son nailiyyətlərlə tanış olmağa imkan yaradır. Bu baxımdan “Cisco Live” tədbiri həmçinin, Azərbaycan Respublikasının COP29 tədbirinə uğurlu ev sahibliyi etməsi, yerli mütəxəssislərin cəlb edilməsi ilə qısa zamanda tam beynəlxalq standartkara cavab verən İKT infrastrukturunun qurulması kimi bir sıra mövzuları beynəlxalq ictimaiyyətə tanıtmaq baxımından uğurlu platformadır.
COP29 İT komandası “Dayanıqlı inkişaf lideri mükafatı” ilə yanaşı “Dayanıqlılıq üzrə yenilikçi” kateqoriyasında Adidas, Garanti BBVA, Red Sea Global kimi dünyaca tanınan şirkətlər arasında 6 finalçıdan biri olaraq mühüm qiymətləndirilib.
Bu təltiflər Azərbaycanın qlobal miqyasda dayanıqlılıq və innovasiya sahələrində texnologiya yönümlü həll yollarının təminatçısı kimi aparıcı rolunun möhkəmlənməsində mühüm yer tutur.
Bugün, 18:00
Görüşlərə hərbi formada gələn “məmur”un fırıldağı - Mal ətindən toyuğa qədər...
Bugün, 17:30
Azərbaycanın tanınmış aktrisası vəfat etdi - FOTO
Bugün, 17:00
Göyərtidən benzin, limondan balıq dadı gəlir
Bugün, 16:30
"TikTok"da deputatları və icra başçılarını söyən şəxs həbs olundu
Bugün, 16:00
Məmurun evinə gizli kamera quraşdırıb 5 milyon dollar TƏLƏB ETDİ – Məhkəmə İŞİ
Bugün, 15:30
Şəhid bacısı 3 gün sonra dəfn edildi
Bugün, 11:30
Küçədə qalan ana və oğlu barədə RƏSMİ AÇIQLAMA
Bugün, 11:00
İranda etirazlarda iştirak edən məşqçi EDAM EDİLDİ
Bugün, 10:30
Sabiq deputata yeni vəzifə verildi
Bugün, 10:00
BMT-nin 21 əməkdaşı öldürülüb
Bugün, 09:30
ABŞ İrana zərbə endirəcək - Hazırlıq başa çatdı
Bugün, 09:00
“Neftçi” “Zirə” ilə heç-heçə etdi
Dün, 18:00
Özünü Putinə oxşadan polis komissarı istintaqa çağırıldı
Dün, 17:30
Kamran Əsədovla əlbir olan qaynı işdən çıxarıldı
Dün, 17:00
Azərbaycanda 15 qız QAÇIRILIB
Dün, 16:30
Pornoqrafik materiallar yayan yüzlərlə sayt BLOKLANDI
Dün, 16:00
Nazir Xalq artistinin qardaşı oğlunu vəzifəsindən azad etdi - FOTO
Dün, 15:30
Məktəb partasından cəbhəyə: Şagirdlər üçün dron kursları başlayır
Dün, 11:30
Məktəblərdə qış tətili başlayır
Dün, 11:00
Azərbaycan dünyanın enerji nəhəngi olacaq
Dün, 10:30
Bakıda FACİƏ: Evdə antibiotik vurulan kişi öldü
Dün, 10:00
Elektron diplomlar nə vaxtdan veriləcək?
Dün, 09:30
İspaniya deputatları Bakıya gəldilər
Dün, 09:00
Rus diplomat bu ölkədən qovuldu
22-01-2026, 18:00
Videosu yayılan müəllim işdən çıxarıldı
22-01-2026, 17:30
Sürücülük vəsiqəsi olmayan şəxsə avtomobil verəni hansı cəza gözləyir? - CAVAB
22-01-2026, 17:00
Bu yazıçı da AYB-dən getdi: Görün nələr yazdı...