Banka borcu olanlara BƏD xəbər - Bundan sonra...

Azərbaycanda bank borclarını vaxtında ödəməyənlərə qarşı tədbirlərin sərtləşdirilməsi gözlənilir. Belə ki, qanunvericiliyə dəyişikliklə icra məmurlarının səlahiyyətlərinin genişləndirilməsi nəzərdə tutulur. Bu, “Dövlət icra məmurları haqqında” Qanuna dəyişikliklər layihəsində öz əksini tapıb. Mövcud qanunvericiliyə əsasən, icra məmuru tələbi borclunun hesabındakı pul vəsaitlərinə, qiymətli əşyalarına, habelə bank və digər kredit təşkilatlarındakı əmanətlərinə yönəldə bilər. Layihədə isə tələbin dairəsinin genişləndirilməsi nəzərdə tutulub. Yeni sənədə əsasən isə, icra məmuru tələbi borclunun əmlakına, o cümlədən nağd vəsaitlərinə, bank, digər kredit və ya elektron pul təşkilatlarındakı hesab və əmanətlərinə, habelə saxlancda olan pul vəsaitlərinə yönəldə biləcək.
Maraqlıdır, icra məmurlarının səlahiyyətlərinin bu dərəcədə genişləndirilməsi sui-istifadə hallarına yol açmayacaq ki?
Vəkil Roman Qaraşov Musavat.com-a bildirib ki, icra məmurlarının səlahiyyətlərinin genişləndirilməsi institutu mahiyyət etibarilə yeni mexanizm deyil, məcburi icra institutunun effektivliyinin artırılmasına yönəlmiş normativ dəqiqləşdirmə kimi çıxış edir:
“Mövcud dəyişikliklər borclunun aktivlərinin yalnız bank hesabları ilə məhdudlaşmamasını, nağd vəsaitlər, elektron pul hesabları və digər maliyyə alətləri də daxil olmaqla daha geniş əmlak dairəsinə şamil olunmasını nəzərdə tutur ki, bu da müasir maliyyə dövriyyəsinin reallıqları ilə uzlaşır. Azərbaycan Respublikasının “Dövlət icra məmurları haqqında” Qanununun 8-ci maddəsinə əsasən, icra məmurları artıq tələbi borclunun əmlakına, gəlirlərinə və digər sərvətlərinə yönəltmək hüququna malikdir və dəyişikliklər bu hüququn tətbiq sferasını konkretləşdirir. Eyni zamanda, problemli kreditlərin artım dinamikası (son dövrdə əhəmiyyətli yüksəliş) fonunda dövlətin kreditor hüquqlarının müdafiəsini gücləndirməsi hüquqi siyasət baxımından əsaslandırılmış hesab olunur”.
Vəkil adından qanunsuz istifadə edənlər SİZİ ALDADA BİLƏR
Sui-istifadə riskləri ilə bağlı narahatlıqlara gəldikdə isə ekspert deyib ki, hüquqi sistem daxilində bu riskləri minimallaşdıran çoxsəviyyəli təminatlar mövcuddur:
“Belə ki, “Dövlət icra məmurları haqqında” Qanunun 9-cu maddəsi icra məmurlarının fəaliyyətində fiziki və hüquqi şəxslərin hüquq və qanuni mənafelərinin qorunmasını imperativ norma kimi müəyyən edir, 11-ci maddə isə onların hərəkətlərindən məhkəməyə və ya yuxarı instansiyaya şikayət vermək hüququnu təmin edir. Bundan əlavə, icra tədbirləri yalnız qanuni qüvvəyə minmiş icra sənədləri əsasında həyata keçirilir və mütənasiblik prinsipi tətbiq olunur. Müqayisəli hüquq müstəvisində də oxşar yanaşma müşahidə edilir: məsələn, Avropa ölkələrinin bir çoxunda (xüsusilə Almaniya və Fransada) icra məmurları borclunun bütün maliyyə aktivlərinə, o cümlədən elektron və rəqəmsal hesablarına çıxış imkanına malikdirlər, lakin bu səlahiyyətlər ciddi məhkəmə və institusional nəzarət mexanizmləri ilə balanslaşdırılır”.
Onun fikrincə, bu baxımdan, Azərbaycan qanunvericiliyində nəzərdə tutulan dəyişikliklər beynəlxalq təcrübəyə uyğun olmaqla yanaşı, sui-istifadə ehtimalını sistemli xarakter alacaq səviyyədə artıran hüquqi boşluq yaratmır, əksinə, icra prosesinin səmərəliliyini artırmaqla yanaşı hüquqi balansı qorumağa xidmət edir.
Bugün, 17:30
Universitet müəllimi azərbaycanlı tələbənin qızını təhqir etdi
Bugün, 17:00
Banka borcu olanlara BƏD xəbər - Bundan sonra...
Bugün, 16:30
Yüz minlərlə evin gecikən “kupça”sı – tək çıxış YOLU
Bugün, 16:00
Azərbaycanda ət tapılmayacaq? - qiymətlət niyə bahalaşır – gizli səbəblər üzə çıxır
Bugün, 12:00
77 yaşlı Puqaçova əlində əsa ilə
Bugün, 11:30
Bel ağrısı təhlükəlidir
Bugün, 11:00
Ukraynaya kütləvi hücum: insanlar dağıntılar altında
Bugün, 10:30
Orduda dəqiqlik yarışı, sərrast atıcılar seçildi - FOTOLAR
Bugün, 10:00
Kassa çekləri sağlamlıq üçün təhlükəlidir - Professor açıqladı
Bugün, 09:30
ABŞ-da MÜƏMMA: ölən və yoxa çıxan 12 alim
Bugün, 09:00
Everestdə buzlaq çökdü: Yüzlərlə turist baza düşərgəsində qaldı
Dün, 18:00
Dünya iqtisadiyyatı durğunluq dövrünə adlaya bilər - qorxunc proqnoz
Dün, 17:30
Ailə qurmağa stimul: bu səbəbə görə gənclərə pul ödəyəcəklər
Dün, 17:00
Ötən gün dövlət xidmətinin rüşvətə görə saxlanılan vəzifəli şəxslərinin TAM SİYAHISI
Dün, 16:30
Azərbaycana məxsus 5 gəmi Avropa İttifaqının sanksiya siyahısından çıxarılıb
Dün, 16:00
İran müharibəsi Böyük Britaniya və Hindistanda dərmanları bahalaşdırdı
Dün, 12:00
Qırıcılarla dolu olan gəmi Yaxın Şərqə çatıb
Dün, 11:30
Azərbaycan güləşçisi bürünc medal qazanıb
Dün, 11:00
Bakı Bulvarında Caz və Şərab Festivalı başlayır
Dün, 10:30
"Son zəng" tədbirləri üçün tələblər qoyuldu
Dün, 10:00
110 illik tarixdə bir ilk: Məşhur şirkət 70 iş yerini bağlayır
Dün, 09:30
Sahil Babayev yenidən seçildi
Dün, 09:00
Xəstəxanada həkimlərə bıçaqlı hücum olub
23-04-2026, 18:00
Tramp nüvə kodlarını istədi, general “yox” dedi
23-04-2026, 17:30
SOS: Bu toyuqlar İNFEKSİYA mənbəyidir– Necə TANIMALI?
23-04-2026, 17:00
"Smart kart tipli" qaz sayğacları dəyişdiriləcək
23-04-2026, 16:30
İran 5 ölkəyə xəbərdarlıq etdi