Yüz minlərlə evin gecikən “kupça”sı – tək çıxış YOLU
Sosial
Oxunub: 55
25 Nis 2026 | 16:30
Yüz minlərlə evin gecikən “kupça”sı – tək çıxış YOLU
Bu ilin yanvar–mart aylarında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 79 921 daşınmaz əmlak üzərində mülkiyyət hüququ qeydiyyata alınıb. Rəsmi məlumatlara görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 6,75 faiz azdır. Üç ay ərzində rəsmiləşdirilən hüquqların 14 256-sı (17,8 faiz) ilkin, 65 665-i (82,2 faiz) isə təkrar qeydiyyatın payına düşüb.

Hesabat dövründə fərdi yaşayış və bağ evləri üzrə 17 029, mənzillər üzrə 19 063, torpaq sahələri üzrə 40 894, qeyri-yaşayış binaları üzrə 753, qeyri-yaşayış sahələri üzrə 2 029, əmlak kompleksləri üzrə 125, çoxmərtəbəli yaşayış binaları üzrə isə 28 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Yeni qeydiyyata alınan hüquqların 20 540-ı Bakının, qalan hissəsi isə regionların payına düşür.

Sənədsiz evlərə kupça verilməsi rəsmi başladı – 2025

Rəqəmlər ilk baxışdan aktivliyi göstərsə də, ölkədə – xüsusilə paytaxtda – sənədsiz ev probleminin miqyası hələ də ciddi olaraq qalır. Bir neçə il əvvəl inşa edilən minlərlə fərdi evə bəzi hallarda kommunal xətlər çəkilib, müxtəlif qurumlar tərəfindən qeyri-rəsmi şəkildə tanınma baş verib. Buna baxmayaraq, həmin evlərin sahibləri bu gün də mülkiyyət hüququnu təsdiq edən əsas sənədi – “kupça”nı ala bilmirlər.

Son illər rəsmi səviyyədə bu tikililərin çıxarışla təmin ediləcəyi barədə açıqlamalar verilsə də, proses hələ də sistemli şəkildə həyata keçirilmir. Əksinə, son statistik göstəricilər bu istiqamətdə dinamikanın zəiflədiyini göstərir.

Belə vəziyyətdə əsas sual dəyişməz qalır: niyə vətəndaşlar faktiki sahib olduqları daşınmaz əmlaka hüquqi sənəd ala bilmirlər?

Tanınmış hüquqşünas Əkrəm Həsənov bildirib ki, Azərbaycan qanunvericiliyinə görə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı olmayan bina və ya tikili hüquqi baxımdan “mövcud deyil” kimi qəbul olunur:

“Yəni faktiki olaraq mövcud olsa da, sənədlərdə sanki yoxdur. Bunu biz hətta yeni tikilən binalarda da görürük: vətəndaşlar illərlə çıxarış ala bilmirlər, çünki bina istismara qəbul edilməli, müvafiq texniki və təhlükəsizlik tələblərinə cavab verməlidir və sair.

Eyni zamanda, həm keçmiş əsrlərdən qalan, həm də xüsusilə müstəqilliyin ilk illərində baş verən özbaşınalıqlar nəticəsində çox sayda fərdi tikililər meydana çıxıb. Kim harada imkan tapıbsa, ev tikib, yaxud mövcud tikilinin sahəsini artırıb. Amma bu gün həmin evlərdə insanlar yaşayır, baxmayaraq ki, onlar dövlət reyestrində qeydiyyata düşməyib. Belə obyektlərin sayı isə az deyil, minlərlədir. Halbuki vətəndaş həmin evdə yaşayır, kommunal xidmətlərdən istifadə edir. Bu isə o deməkdir ki, dövlət faktiki olaraq həmin yaşayış sahələrini tanıyır. Əgər tanımırsa, niyə ora qaz, su, elektrik verilir? Bəzi hallarda hətta daşınmaz əmlak vergisi də yığılır. Bu məntiqdən çıxış etsək, həmin vətəndaşlara çıxarış da verilməlidir. Bu məsələnin qanunsuz olub-olmaması artıq ikinci plandadır. Uzun illərdir müzakirə olunur ki, əmlak amnistiyası tətbiq edilməlidir. Yəni elan olunmalıdır ki, müəyyən tələblərə cavab verən tikililər qeydiyyata alınacaq və sahiblərinə çıxarış veriləcək. Amma bundan sonra eyni halların təkrarlanmasına yol verənlər qanun qarşısında cavab verməlidir. Çünki qanunvericiliyə görə qanunsuz tikinti cinayət məsuliyyəti yaradır. Lakin bu qədər insanı məsuliyyətə cəlb etmək real deyil. Ona görə də amnistiya mexanizmi ən optimal çıxış yolu kimi təqdim olunur və geniş şəkildə çıxarışların verilməsi təklif edilir".

Əkrəm Həsənov: "Qanunsuz tikililərə görə məmurlar cəzalandırılmalıdır"

“Bəs niyə bu proses baş tutmur” sualına Ə.Həsənov belə cavab verib:

"Səbəb sadədir və bir qədər də yerli reallıqlarla bağlıdır. Bu sahə bir çox hallarda məmurlar üçün qeyri-rəsmi gəlir mənbəyinə çevrilib. Yəni çıxarış məsələsi bəzən süni şəkildə uzadılır və nəticədə korrupsiya, rüşvət halları üçün zəmin yaranır. Bəzi vətəndaşlar müxtəlif yollarla sənəd əldə edə bilir, digərləri isə illərlə gözləməli olur. Digər tərəfdən, əmlak amnistiyasının həyata keçirilməsi ciddi hazırlıq tələb edir. Hansı tikililərin standartlara cavab verdiyi müəyyənləşdirilməli, təhlükəli obyektlər ayırd edilməlidir. Əgər hansısa tikili təhlükəlidirsə və ona çıxarış verilə bilmirsə, həmin vətəndaşların alternativ yaşayışla təmin olunması da gündəmə gəlir. Bu isə əlavə təşkilati və maliyyə yükü deməkdir. Bütün bu amillər – həm maraq toqquşması, həm də hazırlıq işlərinin mürəkkəbliyi – prosesin uzanmasına səbəb olur. Nəticədə isə minlərlə vətəndaş faktiki sahib olduğu əmlak üzərində hüquqi təminat ala bilmir".
Bugün, 17:30
Universitet müəllimi azərbaycanlı tələbənin qızını təhqir etdi
Bugün, 17:00
Banka borcu olanlara BƏD xəbər - Bundan sonra...
Bugün, 16:30
Yüz minlərlə evin gecikən “kupça”sı – tək çıxış YOLU
Bugün, 16:00
Azərbaycanda ət tapılmayacaq? - qiymətlət niyə bahalaşır – gizli səbəblər üzə çıxır
Bugün, 12:00
77 yaşlı Puqaçova əlində əsa ilə
Bugün, 11:30
Bel ağrısı təhlükəlidir
Bugün, 11:00
Ukraynaya kütləvi hücum: insanlar dağıntılar altında
Bugün, 10:30
Orduda dəqiqlik yarışı, sərrast atıcılar seçildi - FOTOLAR
Bugün, 10:00
Kassa çekləri sağlamlıq üçün təhlükəlidir - Professor açıqladı
Bugün, 09:30
ABŞ-da MÜƏMMA: ölən və yoxa çıxan 12 alim
Bugün, 09:00
Everestdə buzlaq çökdü: Yüzlərlə turist baza düşərgəsində qaldı
Dün, 18:00
Dünya iqtisadiyyatı durğunluq dövrünə adlaya bilər - qorxunc proqnoz
Dün, 17:30
Ailə qurmağa stimul: bu səbəbə görə gənclərə pul ödəyəcəklər
Dün, 17:00
Ötən gün dövlət xidmətinin rüşvətə görə saxlanılan vəzifəli şəxslərinin TAM SİYAHISI
Dün, 16:30
Azərbaycana məxsus 5 gəmi Avropa İttifaqının sanksiya siyahısından çıxarılıb
Dün, 16:00
İran müharibəsi Böyük Britaniya və Hindistanda dərmanları bahalaşdırdı
Dün, 12:00
Qırıcılarla dolu olan gəmi Yaxın Şərqə çatıb
Dün, 11:30
Azərbaycan güləşçisi bürünc medal qazanıb
Dün, 11:00
Bakı Bulvarında Caz və Şərab Festivalı başlayır
Dün, 10:30
"Son zəng" tədbirləri üçün tələblər qoyuldu
Dün, 10:00
110 illik tarixdə bir ilk: Məşhur şirkət 70 iş yerini bağlayır
Dün, 09:30
Sahil Babayev yenidən seçildi
Dün, 09:00
Xəstəxanada həkimlərə bıçaqlı hücum olub
23-04-2026, 18:00
Tramp nüvə kodlarını istədi, general “yox” dedi
23-04-2026, 17:30
SOS: Bu toyuqlar İNFEKSİYA mənbəyidir– Necə TANIMALI?
23-04-2026, 17:00
"Smart kart tipli" qaz sayğacları dəyişdiriləcək
23-04-2026, 16:30
İran 5 ölkəyə xəbərdarlıq etdi