
10 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin fəaliyyətinə kölgə salmağa yönəlik cəhdlər əsassızdır.
Təbiətin qorunması, insanların sağlam mühitdə yaşaması və təbii sərvətlərdən xalqın rifahının yaxşılaşdırılması naminə istifadə olunması hazırda ölkədə aparılan sosial-iqtisadi islahatlarda mühüm yer tutur. Bu məqsədlə yeni yaşıllıqlar salınır, flora və faunanın mühafizəsi istiqamətində davamlı tədbirlər həyata keçirilir.
Təcrübəli mütəxəssis Ramin Lətifovun rəhbərlik etdiyi 10 saylı Regional Meşə Təsərrüfatı Mərkəzi ənənəyə uyğun olaraq əkin materialının yetişdirilməsini diqqət mərkəzində saxlanılır. Meşə tingliyinin salınması, bir o qədər yerdə böyütmə sahəsinin yaradılması təmin olunmuşdur. Meşələrin mühafizəsi işində də müsbət irəliləyişlər vardır. Mərkəzin xidməti ərazisində əhali arasında ekoloji təbliğatın aparılmasının nəticəsi olaraq ötən dövrlə müqayisədə ağacların özbaşına qırılması xeyli azalmışdır.
Mərkəz işləri dövrün tələbinə uyğun qurulmasına çalışır, nöqsan və çatışmazlığın qarşısını vaxtında almağa, yaranmış problemləri həll etməyə səy göstərir. Meşə əkini, təbii bərpaya kömək işləri, meşə əkinlərinə xidmət işləri, meşə əkinlərinin doldurma işləri, ting yetişdirilməsi, torpaq hazırlığı işləri vaxtında aparılmışdır. Meşəçi kollektivlər hazırda payız meşə əkini işləri ilə qayğılıdırlar. Arxada qalan yay mövsümündə meşəçilər yanğın təhlükəsizliyini təmin etmək üçün meşələrin periferiyasında olan obyekt sahibləri ilə maarifləndirici söhbətlər aparıblar. Burada obyekt sahiblərinə yanğın şitlərini daima nəzarətdə saxlamaq, elektrik naqillərinin sazlığını yoxlamaq, eləcə də ərazinin zibillənməməsi, ağacların kəsilməməsi, sıx yerlərdə ocağın yandırılmaması, yandırılan ocağın tam söndürülməsinin vacibliyi izah edilib. Bəzən meşələrdən icazəsiz istifadə edib özbaşına ağac kəsənlərə də rast gəlinir. Belələri qanuna müvafiq qaydada vurduqları ziyanın cəriməsini ödəməli olurlar. İstər qanunsuz ağac kəsimində, istərsə də icazəsiz meşələrə mal-qara, davar otaranlara heç bir güzəşt edilmir, cəriməni könüllü ödəməyən şəxslər barəsində tədbir görülməkdən ötrü aidiyyatı orqanlara müraciət olunmuşdur.
Arayış: Lətifov Ramin Əbülfət oğlu 1996-cı ildə Gəncə Aqrar Universitetinin meşə mühəndisliyi fakültəsinə əyani şöbəyə daxil olub, 2000-ci ildə həmin ixtisas üzrə tam kursu bitirmişdir. Hərbi xidmətini başa vurduqdan sonra 2002-ci ildən 2009-cu ilə kimi Ağdaş Meşə Təsərrüfatında müxtəlif vəzifələrdə çalışmışdır. 2009-cu ildən direktor müavini, 2017-ci ildə həmin təsərrüfata direktor vəzifəsinə təyin olunmuşdur. 2019-cu ildən 2022-ci ilə kimi Bərdə Regional Meşə Təsərrüfatı Mərkəzində baş mütəxəssis, 2022-ci ildən isə Qəbələ Regional Meşə Təsərrüfatında direktor, 2023-cü ilin yanvar ayından hal-hazıra kimi 10 saylı (Göygöl) Regional Meşə Təsərrüfatında direktor vəzifəsində işləyir.
Ramin Lətifov deyir ki, meşələrin sahəsinin azalması, onların cins tərkibinin qiymətli ağac cinslərinin ikinci dərəcəli cinslərlə əvəz olunmasına doğru dəyişməsi, mövcud meşələrin seyrəkləşməsi, ağacların yandırılması nəticəsində bitki örtüyünün azalması halları istisna deyil: “Bu proseslərin qarşısı vaxtında alınmazsa, respublika ağır ekoloji fəlakətlər, eroziya proseslərinin, bozqır ərazilərin artması, dağlıq ərazilərdə sel və sürüşmə, qar uçqunları, bulaqların və çayların quruması təhlükəsi ilə üz-üzə qala bilər. Ona görə də meşə təsərrüfatının problemləri və onun həlli istiqamətində diqqəti artırmaq lazımdır. Dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da iqlim dəyişməsi ilə əlaqədar xüsusi proqram hazırlanıb və bu proqrama görə respublikada meşələrin sahəsinin ərazinin 20%-inə qədər artırılması nəzərdə tutulub. Respublikamızın flora və faunasını qoruyub mühafizə etmək məsuliyyəti təkcə dövlət qurumlarının deyil, eyni zamanda meşəçilərin, təbiəti sevənlərin, bir sözlə hamının üzərinə düşür. Buna görə də hamı təbiəti qorumaq üçün əlindən gələni etməlidir”.
Son günlər sosial şəbəkələrin, xüsusilə də “TikTok” platformasının informasiya yayma sürəti artdıqca, bəzi şəxslərin fərdi maraqlar naminə həqiqəti təhrif edərək, geniş auditoriyaya şər-böhtan xarakterli məlumat ötürməsi halları müşahidə olunur. Təəssüf ki, bu cür hallar təkcə cəmiyyətin doğru informasiya əldə etmək hüququnu pozmur, həm də dövlət qurumlarının fəaliyyətinə kölgə salmağa xidmət edir. Belə hadisələrdən biri də Göygöl rayonunun Çaykənd kənd sakini Əliyev Hikmət Şekspir oğlunun “TikTok” sosial şəbəkəsi vasitəsilə yaydığı əsassız iddialardır. Hikmət Əliyev öz paylaşımlarında guya 10 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin Çaykənd kəndi ətrafında yerləşən meşə dolayılarında qanunsuz qırıntılar həyata keçirdiyini iddia edir. Lakin məsələni hərtərəfli araşdırdıqda aydın olur ki, onun yaydığı bu məlumatlar həqiqətdən uzaq, qərəzli və şəxsi maraqların təsiri altında formalaşdırılmışdır.Əvvəla, ictimaiyyət bilməlidir ki, 2024-cü ildə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) təşkil etdiyi açıq hərrac nəticəsində dövlətə məxsus oduncaq ehtiyatı özəlləşdirmə yolu ilə vətəndaşlar tərəfindən satın alınmışdır. Hərrac açıq, şəffaf şəkildə keçirilmiş, heç bir qanunsuzluğa yol verilməmişdir. Bu işlik oduncaq dövlətin müəyyən etdiyi qaydalar çərçivəsində satışa çıxarılmış və vətəndaşın qanuni mülkiyyətinə keçmişdir.
2025-ci ilin avqust ayının 18-də Hikmət Əliyev oduncağı tamamilə qanuni şəkildə daşıyan yük avtomobillərinin qarşısını kəsmiş, çəkiliş apararaq sosial şəbəkədə yaymışdır. Lakin videonun heç bir hüquqi əsası yoxdur, çünki oduncaq tamamilə qanuni sənədlərlə daşınırdı. Bunun sübutu kimi “meşə məhsullarının buraxılışı orderi” mövcuddur.
Araşdırmalar göstərir ki, Hikmət Əliyevin bu cür əsassız şikayətlər etməsinin kökündə şəxsi maraqlar dayanır. Belə ki, onun qardaşı – Əliyev Fərid Şekspir oğlu hazırda Mərkəzin Hacıkənd meşəbəyliyinin 10 saylı dolayında meşə gözətçisi vəzifəsində çalışır. Uzun müddətdir ki, Hikmət Əliyevlə qardaşı arasında ailədaxili münaqişələr mövcuddur. Hikmət Əliyev dəfələrlə qardaşının işdən azad olunması tələbi ilə çıxış etmiş, lakin bu tələb əsassız olduğundan təmin edilməmişdir.
Məhz buna görə də o, müxtəlif vasitələrlə Mərkəzin fəaliyyətinə kölgə salmağa çalışır, sosial şəbəkələrdə qərəzli paylaşımlar edir. Beləliklə, burada şəxsi ədavət faktoru aydın şəkildə üzə çıxır.
Ən maraqlı məqam isə budur ki, Hikmət Əliyev özü də dəfələrlə qanunsuz meşə qırıntılarında iştirak etmişdir. Konkret olaraq 2021-ci ildə Çaykənd kənd Bələdiyyəsinin ərazisində iri diametrli vələs və palıd ağaclarının qanunsuz kəsilməsinə görə Göygöl rayon Məhkəməsi tərəfindən məsuliyyətə cəlb olunmuş, 2400 manat məbləğində dəymiş ziyanı dövlət büdcəsinə ödəmiş və əlavə olaraq 1 il müddətinə inzibati həbs cəzası almışdır.
Belə bir şəxsin bu gün “ekologiyanın müdafiəçisi” kimi çıxış etməsi tamamilə qeyri-səmimi görünür. Əslində, onun şikayətləri özünün əvvəlki qanunsuz fəaliyyətlərini pərdələmək və ictimaiyyəti çaşdırmaq məqsədi güdür.
Mərkəzin əməkdaşlarının verdiyi məlumatlara görə, Hikmət Əliyev dəfələrlə oduncaq daşınması prosesinə müdaxilə etmiş, yük maşınlarının qarşısını kəsmiş, əməkdaşları nalayiq ifadələrlə təhqir etmişdir. Bu hərəkətləri ilə o, yalnız iş prosesini pozmur, həm də dövlət əmlakının daşınmasına mane olur. Bu kimi hallara hüquqi qiymət verilməsi üçün artıq Göygöl Rayon Polis Şöbəsinə rəsmi müraciət olunmuşdur.
Bu hadisə bir daha göstərir ki, sosial şəbəkələrdə yayılan hər bir məlumat həqiqət kimi qəbul edilə bilməz. Əgər bir şəxsin şəxsi maraqları, ailədaxili münaqişələri və ya əvvəlki qanun pozuntuları varsa, onun sosial şəbəkədə yaydığı iddialara xüsusi ehtiyatla yanaşmaq lazımdır.
Sosial şəbəkələr cəmiyyət üçün informasiya mənbəyi olmaqla yanaşı, təəssüf ki, bəzən dezinformasiyanın yayılması üçün də istifadə olunur. Belə hallarda dövlət qurumlarının rəsmi açıqlamaları əsas götürülməlidir.
Azərbaycan dövləti son illərdə ekologiyanın qorunmasına, meşə fondunun mühafizəsinə və təbiət sərvətlərinin səmərəli istifadəsinə xüsusi diqqət ayırır. Dövlət siyasətinin əsas prinsiplərindən biri şəffaflıq və qanunçuluqdur. Bu çərçivədə keçirilən hərraclar, oduncaq satışları və meşə təsərrüfatlarının fəaliyyəti tamamilə hüquqi əsaslarla tənzimlənir.
Belə bir şəraitdə hansısa şəxsin sosial şəbəkədə çəkdiyi bir neçə saniyəlik video ilə dövlət siyasətini, Mərkəzin fəaliyyətini şübhə altına almaq heç bir məntiqə sığmır.
Yuxarıda sadalanan faktlar bir daha təsdiqləyir ki, Hikmət Əliyevin “TikTok” sosial şəbəkəsində yaydığı iddialar əsassızdır və qərəzli xarakter daşıyır. O, şəxsi münaqişələrini dövlət qurumlarının üzərinə köçürməyə çalışır, ictimaiyyəti çaşdırmağa xidmət edən dezinformasiya yayır.
Bunun əksinə olaraq, 10 saylı Regional Meşə Təsərrüfatı Mərkəzi öz fəaliyyətini tamamilə qanuni əsaslarla həyata keçirir, dövlətin müəyyən etdiyi qaydaları rəhbər tutur və şəffaflıq prinsiplərinə sadiqdir.
Cəmiyyətin üzvlərinə çağırış edirik ki, sosial şəbəkələrdə yayılan məlumatlara ehtiyatla yanaşsınlar, yalnız rəsmi mənbələrdən təsdiqlənmiş xəbərlərə etibar etsinlər. Hər kəs bilməlidir ki, dezinformasiya təkcə dövlət qurumlarının nüfuzuna xələl gətirmir, həm də ictimai etimadı sarsıdır.
Şahin Orucov
Bugün, 14:33
Kadırovun böyrəkləri işləmir - İDDİA
Bugün, 13:09
Sabah yağış yağacaq
Bugün, 12:47
Selçuk Bayraktaroğlu Azərbaycana gəldi
Bugün, 12:15
Paşinyan Ermənistan ordusunda kriminogen vəziyyətin əsas səbəbini göstərib
Bugün, 11:59
10 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin fəaliyyətinə kölgə salmağa yönəlik cəhdlər əsassızdır.
Bugün, 11:31
İlham Əliyev Nikaraquanın həmprezidentlərini təbrik edib
Bugün, 10:46
Kəlbəcərdə 33 il sonra ilk zəng çalınıb
Bugün, 09:58
Prezident Seyidbəyliyə getdi - Fotolar
Bugün, 09:30
DYP yeni tədris ilinin başlanması ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
Bugün, 08:50
Xəzər dənizində zəlzələ qeydə alınıb
13-09-2025, 16:08
Tramp: NATO da eyni işi görsə, Rusiyaya sanksiya tətbiq etməyə hazıram
13-09-2025, 15:31
QMi sədri Qazaxıstanda gənc dini liderlərə xitab edəcək
13-09-2025, 14:28
Müdafiə Nazirliyi məlumat yaydı
13-09-2025, 12:50
Sabahın hava proqnozu açıqlanıb
13-09-2025, 11:58
Xocalının daha bir kəndinə İLK KÖÇ oldu
13-09-2025, 11:25
Məktəblərdə şagird sıxlığı: Siniflər hansı hallarda birləşdirilir?
13-09-2025, 10:26
Goranboydakı cinayətin TƏFƏRRÜATI
13-09-2025, 10:19
Qızılağac Milli Parkının ərazisində yanğın olub
13-09-2025, 09:32
Kamçatkada 7,1 bal gücündə zəlzələ olub, sunami təhlükəsi elan edilib
12-09-2025, 19:20
Yevlaxda “Ocaq” ədəbi birliyinin “Ölümsüz Ümüdlər” adlı tədbir keçirilib-Fotoadlı
12-09-2025, 19:06
Mirzoyan Türkiyənin xüsusi nümayəndəsi Serdar Kılıçla görüşüb
12-09-2025, 18:15
KİV: İsrail bir müddətdir Qahirədə HAMAS liderlərini öldürməyə cəhd göstərir
12-09-2025, 17:33
Xüsusi nümayəndələr Ermənistan-Türkiyə normallaşma prosesini müzakirə edib
12-09-2025, 16:39
Rusiya Azərbaycan və Ermənistandan "3+3" formatında görüş üçün əməli addımlar gözləyir
12-09-2025, 14:42
Kreml: Rusiya və Ukrayna arasında danışıqlarda fasilə yaranıb
12-09-2025, 13:06
Şənbə günü yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ
12-09-2025, 12:19
Elm və təhsil naziri: İbtidai təhsildə, dərsliklərdə problemlər var