Müəllimini güllələyən şagird 9 ilə qədər həbs oluna bilər
Gündəm
Oxunub: 120
7 Şub 2026 | 16:00
Müəllimini güllələyən şagird 9 ilə qədər həbs oluna bilər Ötən gün "İdrak" liseyində şagird müəllimini güllələyib. 10-cu sinif şagirdi 29 yaşlı müəlliməsinə ov tüfəngi ilə atəş açaraq ona xəsarət yetirib.

hedeftv.az məsələnin hüquqi tərəfi ilə bağlı araşdırma aparıb.

Saytımıza açıqlamasında hüquq müdafiəçisi Xavər İsmayılova bildirib ki, təqsirləndirilən şəxsin əməlində 2 cinayət əməli var:

“İlk növbədə onu deyək ki, şəxsin əməli cinayət məcəlləsinin 120,126 və 127, eləcə də 228-ci maddələri üzrə tövsif ediləcək. Burada əsas olaraq toplanmış sübutlar əsasında qiymət veriləcək. Əsas amil kimi yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsin niyyəti nəzərə alınacaq. Niyyət zərərçəkmiş şəxsi öldürmək olmuşdursa və zərərçəkmiş şəxs aldığı xəsarətlərin nəticəsindən vəfat edərsə, bu zaman onun əməli Cinayət Məcəlləsinin 120.1- ci maddəsinin təsiri altına düşəcək. Zərərçəkmiş şəxs sağ qalacaqsa, bu zaman təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 120.1- ci maddəsi ilə (qəsdən adam öldürməyə cəhd) tövsif ediləcək.

Əgər təqsirləndirilən şəxsin niyyəti zərərçəkmiş şəxsi sadəcə qorxutmaq olubsa, bu zaman zərərçəkmiş şəxsə yetirilən xəsarətin dərəcəsindən asılı olaraq, təqsirləndirilən şəxsin əməli CM-nin 126 (ağır xəsarət yetmirmə) və ya 127-ci ( az ağır zərər vurma) maddələri ilə tövsif ediləcək. CM-nin 126 və ya 127-ci maddəsinin verilməsi isə iş üzrə keçiriləcək eksprt rəylərindən asılı olaraq qiymətləndiriləcək.

Təqsirləndirilən şəxsin qanunsuz olaraq odlu silah əldə edərək, daşıması da cinayətidir ki, bu da CM-nin 228-ci maddəsi ilə tövsif ediləcək”.

Hüquq müdafiəçisi əlavə edib ki, təqsirləndirilən şəxs yetkinlik yaşına çatmadığından Cinayət məcəlləsinin 120.1-ci maddəsi üzrə hökm verilərsə bu zaman həmin maddələrin sanksiyalarında nəzərdə tutulan cəzanın yarısından çox verilə bilməz:

“Təqsirləndirilən şəxsin yetkinlik yaşına çatmaması, gələcəkdə zərərçəkmiş şəxslə barışıq əldə etməsi yüngülləşdirilən hal kimi nəzərə alınacaq və cəza təyinində mühüm əhəmiyyət kəsb edəcək. Yəni şəxsin əməli bu halda -29, 120.1,228.1- ci maddələri ilə tövsif ediləcək 29,120.1- ci maddəsi ilə 7 ildən artıq, 228.1- ci maddəsi ilə 1 il 6 aydan artıq cəza verilə bilməz. Məhkəmə cəza təyin edərkən cinayətlərin məcmusu üzrə Azərbaycan Respublikası CM-nin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir.

Yəni ümumilikdə mimimum 7 il 6 aydan maksimum 9 ilədək azadlıqdan məhrum etmə cəzası verilə bilər”.
Bugün, 12:00
Çiyələk sahədən bazara neçə manata başa gəlir?
Bugün, 11:30
“Orada bildim ki, hamilədir, deyir, qonşu təcavüz edib” - 15 yaşlı qızın anası
Bugün, 11:00
Fərhad Xəlilov: Əsərlərimi Bakıda satmıram, bilirəm ki, o qiymətə heç kəs almayacaq
Bugün, 10:30
İtaliyada 1 avroya evlər satılır
Bugün, 10:00
Bakıda DƏHŞƏT: gənc oğlan bıçaq xəsarətindən ÖLDÜ
Bugün, 09:30
Ermənistanda "Nestle" uşaq qidasında toksin tapıldı: 10 tona yaxın məhsul məhv edildi
Bugün, 09:00
Bu yağları almayın - 19 ton məhsulda... - FOTO
Dün, 18:00
2025-ci ildə 5 nadir quş yenidən "kəşf edilib"
Dün, 17:30
Azərbaycan bu strateji məhsulu alan ilk ölkə oldu
Dün, 17:00
Ceyhun Bayramov Baş nazirlə görüşüb - FOTO
Dün, 16:30
Xəzərdə növbəti suiti ölümü: 97 cəsəd tapıldı - VİDEO
Dün, 16:00
Prezident BMT-nin Komissiyasının 82-ci sessiyasının iştirakçılarına müraciət edib
Dün, 12:00
Boş qalan mənzillərə qənim kəsilən OĞRULAR: Abşeron sakinlərindən SOS siqnalı - VİDEO
Dün, 11:30
Ordudan yeni tərxis olunan gəncin meyiti tapıldı - FOTO
Dün, 11:00
Qonşu ölkədə şagirdlərin telefonlarına nəzarət gücləndi: Xüsusi SIM-kartlar tətbiq olunacaq
Dün, 10:30
Bakıda TƏHLÜKƏ: 100 ildən çox yaşı olan qamış bina hər an uça bilər
Dün, 10:00
“Titanik” sərnişininin xilasedici jileti bu qiymətə satılıb
Dün, 09:30
Zibil təmizlənməsinə görə mükafat: Avropa paytaxtında yeni təşəbbüs
Dün, 09:00
Niyə bəzi insanlar yaşlandıqca daha mehriban, digərləri isə sərt olur?
18-04-2026, 18:00
Bu ölkədə turist daşıyan eşşəklərə limit tətbiq edildi
18-04-2026, 17:30
Yeniyetmələr arasında şiddəti bitirəcək 3 strategiya: zorakılığa meyilli uşaqlar bunları edir
18-04-2026, 17:00
Psixoloq: Gənclər buna görə valideyn olmaq istəmirlər
18-04-2026, 16:30
Həmin təcili yardım maşınının sürücüsü - Həbs edildi
18-04-2026, 16:00
Azərbaycanda oğlu məktəbdə söyülən ata belə "qisas" aldı
18-04-2026, 12:00
Azərbaycanda heyvan satışı bazarları ilə bağlı yeni qadağa
18-04-2026, 11:30
Polkovnik-leytenantın oğlunu öldürənə hökm oxundu
18-04-2026, 11:00
Vəfa Şərifova özünə belə haqq qazandırdı: “Camaat 100 ev yıxıb, mən 1 ev yıxmışam”