Best Energy Group” MMC Göygöl rayonunda yeni elektrik yarımstansiyası inşa edib
Gündəm / Sosial
Oxunub: 161
25 Ağu 2025 | 00:30
Best Energy Group” MMC Göygöl rayonunda yeni elektrik yarımstansiyası inşa edib


Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Gəncə, Kəlbəcər və Ağdərəyə səfərləri çərçivəsində avqustun 20-də "Hacıkənd" İstirahət Kompleksinin tikintisi ilə tanış olublar.

Gəncə şəhərinin Hacıkənd qəsəbəsi və Göygöl rayonunun Bənövşəli kəndinin ərazisini əhatə edən Kompleksin ümumi sahəsi 23 hektara yaxındır. Eyni vaxtda 452 qonağın qəbulu üçün nəzərdə tutulan kompleksdə qonaqlara istirahətlə yanaşı, sağlamlıqlarını təmin etmək məqsədilə də zəruri şərait yaradılacaq.

Eyni zamanda, kompleksdə işgüzar görüşlər, konfranslar və müxtəlif təyinatlı tədbirlərin təşkili üçün müasir texniki avadanlıqla təchiz ediləcək teatral üslubda 90 nəfərlik konfrans zalı yaradılacaq. Kompleks fəaliyyətə başladıqdan sonra burada ümumilikdə 300-ə yaxın iş yerinin açılması nəzərdə tutulur.

Qeyd edək ki, bu istirahət mərkəzinin istifadəyə verilməsi bölgədə turizm potensialının möhkəmləndirilməsinə, məşğulluğun səviyyəsinin artırılmasına, ümumilikdə sosial-iqtisadi inkişafa böyük töhfə verəcək.

Yeni-yeni turizm, biznes və sosial obyektlərin istifadəyə verildiyi Göygöl rayonunda kommunal xidmət infrastrukturunun da daim yaxşılaşdırılmasına diqqət yetirilir. Bu xidmət növləri sırasında əlbəttə ki, elektrik enerjisi ilə təminat əhəmiyyətli yer tutur. Rayon İcra Hakimiyyəti, “Azərenerji” Səmdar Cəmiyyəti, eləcə də hökumətin yerli qurumları elektrik təchizatı infrastrukturunun qurulması və təkmilləşdirilməsi işlərini yerinə yetirən icraçıları tender yolu ilə seçərkən sahə üzrə sınanmış, təcrübəli, uğurlu şirkətlərlə işləməyə üstünlük verirlər. Belə etibarlı tərəf müqabillərindən biri də “Best Energy Group” MMC-dir.

“Best Energy Group” MMC müxtəlif sənaye sahələrində biznes və fərdlərə xidmət göstərən davamlı həllərin aparıcı təchizatçısı olmağı hədəfləyən şirkətdir. Şirkət müştərilərinin kiçik miqyaslı layihələrdən irimiqyaslı infrastruktur inkişaflarına qədər müxtəlif ehtiyaclarını ödəmək üçün etibarlı, səmərəli və ekoloji cəhətdən təmiz xidmətlər təqdim edir.

Şirkət ağıllı əlaqə nöqtələri sayəsində asan montaj və sökmə xüsusiyyətinə malik modul panellər, sinxronizasiya panelləri, generator ötürmə panelləri və əsas paylayıcı panellər istehsal edir.

Yüksək gərginlikdən qidalanan sistemlərin, xüsusilə elektrik enerjisi istehsal edən stansiyaların, ötürücü sistemlərin, paylayıcı qurğuların, nasos stansiyalarının, sement fabriklərinin mühafizə idarələri üçün hazırlanmış ikinci dərəcəli qoruyucu panellərin istehsalı, CNC dəzgahlarında hazırlanmış xüsusi dizayn panelləri ilə həyata keçirilir.

Müştərinin müxtəlif tələblərinə uyğun olaraq ikinci dərəcəli paylayıcı sistemlərdə elektrik enerjisinin etibarlı paylanması üçün istifadə olunan orta gərginlikli paylayıcı qurğular da hazırlanır.

“Best Energy Group” MMC Göygöl rayonunda inşa etdiyi yeni yarımstansiya sifarişçiyə təhvil verilib. 2 – 3 ay əvvəl başlanmış işlər uğurla yekunlaşdırılıb. İş icraçısı Ağaxan müəllimin rəhbərliyi altında cəlb olunmuş 20-30 nəfər işçi heyət üzərlərinə düşən vəzifələrin öhdəsindən məharətlə gəliblər.

Onu da qeyd edək ki, “Best Energy Group” MMC daha əvvəl işğaldan azad olunmuş Laçın, Zəngilan, Hadrut, Xocalı rayonlarında, eləcə də Mingəçevir və Sumqayıt kimi iri şəhərlərdə, Bakıdakı möhtəşəm “Seabreeze” layihəsi üzrə uğurlu proyektlər həyata keçirmiş və keçirməkdədir.

Şahin Orucov
Best Energy Group” MMC Göygöl rayonunda yeni elektrik yarımstansiyası inşa edib
Best Energy Group” MMC Göygöl rayonunda yeni elektrik yarımstansiyası inşa edib
Best Energy Group” MMC Göygöl rayonunda yeni elektrik yarımstansiyası inşa edib
Best Energy Group” MMC Göygöl rayonunda yeni elektrik yarımstansiyası inşa edib
Best Energy Group” MMC Göygöl rayonunda yeni elektrik yarımstansiyası inşa edib
Best Energy Group” MMC Göygöl rayonunda yeni elektrik yarımstansiyası inşa edib
Best Energy Group” MMC Göygöl rayonunda yeni elektrik yarımstansiyası inşa edib
Best Energy Group” MMC Göygöl rayonunda yeni elektrik yarımstansiyası inşa edib
Bugün, 18:00
Videosu yayılan müəllim işdən çıxarıldı
Bugün, 17:30
Sürücülük vəsiqəsi olmayan şəxsə avtomobil verəni hansı cəza gözləyir? - CAVAB
Bugün, 17:00
Bu yazıçı da AYB-dən getdi: Görün nələr yazdı...
Bugün, 16:30
Əlavə təhsil hamı üçün ödənişli olacaq
Bugün, 16:00
İsveç Şahzadəsi vəfat etdi
Bugün, 15:30
Baş nazir Trampı “ac tırtıl” adlandırdı
Bugün, 11:30
Yevlaxda beş nəfər dəm qazından zəhərlənib
Bugün, 11:00
Azərbaycan Ərbildə Baş konsulluq açmağa hazırlaşır
Bugün, 10:30
İlham Əliyev "Qarabağ"ı TƏBRİK ETDİ
Bugün, 10:00
Bəhlulun qolu tarixə düşdü
Bugün, 09:30
DİM-dən buraxılış imtahanları ilə bağlı yayılan xəbərlərə REAKSİYA
Bugün, 09:00
Azərbaycan əhalisini siyahıya alan sabiq məmur vəfat etdi
Dün, 18:00
Baş nazir icbari tibbi sığorta ilə bağlı qərar imzaladı - Yenilənib
Dün, 17:30
İnsan ürəksiz yaşaya bilərmiş
Dün, 17:00
Suraxanıda satılan qutabda at əti aşkarlandı
Dün, 16:30
AQTA sədri İTV-yə qadağa qoydu
Dün, 16:00
İsa Həbibbəyliyə çətir tutan şəxsin kimliyi bəlli oldu - FOTO
Dün, 15:30
Təcili yardım ağır xəstə olan azyaşlını yolda düşürdü
Dün, 11:30
İçərisində 10 kq-dan artıq narkotik olan çanta ilə tutuldu - FOTO
Dün, 11:00
Bakıda 36 yaşlı kişi dəm qazından boğuldu
Dün, 10:30
Xankəndiyə İLK köç - 36 ailə yenidən doğma yurdda!
Dün, 10:00
Cümhuriyyət Qülləsində Azərbaycan bayrağı - GÖRÜNTÜ
Dün, 09:30
Azərbaycan və Ermənistanın biznes dairələri görüşəcək
Dün, 09:00
Ümumdünya Ticarət Təşkilatı dağılma mərhələsindədir
20-01-2026, 18:00
"2026-cı ildə bu məmurlar həbs olunacaq" -SENSASİON AÇIQLAMA
20-01-2026, 17:00
Kadırovun 9 yaşlı oğlunun Qroznıda sarayı var
20-01-2026, 16:30
Sürücülük vəsiqəsi imtahanı çətinləşdirilə bilər