Lənkəran Reabilitasiya Mərkəzində göstərilən xidmətlər razılıq doğurur
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Lənkəran Reabilitasiya Mərkəzi Lənkəran şəhərində və ətraf rayonlarda yaşayan əlilliyi olan şəxslərə kompleks tibbi, sosial-psixoloji reabilitasiya xidməti göstərmək yolu ilə onların sosial statusunun bərpa edilməsi və cəmiyyətə inteqrasiyası, onların tibbi, sosial-psixoloji, peşə diaqnostikası və reabilitasiyası, xəstəlikləri nəzərə alınmaqla dietik və rasional qidalanmasının təşkili, yaş və sağlamlıqlarını nəzərə alınmaqla mədəni-kütləvi tədbirlərə, müalicə idmanına cəlb edilməsi, onlarda gigiyenik vərdişlərin tərbiyə edilməsi, sağlam həyat tərzinin təbliği istiqamətində işlər görür.
2020-ci ildə istifadəyə verilən müəssisədə Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad və Biləsuvar rayonları üzrə il ərzində 350 əlilliyi olan şəxsə effektiv fizioterapevtik üsulların tətbiqi əsasında tibbi-sosial reabilitasiya xidmətləri göstərilir. Mərkəz limfodrenaj, ozonoterapiya, maqnitoterapiya, hidroterapiya və digər yeni müasir tibbi-reabilitasiya aparatları və avadanlıqlarla da təchiz edilib.
Pasientlər Mərkəzdə göstərilən xidmətdən razılıq edirlər. Bu günlərdə redaksiyamıza müraciət edən 1988-ci il təvəllüdlü II dərəcəli əlil Nəzərov Rüfət Rahab oğlu xidmətindən istifadə etdiyi Lənkəran Reabilitasiya Mərkəzinin kollektivinə ünvanaldığı minnətdarlıq nidalarını ictimailəşdirməyi xahiş etmişdir:
“Mən keçirilmiş uşaq serebrel iflicinin qalıqlarının əlamətləri olaraq aşağı ətraflarımın paraparezi, yeriş və duruş funksiyamın pozulmasından şikayətliyəm. Mütəmadi müalicə alıram. Axırıncı dəfə iyul ayının 1-dən 14-ə kimi Mərkəzdə müalicədə olmuşam. Maqnioterapiya, vakkum elektroterapiya, elektromiostimulyasiya, massaj və başqa prosedurlar alandan sonra hissi və hərəki funksiyalarım yaxşılaşıb. Əlbəttə ki, bu cür şəraitin yaradıldığına, əlilliyi olan vətəndaşların heç bir xərc çəkmədən əlinin belə yüksək, keyfiyyətli xidmətlərə çatdığına görə dövlətimizin başçısı cənab İlham Əliyevə, sosial məsələlərdə hökumətə etibarlı tərəf müqabili kimi çıxış edən Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığımı bildirirəm. Əlbəttə ki, dövlətimizin diqqətcil və qayğılı münasibətini vətəndaşlara ötürməklə vəzifələndirilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Lənkəran Reabilitasiya Mərkəzinin direktoru doktor Elvin Əsədullazadəyə, müalicə həkimim Nairə Həşimovaya və mənim səhhət durumuma həssas münasibət göstərən digər kollektiv üzvlərinə təşəkkürümü çatdırıram”.
Hazırladı: Şahin Orucov
Dün, 18:00
Videosu yayılan müəllim işdən çıxarıldı
Dün, 17:30
Sürücülük vəsiqəsi olmayan şəxsə avtomobil verəni hansı cəza gözləyir? - CAVAB
Dün, 17:00
Bu yazıçı da AYB-dən getdi: Görün nələr yazdı...
Dün, 16:30
Əlavə təhsil hamı üçün ödənişli olacaq
Dün, 16:00
İsveç Şahzadəsi vəfat etdi
Dün, 15:30
Baş nazir Trampı “ac tırtıl” adlandırdı
Dün, 11:30
Yevlaxda beş nəfər dəm qazından zəhərlənib
Dün, 11:00
Azərbaycan Ərbildə Baş konsulluq açmağa hazırlaşır
Dün, 10:30
İlham Əliyev "Qarabağ"ı TƏBRİK ETDİ
Dün, 10:00
Bəhlulun qolu tarixə düşdü
Dün, 09:30
DİM-dən buraxılış imtahanları ilə bağlı yayılan xəbərlərə REAKSİYA
Dün, 09:00
Azərbaycan əhalisini siyahıya alan sabiq məmur vəfat etdi
21-01-2026, 18:00
Baş nazir icbari tibbi sığorta ilə bağlı qərar imzaladı - Yenilənib
21-01-2026, 17:30
İnsan ürəksiz yaşaya bilərmiş
21-01-2026, 17:00
Suraxanıda satılan qutabda at əti aşkarlandı
21-01-2026, 16:30
AQTA sədri İTV-yə qadağa qoydu
21-01-2026, 16:00
İsa Həbibbəyliyə çətir tutan şəxsin kimliyi bəlli oldu - FOTO
21-01-2026, 15:30
Təcili yardım ağır xəstə olan azyaşlını yolda düşürdü
21-01-2026, 11:30
İçərisində 10 kq-dan artıq narkotik olan çanta ilə tutuldu - FOTO
21-01-2026, 11:00
Bakıda 36 yaşlı kişi dəm qazından boğuldu
21-01-2026, 10:30
Xankəndiyə İLK köç - 36 ailə yenidən doğma yurdda!
21-01-2026, 10:00
Cümhuriyyət Qülləsində Azərbaycan bayrağı - GÖRÜNTÜ
21-01-2026, 09:30
Azərbaycan və Ermənistanın biznes dairələri görüşəcək
21-01-2026, 09:00
Ümumdünya Ticarət Təşkilatı dağılma mərhələsindədir
20-01-2026, 18:00
"2026-cı ildə bu məmurlar həbs olunacaq" -SENSASİON AÇIQLAMA
20-01-2026, 17:00
Kadırovun 9 yaşlı oğlunun Qroznıda sarayı var
20-01-2026, 16:30
Sürücülük vəsiqəsi imtahanı çətinləşdirilə bilər
