Fəaliyyətinin heç 100 günü tamam olmayan kollec direktoruna qarşı qarayaxma kampaniyası
Gündəm / Sosial
Oxunub: 291
6 Eyl 2025 | 17:01
Fəaliyyətinin heç 100 günü tamam olmayan kollec direktoruna qarşı qarayaxma kampaniyası

Bu ilin iyul ayında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmrləri ilə Xırdalan şəhərində yerləşən Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə bir sıra yeni rəhbər təyinatları həyata keçirildi. Hicran Əyyubova kollecin direktoru, Gülnar Kərimova tədris işləri üzrə direktor müavini, Firuzə Fərmanlı isə tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin olundular.
Müəssisənin yeni rəhbəri Hicran Əyyubova bakalavr təhsilini Azərbaycan Dillər Universitetində, magistratura təhsilini isə Gəncə Dövlət Universitetində başa vurub. O, daha sonra ADA Universitetində ikinci magistratura təhsili alıb. 2006-2022-ci illərdə Qazax rayonu Kosalar kənd tam orta məktəbində müəllim kimi fəaliyyət göstərib, 2022-ci ilin dekabr ayından Qazax şəhər Q.Hacımahmudova adına ümumi orta məktəbin direktoru olub. 2024-cü ilin mayında Tovuz Dövlət Sosial-İqtisadi Kollecinə direktor təyin edilib və son təyinatadək həmin vəzifəni icra edib.
Müavin vəzifələrinə təyin olunan digər kadrlar da mükəmməl savadları, qüsursuz əmək fəaliyyətləri, yetərli qədər təcrübələri, nümunəvi davranışları ilə seçilən mütəxəssislərdir.
Təyinatlardan dərhal sonra adları çəkilən ziyalıları yaxşı tanıyan insanlar sosial şəbəkə hesablarında onlara çatdırdıqları təbrik nidalarında tükənməz enerji, yeni-yeni nailiyyətlər arzulayıb, Kollecin işində müsbət istiqamətdə əhəmiyyətli addımlar atacaqlarına inam ifadə ediblər. Daha əvvəl çiyin-çiyinə işlədikləri kollektivlərin üzvləri də münasibət bildirərək bir yandan Hicran xanımın onlardan ayrıldığına görə üzüldüklərini, amma yeni təyinatına görə sevindiklərini, dürüstlüyü və ədalətli qərarları ilə təhsilimizin inkişafı üçün daha böyük uğurlara imza atacağına inandıqlarını bildiriblər.
Təyinat barədə yayılan informasiyaya bildirilən şərhlər arasında diqqəti çəkən birinin müəllifi isə hər üç xanım ziyalıya səbr arzulayıb: “...Çünki köhnə direktordan qalanlarla işləmək bir az çətin olacaq. Təhsildən uzaq insanlardı...”
Bir başqa şərhin müəllifi isə yazır: “Hər üç şəxsə bu çətin yolda uğurlar arzulayıram. Kolleci və əməkdaşlarını beş barmağım kimi tanıdığım üçün bilirəm ki, asan olmayacaq. Mehmet Akif Ersoy demiş, artıq iki üzlü adamlara da hörmətlə yanaşacağıq min üzlüləri gördükdən sonra...”
Təyinatdan ötən az müddət ərzində görünən odur ki, bu narahatlıqlar əbəs deyilmiş. Kollecdə sabiq rəhbərlikdən miras qalan komandanın üzvləri yeni direktora qarşı kampaniyaya başlayıblar. Məsələn, Kollecdə dəftərxana müdiri vəzifəsində işləmiş Haşımlı Nigar İsmayıl qızı yuxarı instansiyalara və mediada şikayət xarakterli belə bir məlumat yaymağa çalışır ki, yeni direktor vəzifəyə gələn kimi guya heç bir səbəb olmadan onun və başqa əməkdaşların işdən çıxmaları barədə ərizə yazmalarını tələb edib və buna nail olmaq üçün onlara təzyiq göstərib. N.Haşımlı həmçinin iddia edir ki, dəfələrlə əmək məzuniyyəti və ödənişsiz məzuniyyət üçün ərizə ilə müraciət edib, lakin direktordan rədd cavabı alıb. Eyni zamanda heç bir dəlil-sübut göstərmədən iddia edib ki, guya Hicran Əyyubova Tovuz Dövlət Sosial-İqtisadi kollecində həyata keçirdiyi qanunsuzluqları Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar kollecdə də həyata keçirir.
Kollec rəhbərliyinin bu iddialara münasibətini öyrənmişik. Bildirilib ki, BDU nəzdində İqtisadiyyat və Humanitar Kolleci PHŞ-yə direktor təyin olunduqdan sonra Kollecdə audit yoxlaması aparılmışdır. Bir sıra nöqsanlar aşkarlanmışdır, onlardan biri də kadr siyasətinin düzgün aparılmaması olmuşdur. Bütün proses Elm və Təhsil Nazirliyinin nəzarətindədir. Yeni rəhbərlik tərəfindən hər hansı şəxsin işdən azad olunması barədə qərar qəbul edilməyib.
Əvvəla, Hicran Əyyubovanın Tovuz Dövlət Sosial-İqtisadi kollecdəki rəhbərlik dövründə fəaliyyəti qeyri-qənaətbəxş sayılsaydı, o, hazırki məsul vəzifəsinə təyinat almazdı. Diqqətəlayiq məsələ həm də odur ki, nəyə görə N.Haşımlı israrla öz hesabına, yəni ödənişsiz məzuniyyətə çıxmaq istəsin. Belə “fəaliyyəti dondurma” üsuluna çox vaxt araşdırılacağı gözlənilən işlərində şübhəli məqamlar olan əməkdaşlar əl atırlar ki, vaxt qazansınlar. Həmin vaxt ərzində isə “qara məni basınca, qoy qaranı mən basım” deyib yuxarı instansiyalara mümkün olduğu qədər çox şikayətlər yazmağa, mətbuatda dezinformasiyalar yaymağa, “düşmənimin düşməni mənim dostumdur” prinsipi ilə özlərinə müttəfiqlər tapmağa çalışırlar.
Təəssüf ki, yeni vəzifədə fəaliyyətinin heç 100 günü tamam olmayan Hicran Əyyubovanın uğurlarına qısqanclıqla yanaşan, xidmətlərinə kölgə salmağa çalışan şəxslər var və yəqin ki, yenə olacaq. Başqalarının nailiyyətlərini həzm edə bilməyən belələrini qınayırıq. Rəzil qəlbli adamlar var ki, təkcə ehtiraslarının coşduğu zaman yox, ümumiyyətlə təbii meyllərinə görə hər şeydə naqislik görürlər. Hicran Əyyubova isə tutduğu mövqe nə qədər böyük olursa-olsun, öz şəxsiyyətini ondan da yüksək tutur. O, incikliklərdən qaçmağı onlara görə qisas almaqdan daha ağıllı hərəkət hesab edir.

Şahin Orucov
Bugün, 18:00
Videosu yayılan müəllim işdən çıxarıldı
Bugün, 17:30
Sürücülük vəsiqəsi olmayan şəxsə avtomobil verəni hansı cəza gözləyir? - CAVAB
Bugün, 17:00
Bu yazıçı da AYB-dən getdi: Görün nələr yazdı...
Bugün, 16:30
Əlavə təhsil hamı üçün ödənişli olacaq
Bugün, 16:00
İsveç Şahzadəsi vəfat etdi
Bugün, 15:30
Baş nazir Trampı “ac tırtıl” adlandırdı
Bugün, 11:30
Yevlaxda beş nəfər dəm qazından zəhərlənib
Bugün, 11:00
Azərbaycan Ərbildə Baş konsulluq açmağa hazırlaşır
Bugün, 10:30
İlham Əliyev "Qarabağ"ı TƏBRİK ETDİ
Bugün, 10:00
Bəhlulun qolu tarixə düşdü
Bugün, 09:30
DİM-dən buraxılış imtahanları ilə bağlı yayılan xəbərlərə REAKSİYA
Bugün, 09:00
Azərbaycan əhalisini siyahıya alan sabiq məmur vəfat etdi
Dün, 18:00
Baş nazir icbari tibbi sığorta ilə bağlı qərar imzaladı - Yenilənib
Dün, 17:30
İnsan ürəksiz yaşaya bilərmiş
Dün, 17:00
Suraxanıda satılan qutabda at əti aşkarlandı
Dün, 16:30
AQTA sədri İTV-yə qadağa qoydu
Dün, 16:00
İsa Həbibbəyliyə çətir tutan şəxsin kimliyi bəlli oldu - FOTO
Dün, 15:30
Təcili yardım ağır xəstə olan azyaşlını yolda düşürdü
Dün, 11:30
İçərisində 10 kq-dan artıq narkotik olan çanta ilə tutuldu - FOTO
Dün, 11:00
Bakıda 36 yaşlı kişi dəm qazından boğuldu
Dün, 10:30
Xankəndiyə İLK köç - 36 ailə yenidən doğma yurdda!
Dün, 10:00
Cümhuriyyət Qülləsində Azərbaycan bayrağı - GÖRÜNTÜ
Dün, 09:30
Azərbaycan və Ermənistanın biznes dairələri görüşəcək
Dün, 09:00
Ümumdünya Ticarət Təşkilatı dağılma mərhələsindədir
20-01-2026, 18:00
"2026-cı ildə bu məmurlar həbs olunacaq" -SENSASİON AÇIQLAMA
20-01-2026, 17:00
Kadırovun 9 yaşlı oğlunun Qroznıda sarayı var
20-01-2026, 16:30
Sürücülük vəsiqəsi imtahanı çətinləşdirilə bilər