
Sahibə Qafarova: Dünyadakı münaqişə, müharibə və humanitar böhranlar fonunda qadınlar xüsusilə həssas vəziyyətdədirlər

Hazırda dünya bir sıra münaqişələr, müharibələr və humanitar böhranlarla üz-üzə qaldığı şəraitdə qadınlar xüsusilə həssas vəziyyətdədirlər.
Bunu Milli Məclisin sədri Sahibə Qafarova İsveçrə Konfederasiyasının Cenevrə şəhərində Qadın Parlament Sədrlərinin 15-ci Samitində çıxış edərkən deyib.
O bildirib ki, bir çox yerlərdə qadınlar zorakılıqdan, köçkünlükdən, sosial təminat vasitələrini, təhsil, səhiyyə və müdafiə imkanlarını itirməkdən əziyyət çəkirlər:
"Həmçinin, münaqişələr illər keçdikcə mövcud gender bərabərsizliyini daha da dərinləşdirir, qadın hüquqları sahəsində əldə olunan nailiyyətlərin üstündən xətt çəkir. Qadınlar təkcə fiziki təhlükəsizliyini deyil, həm də ictimai-siyasi həyatın tamhüquqlu iştirakçıları kimi öz potensiallarını reallaşdırmaq imkanlarını da itirirlər".
Azərbaycanda qadınların bu acı həqiqəti yaxşı bildiklərini qeyd edən Milli Məclisin sədri xatırladıb ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan ərazilərinin 20 faizinin qonşu Ermənistan tərəfindən işğalı, təkcə bu ərazilərin tamamilə məhv edilməsi ilə deyil, həm də etnik təmizləmə, əhalinin məcburi köçü və humanitar böhranla nəticələndi, təxminən 1 milyon soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Spikerin sözlərinə görə, onların 52 faizini qızlar və qadınlar təşkil edib. Bu qadınlar evlərini, ailələrini və təhlükəsizliklərini itirdilər.
Azərbaycanın 1918-ci ildə əksər Avropa ölkələrini qabaqlayaraq, qadınlara səsvermə hüququ verən ölkə olduğunu deyən Sahibə Qafarova ölkənin qadınların hüquqlarının və onların ictimai həyatın bütün sahələrində fəal iştirakının təmin edilməyinə sadiq olduğunu söyləyib. Qeyd olunub ki, bu mənada, keçmiş məcburi köçkün və qaçqın qadınlar da istisna deyil.
Milli Məclisin sədri deyib ki, Azərbaycan 2020-ci ildə ərazi bütövlüyünü bərpa etdikdən sonra işğaldan azad edilmiş ərazilərin bərpası, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qaytarılması ilə bağlı tədbirləri uğurla həyata keçirir. Bu gün bu ərazilərdə 50 mindən çox insan yaşayır, işləyir və təhsil alır. Qadınlar isə sosial-iqtisadi infrastrukturun yaradılmasında, təhsil və tibb müəssisələrinin fəaliyyətində, davamlı inkişaf, işğaldan azad olunmuş ərazilərdə mədəni irsin bərpası təşəbbüslərinin həyata keçirilməsində fəal rol oynayırlar.
Bundan başqa, baxılmaqda olan "Gender bərabərliyinin təmin edilməsi üzrə Milli Fəaliyyət Planı"nın layihəsində işğaldan azad edilmiş ərazilərə qayıdan qadınların məşğulluğunun təmin edilməsi, onların rəqəmsal bacarıqlarının artırılması, ehtiyaclarının müəyyən edilməsi üçün tədqiqatların aparılması və digər məsələlərin öz əksini tapdığını söyləyən Sahibə Qafarova, vurğulayıb ki, Ermənistan tərəfindən basdırılan 1,5 milyon mina hələ də görülən işlərə əsas maneə olaraq qalır. Ərazilərin minalardan təmizlənməsində, böyük insan və maliyyə resurslarının cəlb edilməsini tələb edən tədbirlərdə də Azərbaycan qadınları iştirak edirlər.
Çıxışının sonunda spiker Sahibə Qafarova bir daha diqqətə çatdırıb ki, bütün çətinliklərə baxmayaraq, qadınların iştirakı olmadan dayanıqlı dünya qurmaq mümkün deyil. Qadınların proseslərə fəal cəlb olunması zorakılıq risklərini azaltmağa kömək etməklə yanaşı, uzunmüddətli inkişaf üçün möhkəm zəmin yaradır.
Qeyd edək ki, sammitdə 29 ölkənin qadın spikerləri, bir sıra beynəlxalq təşkilatların qadın rəhbərləri daxili olmaqla, ümumilikdə 350-yə yaxın nümayəndə iştirak edib.



Bugün, 18:57
Sabit tarifin tətbiq olunması nə vəd edir? - ARAŞDIRMA
Bugün, 18:06
Portuqaliya Fələstin dövlətini tanıya bilər
Bugün, 17:33
Bakı-Qazax yolunda avtomobillə hərəkət mərhələli şəkildə məhdudlaşdırılacaq
Bugün, 16:49
Azərbaycan turizm sektorunda mühüm oyunçuya çevrilir: turistlərin sayı kəskin şəkildə artıb
Bugün, 16:12
Avqustda bəzi yerlərdə havanın temperaturu yüksək olacaq - AYLIQ PROQNOZ
Bugün, 15:27
QHT-lərin göstərdiyi xidmət və işlərə dair yeni tələblər təsdiqlənib
Bugün, 12:58
Hesablama Palatası: ARDNF-in valyuta bölgüsündə tarazlaşdırma aparılmayıb
Bugün, 12:25
Avqustun 1-nə olan hava proqnozu açıqlanıb
Bugün, 11:59
DİN və DSX Cəlilabadda əməliyyat keçirib, axtarışda olan şəxs saxlanılıb
Bugün, 11:26
DƏMX isti hava ilə bağlı işəgötürənlərə xəbərdarlıq edib
Bugün, 10:46
Laçının Güləbird kəndində mürəkkəb relyefli dağlıq ərazidə yanğın olub
Bugün, 09:34
Azərbaycan banklarının adından saxta profillər açaraq kartlardan pul oğurlayan Türkiyə vətəndaşı həbs edilib
Bugün, 08:58
Rusiyanın Kiyevə raket zərbəsi nəticəsində bir nəfər ölüb, onlarla yaralı var
Bugün, 08:35
Bakının bəzi yollarında sıxlıq var
Dün, 18:39
Pasxa adasında sunami təhlükəsi ilə əlaqədar təxliyə başlayıb
Dün, 18:07
Sahibə Qafarova Parlament Sədrlərinin 6-cı Dünya Konfransında ümumi müzakirələrə sədrlik edib
Dün, 17:10
Maliyyə Nazirliyi bu il 27 vəzifəli şəxsi cərimələyib
Dün, 16:39
Məramı sülh olmayan Rusiya missiyası – sülhü, təhlükəsizliyi təhdid edən qoşun - ŞƏRH
Dün, 16:05
Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimində yenilik ediləcək
Dün, 15:38
Azərbaycanda istilik tarifləri dəyişdirilib
Dün, 14:21
Türkiyə MTŞ-nin iclasında Azərbaycanla Ermənistan arasında baş verən proseslər müzakirə olunacaq
Dün, 14:07
Prezident Gəncə Memorial Kompleksində tikinti işlərinin tamamlanmasına vəsait ayırıb
Dün, 13:13
Azərbaycan neftinin qiyməti 71 dolları keçib
Dün, 12:52
İyulun son gününün havası açıqlanıb
29-07-2025, 18:04
"Qarabağ" "Şelburn"la qarşılaşmaya 2 ciddi itki ilə çıxacaq
29-07-2025, 17:24
İran Prezidentinin karikaturasını çəkən rəssam barəsində cinayət işi başlanıb
29-07-2025, 16:07
Parlament Sədrlərinin 6-cı Dünya Konfransının Hazırlıq Komitəsinin yekun iclası keçirilib