Müəllimə atəş açan şagird hadisədən əvvəl nə edib? - Yeni təfərrüatlar
Gündəm / Hadisə
Oxunub: 85
7 Şub 2026 | 11:00
Müəllimə atəş açan şagird hadisədən əvvəl nə edib? - Yeni təfərrüatlar Bakıda yerləşən “İdrak” liseyində ötən gün silahlı insident baş verib. Hadisə zamanı liseyin 10-cu sinif şagirdi müəlliminə ov tüfəngi ilə atəş açıb. Nəticədə 29 yaşlı qadın müəllim xəsarət alıb.

hedeftv.az-ın əldə etdiyi məlumata görə, hadisənin yeni təfərrüatları məlum olub.

Belə ki, müəlliminə atəş açan şagird sosial şəbəkələrdə, xüsusilə “TikTok” platformasında zorakılıq və silahlı insidentləri əks etdirən videolara tez-tez maraq göstərib və bu cür paylaşımları bəyənib.

Məlumata əsasən, o, müəlliminə atəş açmazdan əvvəl ayaqyoluna gedib və izlədiyi videolardakı obrazlara bənzər şəkildə xaki rəngli geyim geyinib. Daha sonra sinfə qayıdaraq müəllimə atəş açıb.

Həmçinin qeyd olunur ki, şagird hadisədən əvvəl 2-3 gün ardıcıl olaraq məktəbə iri çanta ilə gəlib. Bir neçə dəfə məktəbin mühafizəçisi tərəfindən saxlanılaraq çantasında nə olduğu soruşulub. O isə çantada idman geyimi olduğunu bildirib və geyimi göstərib.

Hadisə baş verdikdən sonra müəllimlər sinfə daxil olub. Bu zaman o, həyəcanlanaraq panikaya düşüb və “mən vurmaq istəmirdim” kimi ifadələr səsləndirib.

Qeyd edək ki, faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Bugün, 12:00
Məşhur şairin xəstəxanaya borcu ödənildi
Bugün, 11:30
Ekologiya nazirinin yeni birinci müavini kimdir? - DOSYE
Bugün, 11:00
SSRİ üsuluna qayıdırlar: yollar belə olacaq
Bugün, 10:30
"Yeni Delta 2026" ekspedisiyasının həyəcan təbili: Xəzərin dibi üzə çıxır - FOTO
Bugün, 10:00
Hacıqabul-Horadiz yolunda təhlükəli anlar: ağac magistral yolu bağladı
Bugün, 09:30
Taksi sürücüsü maşında avtomat gəzdirirmiş, həbs edildi
Bugün, 09:00
Azərbaycanda ailə dəyərləri yoxa çıxır - komitə sədri
Dün, 18:00
Bu şəxslərə böyük məbləğdə ÖDƏNİŞ VERİLƏCƏK - Yeni QƏRARIN DETALLARI
Dün, 17:30
“Georgi lenti” qalmaqalında həbs edilən Saleh Səmədov hakim qarşısında– Ev dustaqlığı istədi, məhkəmə rədd etdi
Dün, 17:00
Türkiyədəki dəhşətli selin GÖRÜNTÜLƏRİ YAYILDI
Dün, 16:30
Gəncədə müəllimlər bıçağa, odlu silaha əl atdılar – biri öldü, digəri ağır cəza aldı
Dün, 16:00
Qızıl qaynayan bu torpaqlar sahibsiz qalıb
Dün, 12:00
Bakıdan verilən mesaj: Gələcəyin şəhərləri “Böyük Qayıdış”dan qlobal liderliyə
Dün, 11:30
Molokanların yaşadığı İvanovkada ev almaq trendə çevrilib
Dün, 11:00
Pediatriya Mərkəzinə təyinat alan yeni direktor: “Planlarım var”
Dün, 10:30
Bakıda V Uşaq Kitab Festivalı keçirilir
Dün, 10:00
İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq
Dün, 09:30
ABŞ Zəngəzur dəhlizi ilə bağlı işə başladı
Dün, 09:00
Sabahdan WUF13 akkreditasiya kartları veriləcək
12-05-2026, 18:00
Bakıda 17 milyona klinika satılır
12-05-2026, 17:30
Cəbrayılda siqaret istehsal ediləcək
12-05-2026, 17:00
Lökbatanda yanan "Kontakt Home"un anbarı olub - FOTO
12-05-2026, 16:30
Qubada bu kəndlərin adı milliləşdirildi
12-05-2026, 16:00
Azərbaycanda nadir Qurani-Kərim satışa çıxarıldı: 50 min manata - FOTO
12-05-2026, 12:00
Gəncədə qadın körpüdən çaya yıxılıb
12-05-2026, 11:30
Başçı Maştağaya NƏZARƏTİ İTİRİB? - GÖRÜNƏNİ BUDUR...
12-05-2026, 11:00
Bakıda pulsuz avtobuslar BU TARİXDƏN işləyəcək