Tovuz rayon rəhbərliyinin tapşırıqları Həsənli inzibati ərazi dairəsində layiqincə yerinə yetirilir
Tovuz rayon İcra Hakimiyyəti başçısının Həsənli kənd inzibati ərazi nümayəndəliyi öz işini, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli fərmanı ilə təsdiq edilmiş "Yerli İcra Hakimiyyətləri haqqında Əsasnaməni" rəhbər tutaraq işini qurmuşdur. Nümayəndəliyin fəaliyyətini özündə əks etdirən illik və rüblük iş planları hazırlanmışdır. Nümayəndəlikdə "Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikası Qanunu"nun tələbləri səviyyəsində baxılmasına səy göstərilmişdir.
Nümayəndəlikdə səlahiyyətlər çərçivəsində sərəncamlar verilir, icrasından ötrü tədbirlər planı hazırlanır. Onlar əsasən əhalinin sosial problemlərinin həlli, ərazidə abadlıq-quruculuq işlərinin aparılması, kütləvi tədbirlər keçirilməsi, vətənpərvərlik, erkən nigah, əkin-biçin işləri barədə, təhsillə bağlı, həqiqi hərbi xidmətə çağırışla bağlı, vətəndaşların təsərrüfatdan ayrılma, gənclərin asudə vaxtları ilə bağlı, tibbi xidmətlə bağlı, bayram və əlamətdar günlərlə bağlı məsələləri əhatə edir. Nümayəndəlik sərəncamlarından irəli gələn vəzifələrin icrasına daim səy göstərir.
_Musayev Nizaməddin Musa oğlu 01.07.1966-cı ildə Tovuz rayonunun Məşədivəlilər kəndində anadan olub. 1998-ci ildə Pedaqoji Unversitetin Pedaqogika fakultəsini fərqlənmə diplomi ilə bitirib. 1998-ci ilin aprel ayından Tovuz rayon İcra Hakimiyyəti Başçısının Həsənli İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyir._
Dediklərindən:
– Nümayəndəlik tərəfindən hər il 1 yanvar vəziyyətinə ərazidə olan fərdi yaşayış evləri üzrə təsərrüfat başına uçot kitablarının rekvizitləri dürüstləşdirilmiş, habelə təsərrüfat üzvlərin və müvəqqəti yaşayan şəxslərin siyahısı aparılır. Buna əsasən Azərbaycan Respublikası seçki məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq daimi seçici siyahısına daxil edilmək üçün ərazidə aktiv seçici hüququna malik olan seçicilərin siyahısı, həmçinin respublikadan kənarda olan seçicilərin siyahısı belə dəqiqləşdirilmişdir.
Nümayəndəliyə vətəndaşlardan daxil olan pay torpağı ilə bağlı, qonşu mübahisəsi, su aparıcı kanalların təmizlənməsi, ünvanlı sosial yardımın verilməsi, telefon və elektrik xətlərinin təmiri, ev tikilməsinə köməklik, artezian quyusunun qazılması, şəhid ailələrinə və qazilərə verilən imtiyazlardan istifadə ilə bağlı və s. müraciətlərin vaxtında müsbət həlli üçün maksimum səylər göstərilir.
Çoxsaylı vətəndaş müraciətləri nəzərə alınaraq rayon icra hakimiyyəti aidiyyəti qurumlar qarşısında məsələ qaldırmış və artıq bu ildən Tovuz və Gədəbəy rayonlarını əhatə edən və 13 yaşayış məntəqəsini birləşdirən Çatax–Çeşməli–Mollalar–Məşədivəlilər–Həsənli Abbasqulular Papaqçılar–Güvəndik–Lazılar–Novosaratovka marşrutu üzrə avtomobil yollarının yenidən qurulması işlərinə başlanılmışdır.
Nümayəndəlik tərəfindən kargüzarlıq işləri "Dövlət hakimiyyət orqanlarında idarə, təşkilat müəssisələrində kargüzarlığa dair" təlimatın tələbləri səviyyəsində aparılmışdır. Nümayəndəliyə müxtəlif təşkilatlardan daxil olan sənədlər təsnifatı üzrə qruplaşdırılmış, məlumat tələb olunanlara cavab hazırlanaraq göndərilmiş, digərləri isə rəhbərlik üçün işə qəbul edilmişdir. Göndərilən sənədlərin qeydiyyatı kitabı və surətlərinin saxlanması üçün qovluq açılmışdır.
"Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə"yə və Azərbaycan Respublikasının "Ailə məcəlləsinə" əsasən nümayəndəlik tərəfindən vətəndaşlıq vəziyyəti aktların dövlət qeydiyyatı aparılır. Nigah faktlarının qeydiyyatı zamanı hər hansı müddət pozğunluğuna yol verilməmiş, rüsum haqları vaxtında ödənilmişdir. Nümayəndəlik tərəfindən Azərbaycan Respublikası "Ailə Məcəlləsi" əsas tutularaq ərazidə az yaşlı qızların erkən nikahlarının qarşısının alınması bir vəzifə olaraq daim diqqət mərkəzində olmuşdur.
Ərazidə yaşayan vətəndaşlara onların şəxsiyyəti, ailə vəziyyətini təsdiq edən arayışlar və digər arayış xarakterli sənədlər verilmişdir. Verilmiş arayış və sənədlər normativ hüququ aktlara istinad olaraq təqdim edilmiş və surətləri nümayəndəlikdə saxlanmışdır.
"Təhsil haqqında" Qanunun yerinə yetirilməsinə nəzarət etməklə şagirdlərin dərsə davamiyyətinə məktəb kollektivlərinə yaxından köməklik göstərilir.
Ərazidə uşaqlar arasında peyvənd aparılmışdır. Bunun nəticəsində uşaqlar arasında göy öskürək, diftria, hepotit, tetanus və qızılca kimi xəstəliklər müşahidə olunmamışdır.
Klub və kitabxanalarda mütəmadi olaraq mədənli-kütləvi tədbirlər keçirilir.
Şəhid ailələri və Qarabağ əlilləri həmişə qayğı ilə əhatə olunur. Müqəddəs gün və bayramlarda Rayon İcra Hakimiyyəti tərəfindən onların xatirələri daima əziz tutulur, bundan sonra da onlara diqqətlə yanaşılacaqdır.
Respublikamızda azad sahibkarlığa yaradılmış şərait ərazidə də sahibkarlığın inkişafına böyük təsir göstərmişdir. Fermerlərə tərəfimizdən toxum, mineral gübrələr verilməsində, biçin vaxtı əlavə texnikanın cəlb edilməsində, zərərli və xəstəliklərlə mübarizə zamanı lazımı preparatların verilməsində köməklik edilmişdir.
Bələdiyyə ilə işlərin səmərəli təşkili, yerli əhəmiyyətli məsələlərin birgə həll edilməsinə nümayəndəlik tərəfindən bələdiyyəyə yaxından köməklik göstərilir, qarşıya çıxan bütün problemlərin həllinə birlikdə səy göstərilir. Bələdiyyə və pay torpağında qanunsuz ev tikən vətəndaşlar barəsində inzibati tədbir görülməsindən ötrü məhkəməyə və əmlak komitəsinə müvafiq sənədlər göndərilmişdir.
Sakinlərin mənəvi tərbiyəsi ilə bağlı, el adətlərinin yaşaması, dini dəyərlərin qorunması sahəsinə də tərəfimizdən diqqət yetirilmişdir.
İcra hakimiyyətinin başçısı cənab Məmməd Məmmədovu və sakinlərimizi əmin edim ki, Həsənli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi bundan sonra da verilmiş tapşırıqların yerinə yetirilməsinə, ərazinin sosial problemlərinin həll olunmasına bütün qüvvə və bacarığını sərf edəcək və bizə göstərilən etimadı doğruldacağıq.
Söhbətləşdi: Şahin Orucov
Dün, 18:00
Videosu yayılan müəllim işdən çıxarıldı
Dün, 17:30
Sürücülük vəsiqəsi olmayan şəxsə avtomobil verəni hansı cəza gözləyir? - CAVAB
Dün, 17:00
Bu yazıçı da AYB-dən getdi: Görün nələr yazdı...
Dün, 16:30
Əlavə təhsil hamı üçün ödənişli olacaq
Dün, 16:00
İsveç Şahzadəsi vəfat etdi
Dün, 15:30
Baş nazir Trampı “ac tırtıl” adlandırdı
Dün, 11:30
Yevlaxda beş nəfər dəm qazından zəhərlənib
Dün, 11:00
Azərbaycan Ərbildə Baş konsulluq açmağa hazırlaşır
Dün, 10:30
İlham Əliyev "Qarabağ"ı TƏBRİK ETDİ
Dün, 10:00
Bəhlulun qolu tarixə düşdü
Dün, 09:30
DİM-dən buraxılış imtahanları ilə bağlı yayılan xəbərlərə REAKSİYA
Dün, 09:00
Azərbaycan əhalisini siyahıya alan sabiq məmur vəfat etdi
21-01-2026, 18:00
Baş nazir icbari tibbi sığorta ilə bağlı qərar imzaladı - Yenilənib
21-01-2026, 17:30
İnsan ürəksiz yaşaya bilərmiş
21-01-2026, 17:00
Suraxanıda satılan qutabda at əti aşkarlandı
21-01-2026, 16:30
AQTA sədri İTV-yə qadağa qoydu
21-01-2026, 16:00
İsa Həbibbəyliyə çətir tutan şəxsin kimliyi bəlli oldu - FOTO
21-01-2026, 15:30
Təcili yardım ağır xəstə olan azyaşlını yolda düşürdü
21-01-2026, 11:30
İçərisində 10 kq-dan artıq narkotik olan çanta ilə tutuldu - FOTO
21-01-2026, 11:00
Bakıda 36 yaşlı kişi dəm qazından boğuldu
21-01-2026, 10:30
Xankəndiyə İLK köç - 36 ailə yenidən doğma yurdda!
21-01-2026, 10:00
Cümhuriyyət Qülləsində Azərbaycan bayrağı - GÖRÜNTÜ
21-01-2026, 09:30
Azərbaycan və Ermənistanın biznes dairələri görüşəcək
21-01-2026, 09:00
Ümumdünya Ticarət Təşkilatı dağılma mərhələsindədir
20-01-2026, 18:00
"2026-cı ildə bu məmurlar həbs olunacaq" -SENSASİON AÇIQLAMA
20-01-2026, 17:00
Kadırovun 9 yaşlı oğlunun Qroznıda sarayı var
20-01-2026, 16:30
Sürücülük vəsiqəsi imtahanı çətinləşdirilə bilər
