Milli Məclisin sədri Qurbanqulu Berdiməhəmmədov ilə görüşüb

Azərbaycanda səfərdə olan Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun başçılıq etdiyi nümayəndə heyəti Milli Məclisə (MM) gəlib.
MM-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, qonaqları spiker Sahibə Qafarova qarşılayıb.
Xalq Məsləhətinin sədri əvvəlcə Milli Məclisin plenar iclas zalı ilə tanış olub.
Ulu Öndər Heydər Əliyevin adını daşıyan xatirə zalına gələn qonaqlar burada Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyatının və siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən eksponatlara baxıblar.
Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov buradakı Xatirə kitabına ürək sözlərini yazıb.
Sonra tərəflər arasında geniş tərkibdə görüş keçirilib.
Milli Məclisin sədri Sahibə Qafarova bu səfərin ölkələr arasında münasibətlərin inkişafı və möhkəmlənməsi işinə xidmət edəcəyinə inamını ifadə edib:
"Xalqların ortaq tarixi, mədəni, dil, din və ailə dəyərləri, oxşarlıqları ölkələrimiz arasında münasibətlərin təməlini təşkil edir. Müstəqillik qazandıqdan sonra məhz bu möhkəm təməl üzərində ölkələrimiz arasında geniş münasibətlər qurulub. Dövlətlərarası əlaqələrin möhkəmləndirilməsində və dərinləşdirilməsində qarşılıqlı səfərlər və ali səviyyədə görüşlər müstəsna rol oynayır. Azərbaycan və Türkmənistan bir sıra beynəlxalq təşkilatlarda uğurla əməkdaşlıq edirlər. Türkmənistan tərəfinin Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi təşəbbüslərinə daimi dəstəyi yüksək qiymətləndirilir".
Görüşdə həmçinin qeyd olunub ki, ölkələr arasında mövcud müqavilə-hüquq bazası çox geniş olmaqla siyasi, iqtisadi, ticarət, humanitar və digər əməkdaşlıq sahələrini əhatə edir.
Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov bu səfər çərçivəsində Prezident İlham Əliyevlə keçirdiyi görüş və aparılmış müzakirələr barədə yüksək təəssüratlarını bölüşüb.
Söhbət zamanı qonaq regional məsələlər, gender məsələləri, gənclər siyasəti, iqtisadi əlaqələr, Hökumətlərarası komissiyanın fəaliyyəti, parlament diplomatiyası, parlamentlərarası dialoq və digər mövzular barəsində fikirlərini bölüşüb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barəsində də fikir mübadiləsi aparılıb.









Dün, 18:00
Videosu yayılan müəllim işdən çıxarıldı
Dün, 17:30
Sürücülük vəsiqəsi olmayan şəxsə avtomobil verəni hansı cəza gözləyir? - CAVAB
Dün, 17:00
Bu yazıçı da AYB-dən getdi: Görün nələr yazdı...
Dün, 16:30
Əlavə təhsil hamı üçün ödənişli olacaq
Dün, 16:00
İsveç Şahzadəsi vəfat etdi
Dün, 15:30
Baş nazir Trampı “ac tırtıl” adlandırdı
Dün, 11:30
Yevlaxda beş nəfər dəm qazından zəhərlənib
Dün, 11:00
Azərbaycan Ərbildə Baş konsulluq açmağa hazırlaşır
Dün, 10:30
İlham Əliyev "Qarabağ"ı TƏBRİK ETDİ
Dün, 10:00
Bəhlulun qolu tarixə düşdü
Dün, 09:30
DİM-dən buraxılış imtahanları ilə bağlı yayılan xəbərlərə REAKSİYA
Dün, 09:00
Azərbaycan əhalisini siyahıya alan sabiq məmur vəfat etdi
21-01-2026, 18:00
Baş nazir icbari tibbi sığorta ilə bağlı qərar imzaladı - Yenilənib
21-01-2026, 17:30
İnsan ürəksiz yaşaya bilərmiş
21-01-2026, 17:00
Suraxanıda satılan qutabda at əti aşkarlandı
21-01-2026, 16:30
AQTA sədri İTV-yə qadağa qoydu
21-01-2026, 16:00
İsa Həbibbəyliyə çətir tutan şəxsin kimliyi bəlli oldu - FOTO
21-01-2026, 15:30
Təcili yardım ağır xəstə olan azyaşlını yolda düşürdü
21-01-2026, 11:30
İçərisində 10 kq-dan artıq narkotik olan çanta ilə tutuldu - FOTO
21-01-2026, 11:00
Bakıda 36 yaşlı kişi dəm qazından boğuldu
21-01-2026, 10:30
Xankəndiyə İLK köç - 36 ailə yenidən doğma yurdda!
21-01-2026, 10:00
Cümhuriyyət Qülləsində Azərbaycan bayrağı - GÖRÜNTÜ
21-01-2026, 09:30
Azərbaycan və Ermənistanın biznes dairələri görüşəcək
21-01-2026, 09:00
Ümumdünya Ticarət Təşkilatı dağılma mərhələsindədir
20-01-2026, 18:00
"2026-cı ildə bu məmurlar həbs olunacaq" -SENSASİON AÇIQLAMA
20-01-2026, 17:00
Kadırovun 9 yaşlı oğlunun Qroznıda sarayı var
20-01-2026, 16:30
Sürücülük vəsiqəsi imtahanı çətinləşdirilə bilər