
Ukrayna vətəndaşı olan qadınla azərbaycanlı bankir arasında qalmaqal - FOTO

Ukrayna vətəndaşı Valeriya Vitaliyevna Qurova ölkə rəhbərliyinə müraciət edərək Bank “BTB” ASC-də Müşahidə Şurası sədrinin müavini vəzifəsini tutan Cavid Zeynalovla bağlı tədbir görülməsini istəyib. Ölkə rəhbərliyinə yolladığı müraciətdə V.Qurova yazır ki, bu ilin fevralında Azərbaycan vətəndaşı Cavid Zeynalovla internet üzərindən tanış olub. 2 ay sonra Cavid Zeynalov Qurovanı Bakıya dəvət edərək işlə təmin edəcəyini bildirib.
Valeriya Qurova yazır ki, Ukraynada özünün qurduğu onlayn biznesinin olduğuna və digər iş yerinin varlığına görə Cavid Zeynalovun təklifinə razılıq verməyib. Dnepr Dövlət Universitetinin “Beynəlxalq menecment” fakültəsinin məzunu olan 24 yaşlı Qurova qeyd edir ki, Cavid Zeynalov ona həmin işləri Bakıda da görə biləcəyini bildirib, onunla ailə quracağını deyib. Bundan sonra V.Qurovanın valideynləri ilə Cavid Zeynalovun ailə üzvləri, bacısı Leyla təmas qurublar. Leyla Zeynalova Bakıdakı “Pakhlava”, “Baku Cafe Dubai”, “Sumakh”, “Baku Cafe”, “M’EAT” restoranlarının daxil olduğu “Beat Group” şəbəkəsinin direktorudur. Cavid Zeynalovun ailə üzvləri də Qurovanın yaxınlarını əmin ediblər ki, qızlarını rahat şəkildə Bakıya göndərə bilərlər, heç bir problem olmayacaq. Bununla belə Qurovanın atası Cavid Zeynalovdan xahiş edib ki, qızına 1 ay müddətində qüvvədə olacaq təyyarə bileti geriyə qayıtmaq üçün də alınsın. Cavid Zeynalov Qurovanın atasını əmin edib ki, onun evlənmək fikri ciddidir, qızını “Caspian Avto İmport” şirkətinə 1000 manat maaşla işlə də təmin edəcək.
Bakıya gəlməzdən əvvəl Qurova pasportunu, diplomunu Cavid Zeynalova göndərib ki, ölkəyə gəlişinə icazə alınsın. Bir müddət sonra Qurovaya baş nazir Şahin Mustafayevin imzası ilə ölkəyə gəlməyə icazə verilib. Qurova yazır ki, Bakıya gələndən sonra Cavid Zeynalov onu evlərinə aparıb və valideynləri, bacısı ilə tanış edib, onu yaşadıqları ünvana - Yasamal rayonu, Həsən bəy Zərdabi 190 ünvanında yerləşən “Melissa Park” yaşayış kompleksindəki mənzillərinə qeydiyyata aldırıb.
Bundan sonra Qurova Worldwide Education təhsil şirkətində Azərbaycan dili kurslarına yazılıb ki, “Caspian Avto İmport” şirkətində işə başlayarkən dil problemi olmasın. Həmin müddətdə Cavid Zeynalov Qurovaya “Caspian Avto İmport” şirkətinin veb-səhifəsini idarə etməyi tapşırıb. V.Qurova yazır ki, bundan sonra problemlər başlayıb, Cavid Zeynalov onun işə çıxması ilə bağlı suallarına cavab verməkdən yayınıb, israr etdikdə isə valideynlərinin gözü qarşısında təhqiramiz formada cavablar verib. V.Qurovanın sənədlərini əlindən alaraq onu Mərdəkandakı bağ evinə apararaq orada saxlayıb. İyun ayında isə “Caspian Avto İmport” şirkətinin BTB bankının nümayəndəsi Emil Rzayevə satıldığını, Qurova ilə şirkət arasındakı müqavilənin ləğv edildiyini deyib. Qurova deyir ki, şirkətlə heç bir müqavilə bağlamadığından və şirkətdən şəxsən pul almadığından müqavilə haqda deyilənlərdən şübhələnib. Düşünür ki, onun sənədləri əsasında hansısa maliyyə maxinasiyaları həyata keçirilə bilər. Buna görə də Azərbaycan Baş Prokurorluğuna müraciət etməklə onun sənədləri əsasında maliyyə maxinasiyalarının baş verib-verməməsini araşdırılması üçün müraciət edib. Bu ilin avqustunda Qurova “Caspian Avto İmport” şirkətinin ofisinə getmək istəyini bildirəndə, Cavid Zeynalov tərəfindən hədələnib və tez bir zamanda Azərbaycanı tərk etməsi tələb edilib. Bir neçə gün sonra Cavid Zeynalov Qurovanı evindən qovub, deyib ki, prokurorluğun 2-ci mərtəbəsində kabineti olan dostu Elçin vasitəsi ilə ona ciddi problemlər yaradacaq. Qurova Azərbaycanda mənzil kirayələyərək Cavid Zeynalovun onun sənədlərindən istifadə etməklə maliyyə maxinasiyaların edib-etməməsinin araşdırılmasına nail olmağa çalışır. Hüquq-mühafizə orqanlarından xahiş edir ki, ona qarşı təhdidlər araşdırılsın, tədbir görülsün.
“Yeni Müsavat”


Dün, 18:28
Birinci sinfə üzrlü səbəbdən gecikən uşaqların qəbulu başa çatıb
Dün, 17:43
Binəqədinin bəzi ərazilərində qaz kəsiləcək
Dün, 16:42
Gürcüstan Baş naziri: Azərbaycan sərhədinədək avtomagistralın inşası davam etdiriləcək
Dün, 16:08
Putinlə Əhməd əl-Şaraa arasında görüş keçirilir
Dün, 15:04
Zabitlərin ehtiyata buraxılma müddəti yeni qaydada müəyyənləşəcək
Dün, 14:29
Tramp Putini doğum günü münasibətilə təbrik etməyib
Dün, 14:00
Maliyyə Monitorinqi Xidmətinin işçilərinin say həddi artırılıb
Dün, 13:10
İraqda deputatlığa namizəd sui-qəsd nəticəsində öldürülüb
Dün, 12:39
Elçin Yusubov: Xankəndi və ətraf ərazilərə 65 mln. manat özəl investisiya cəlb edilib
Dün, 06:14
İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 22 il ötür
14-10-2025, 18:32
AKP: Son iki gündə Qəzzaya rekord həcmdə humanitar yardım daxil olub
14-10-2025, 17:51
Azərbaycan Ordusunda gecə və gündüz şəraitində nümayiş məşqləri keçirilib - VİDEO
14-10-2025, 17:15
DTX-nin saxladığı Qaxın sabiq icra başçısı Musa Şəkiliyevin həbs müddəti uzadılıb
14-10-2025, 16:55
Prezident İİB ilə Anlaşma Memorandumunu təsdiq edib
14-10-2025, 16:06
Son 8 ayda ölüm sayı açıqlanıb
14-10-2025, 15:30
Təhsil üzrə Alt İşçi Qrupunun növbəti iclası keçirilib
14-10-2025, 14:42
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
14-10-2025, 13:15
Prezident İlham Əliyevin Misir səfəri: Yaxın Şərq sülh prosesində Azərbaycanın diplomatik çəkisi - TƏHLİL
14-10-2025, 12:41
Keçmiş icra başçısı vəfat etdi
14-10-2025, 11:55
Bakıda qadın evdə doğuş etdi
14-10-2025, 11:16
Britaniya Azərbaycana silah embarqosunu LƏĞV ETDİ
14-10-2025, 10:17
550 nəfər dövlət qulluğuna imtahan verəcək
14-10-2025, 09:45
Qəbələ və Bakının iki rayonunda qaz olmayacaq
14-10-2025, 09:07
Rusiya Xarkovdakı xəstəxananı bombalayıb, yaralılar var
13-10-2025, 18:57
Lavrov Xəzəryanı ölkələrin səfirləri ilə görüşüb
13-10-2025, 18:08
Ədliyyə orqanlarına qəbulla bağlı müsabiqənin ikinci mərhələsi başlayır
13-10-2025, 16:35
Xəzərin sahilində suiti cəsədləri tapıldı