Başçı Maştağaya NƏZARƏTİ İTİRİB? - GÖRÜNƏNİ BUDUR...
Gündəm
Oxunub: 113
12 May 2026 | 11:30
Başçı Maştağaya NƏZARƏTİ İTİRİB? - GÖRÜNƏNİ BUDUR...
Sabunçu rayonu Maştağa qəsəbəsində, icra nümayəndəliyinin yaxınlığında aparılan tikinti işləri ciddi suallar doğurur. Ən maraqlısı isə budur ki, şəhərsalma ilə bağlı rəsmi məlumat bazalarında həmin obyektə dair heç bir məlumata rast gəlinmir.
Başçı Maştağaya NƏZARƏTİ İTİRİB? - GÖRÜNƏNİ BUDUR...

Bəs bu tikinti hansı əsasla aparılır? Kim icazə verib? Hansı qurum nəzarət edir?Əgər ortada rəsmi icazə yoxdursa, deməli burada ya qanun açıq şəkildə pozulur, ya da hansısa “toxunulmaz əl” prosesə himayədarlıq edir. Çünki adi vətəndaş həyətində bir daş qoyanda qarşısına çıxan qurumlar, görünür, iri tikinti məsələsində müəmmalı şəkildə susmağa üstünlük verir.
Başçı Maştağaya NƏZARƏTİ İTİRİB? - GÖRÜNƏNİ BUDUR...

hedeftv.az Patriot.az-a istinadən xəbər verir ki, ən böyük sual isə Sabunçu Rayon İcra Hakimiyyətinə ünvanlanır: İcra hakimiyyəti hara baxır, icra nümayəndəliyinin yaxınlığında baş verən qanunsuzluq necə olur ki, diqqətdən kənarda qalır, yoxsa bəzi tikintilər üçün qanun işləmir,Dövlət Şəhərsalma və Arxitektura Komitəsi hara baxır, Fövqəladə Hallar Nazirliyi niyə hərəkətsizdir, Əmlak Məsələləri Dövlət Xidməti niyə susur? Əgər tikinti qanunidirsə, sənədlər niyə ictimaiyyətə təqdim olunmur? Yox əgər qanunsuzdursa, niyə dərhal dayandırılmır?
Bu gün Maştağada baş verənlər sabah başqa ərazilərdə daha təhlükəli nəticələrə səbəb ola bilər. Çünki qanunsuz tikinti sadəcə beton və daş deyil — bu, insanların təhlükəsizliyinə, şəhərsalma normalarına və dövlət qanunlarına açıq hörmətsizlikdir.Ən acınacaqlısı isə odur ki, bəzi hallarda qanunsuz tikintilər illərlə göz görə-görə davam edir, sonda isə “qanuniləşdirilir”.
Başçı Maştağaya NƏZARƏTİ İTİRİB? - GÖRÜNƏNİ BUDUR...

Belə olan halda vətəndaşda haqlı sual yaranır: qanun sadəcə kasıblar üçünmü işləyir?Redaksiyamıza daxil olan məlumata görə, tikinti işlərini Faiq adlı sahibkar həyata keçirir. İddialara əsasən, həmin şəxs əvvəllər də yaxın ərazidə “yaşayış evi” adı altında tikinti aparıb, lakin sonradan obyektə çevirərək icarəyə verib.Əvvəllər “yaşayış evi” adı ilə tikilən obyekt sonradan topdan və pərakəndə satış məntəqəsinə çevrilib. İndi isə həmin şəxsin yaxınlıqdakı kiçik evləri alaraq onları mərhələli şəkildə kommersiya obyektinə çevirdiyi iddia olunur.İndi isə eyni ssenarinin yenidən təkrarlanacağı bildirilir.(Patriot.az)
Başçı Maştağaya NƏZARƏTİ İTİRİB? - GÖRÜNƏNİ BUDUR...

hedeft.az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini işıqlandlrmağa hazırıq!
Bugün, 12:00
Gəncədə qadın körpüdən çaya yıxılıb
Bugün, 11:30
Başçı Maştağaya NƏZARƏTİ İTİRİB? - GÖRÜNƏNİ BUDUR...
Bugün, 11:00
Bakıda pulsuz avtobuslar BU TARİXDƏN işləyəcək
Bugün, 10:30
Ordumuzun iki hərbçisi minaya düşdü
Bugün, 10:00
25 günün əsgəri vəfat etdi - FOTO
Bugün, 09:30
Yanğın ərazisinə helikopter cəlb edildi
Bugün, 09:00
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Bugün, 08:30
Bu ölkədə yanacaq vergisi ləğv edildi
Bugün, 08:00
Lökbatanda böyük anbar YANIR
Dün, 14:22
"Ayaks" Zinçenkonu saxlayacaqmı? - Dəqiqləşdi
9-05-2026, 18:00
İlham Əliyevlə Mehriban Əliyeva Cəbrayılda kəndin açılışını etdilər
9-05-2026, 17:30
Bu kəndə köçənlərə 88 min manat verəcəklər - FOTO
9-05-2026, 17:00
Talıb Tale Xəzər dənizindəki ilanları çəkib paylaşdı
9-05-2026, 16:30
Tramp: Bu axşam Tehrandan cavab gözləyirəm
9-05-2026, 16:00
Dələduzluq edən "vəkil" həbs olundu
9-05-2026, 12:00
İlham Əliyev xanımı ilə müharibədə həlak olanların xatirəsini anıblar - FOTO
9-05-2026, 11:30
Sabahın hava proqnozu: 28 dərəcə isti
9-05-2026, 11:00
Xüsusi icra məmuru olmaq istəyənlər üçün test imtahanı keçiriləcək
9-05-2026, 10:30
Bakıdakı UFC turnirinin biletləri satışa çıxarılır - TARİX AÇIQLANDI
9-05-2026, 10:00
550 milyonluq sərvətindən övladlarına bir qəpik də miras qoymayacaq
9-05-2026, 09:30
Ərəblər niyə sağdan sola, biz isə soldan sağa yazırıq: Maraqlı faktlar
9-05-2026, 09:00
Faşizm üzərində qələbədən 81 il ötür
8-05-2026, 18:00
Bakıda yeni "trend" — Hətta varlılar da bu üsuldan istifadə edir
8-05-2026, 17:30
Başındakı problemə görə xəstəxanaya gedən uşağı sünnət etdilər — Ailəsi 5500 manat təzminat aldı
8-05-2026, 17:00
Onlar 100 min manatdan çox cərimələnib
8-05-2026, 16:30
Azərbaycanda insan alverinə görə tutulanların çoxu qadınlardır
8-05-2026, 16:00
Azərbaycanda 189 min nəfərə iş verilib