Şuşanın azadlığının 5-ci ili...

Şuşa şəhərinin işğaldan azad edilməsinin 5 ili tamam olur.
Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində 2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğaldan azad edilib.
Şuşa şəhərinin işğaldan azad edilməsi müjdəsini Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Bakıda Şəhidlər xiyabanından xalqa müraciətində açıqlayıb.
Dövlət başçısı müraciətində bildirib:
“Əziz həmvətənlər, əziz bacılar və qardaşlar!
Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm. İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür!”
Prezident Şuşanın işğaldan azad edilməsi xəbərini Şəhidlər xiyabanından verməsinin təsadüfi olmadığını bildirib:
“Bu gün bu müjdəni mən burada - Şəhidlər xiyabanında doğma xalqıma verirəm. Bu, təsadüfi deyil. Bu, təbiidir. Bu gün şəhidlərimizin ruhu qarşısında bir daha baş əyirəm. Bu gün bəyan edirəm ki, şəhidlərimizin qanı yerdə qalmır. Erməni vəhşiliyinin qurbanlarının, Xocalı qurbanlarının qanı yerdə qalmır. İntiqamımızı döyüş meydanında aldıq”.
Dövlət başçısı müraciətində Şuşanın işğaldan azad edilməsi ilə ata vəsiyyətini də yerinə yetirdiyini vurğulayıb:
“Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!”
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan müraciətini bu sözlərlə bitirib:
“Əziz Şuşa, sən azadsan!
Əziz Şuşa, biz qayıtmışıq!
Əziz Şuşa, biz səni dirçəldəcəyik!
Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”
Prezident İlham Əliyev 2020-ci il oktyabrın 16-da - Vətən müharibəsinin gedişində Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində Şuşanın işğaldan azad edilməsinin qarşıya hədəf kimi qoyulduğunu açıqlamışdı. Dövlət başçısı “Mənim mövqeyim hər zaman belə olub ki, Şuşasız bizim işimiz yarımçıq olar. Ona görə təbii ki, Şuşanın işğaldan azad edilməsi bizim hədəflərimizin arasında xüsusi yer tutur”, - deyə bildirmişdi.
Şuşanın işğaldan azad edilməsi 44 günlük müharibənin kulminasiya nöqtəsi oldu. Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında yüksək peşəkarlıq, misilsiz qəhrəmanlıq göstərərək, 2020-ci il noyabrın 8-də Şuşanı işğaldan azad etdi, müharibədə tarixi zəfərə imza atdı.
Şuşa əməliyyatında düşmənin xeyli texnikası, canlı qüvvəsi məhv edildi. Şuşanın azad edilməsi ilə Ermənistan ordusu darmadağın oldu, heç bir müqavimət gücü qalmadı.
Ermənistan Şuşanı itirməklə müharibədə məğlub olduğunu qəbul etdi, kapitulyasiya aktını imzalamaq məcburiyyətində qaldı.
Unikal Şuşa əməliyyatı dünya hərb tarixinə görünməmiş döyüş strategiyası və taktikası ilə düşüb. Artıq dünyanın bir çox ölkəsi, o cümlədən aparıcı hərbi təhsil müəssisələri Azərbaycan Ordusunun apardığı yeni nəsil 44 günlük müharibəni, xüsusilə də Şuşa əməliyyatını yaxından öyrənir.
Şuşanın işğaldan azad edilməsi şərəfinə Azərbaycan Respublikasında “Şuşanın azad olunmasına görə” medalı təsis olunub.
Prezident İlham Əliyevin Sərəncamı ilə Şuşanın işğaldan azad edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş hərbi qulluqçular “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.
Şuşanın işğaldan azad edildiyi gün – 8 Noyabr Azərbaycanda Zəfər Günü kimi qeyd olunur.
Qeyd edək ki, Şuşa şəhəri 8 may 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğal müddətində Şuşa şəhərindəki 17 məsciddən 16-sı, eləcə də digər tarixi, mədəni abidələr, muzeylər, heykəllər, qəbiristanlıqlar dağıdılıb. Şuşa şəhərinin qurucusu Pənahəli xanın sarayı, Vaqifin məqbərəsi, Natəvanın evi, Üzeyir Hacıbəylinin, Bülbülün ev muzeyləri və daha neçə-neçə mədəni-tarixi bina yerlə yeksan edilib.
İşğalçılar Şuşanın zəngin təbiətinə qarşı da ekoloji terror törədib, nadir ağac və bitki növləri qırılıb, yandırılıb.
Hazırda Şuşa şəhərində genişmiqyaslı bərpa, quruculuq işləri aparılır.
Dün, 18:00
Baş nazir icbari tibbi sığorta ilə bağlı qərar imzaladı - Yenilənib
Dün, 17:30
İnsan ürəksiz yaşaya bilərmiş
Dün, 17:00
Suraxanıda satılan qutabda at əti aşkarlandı
Dün, 16:30
AQTA sədri İTV-yə qadağa qoydu
Dün, 16:00
İsa Həbibbəyliyə çətir tutan şəxsin kimliyi bəlli oldu - FOTO
Dün, 15:30
Təcili yardım ağır xəstə olan azyaşlını yolda düşürdü
Dün, 11:30
İçərisində 10 kq-dan artıq narkotik olan çanta ilə tutuldu - FOTO
Dün, 11:00
Bakıda 36 yaşlı kişi dəm qazından boğuldu
Dün, 10:30
Xankəndiyə İLK köç - 36 ailə yenidən doğma yurdda!
Dün, 10:00
Cümhuriyyət Qülləsində Azərbaycan bayrağı - GÖRÜNTÜ
Dün, 09:30
Azərbaycan və Ermənistanın biznes dairələri görüşəcək
Dün, 09:00
Ümumdünya Ticarət Təşkilatı dağılma mərhələsindədir
20-01-2026, 18:00
"2026-cı ildə bu məmurlar həbs olunacaq" -SENSASİON AÇIQLAMA
20-01-2026, 17:00
Kadırovun 9 yaşlı oğlunun Qroznıda sarayı var
20-01-2026, 16:30
Sürücülük vəsiqəsi imtahanı çətinləşdirilə bilər
20-01-2026, 16:00
TƏCİLİ: İranda GİZLİ EDAMLAR BAŞLADI, Trampın “QIRMIZI XƏTT”İ tapdandı, ƏRAZİYƏ QOŞUN YERİDİLİR...
20-01-2026, 15:30
Xankəndi, Xocalı və Ağdərədə bayraqlar yarıyadək ENDİRİLDİ - FOTOLAR
20-01-2026, 15:00
Abşeronda 20 Yanvar faciəsi qurbanları anıldı - FOTOLAR
20-01-2026, 11:30
Azərbaycan gəncləri arasında kütləviləşən NADANLIQ
20-01-2026, 11:00
Ərdoğan İrandakı vəziyyətdən danışdı: Allahın köməyi ilə...
20-01-2026, 10:30
Prezident Davosda görüş keçirdi - FOTO
20-01-2026, 10:00
Eyvazovların qızı 20 yaşında dekan olubmuş
20-01-2026, 09:30
Türkiyədə qar uçqunu - ölən var
20-01-2026, 09:00
Faciənin 36-cı ildönümü...
19-01-2026, 18:00
Leyla Əliyeva Efiopiyanın Baş naziri ilə görüşdü - FOTO
19-01-2026, 17:30
Məşhur psixoloqa 10 ay həbs cəzası verildi
19-01-2026, 17:00
Ramiz Mehdiyevin ev dustaqlığı müddəti tamamlanır