Bakıda yeni dəmiryol dayanacağı istifadəyə verildi
Gündəm
Oxunub: 0
8 May 2026 | 12:00
Bakıda yeni dəmiryol dayanacağı istifadəyə verildi
Abşeron dairəvi dəmir yolu xəttinin üzərində yerləşən "Dərnəgül" dayanacağı istifadəyə verilib.

hedeftv.az xəbər verir ki, bu gün səhər saatlarından artıq stansiyada qatarlar dayanır.

Məlumata görə, layihəni "AZCON Holding" şirkətlərindən olan "Azərbaycan Dəmir Yolları" QSC (ADY) ölkə Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş "Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində həyata keçirib.

Bakı–Xırdalan–Sumqayıt xətti üzərində inşa edilən Dərnəgül dayanacağı sərnişinlərin təhlükəsizliyini və rahatlığını maksimum səviyyədə təmin etmək üçün ən müasir infrastruktur standartlarına və tam inklüzivlik prinsiplərinə uyğun layihələndirilib. Dayanacaq ərazisində 2 turniket binası, o cümlədən 2 gözləmə zalı, 4 platforma və 1 piyada üst keçidi tikilib, abadlıq və yaşıllaşdırma işləri görülüb. Sərnişin axınının operativ idarə olunması məqsədilə Bakı istiqaməti üzrə zalda 11, Sumqayıt istiqaməti üzrə zalda 10 turniket, eləcə də hər zalda 1 ədəd olmaqla, fiziki imkanları məhdud şəxslər və uşaq arabası ilə olan valideynlər üçün xüsusi geniş keçidli turniket quraşdırılıb. Həmçinin layihə çərçivəsində Sumqayıt istiqamətində avtomobil və velosiped parkinqi sahələri yaradılıb.

Bakı–Dərnəgül, Dərnəgül–Biləcəri və Dərnəgül–Xırdalan istiqamətləri üzrə gediş haqqı 0,60 manat, Dərnəgül–Sumqayıt istiqaməti üzrə isə 1 manat təşkil edəcək.

Qatarlar Bakı Dəmiryol Vağzalından Dərnəgül dayanacağına və əks istiqamətə məsafəni 10 dəqiqə, Dərnəgül–Biləcəri və Biləcəri–Dərnəgül üzrə 8 dəqiqə, Dərnəgül–Xırdalan və Xırdalan–Dərnəgül istiqaməti üzrə məsafəni isə 15 dəqiqəyə qət edəcək.

Dərnəgül dayanacağında digər ictimai nəqliyyat növlərinə inteqrasiya olunmuş asan transfer imkanlarının yaradılması sərnişin axınının birbaşa mərkəzə yönəlməsinin qarşısını alaraq Bakı Dəmiryol Vağzalı və "28 May" metro stansiyası ərazisindəki yüklənməni, xüsusilə pik saatlarda müşahidə olunan nəqliyyat və piyada sıxlığını əhəmiyyətli dərəcədə azaldacaq, eyni zamanda, ictimai nəqliyyat şəbəkəsində balansı gücləndirərək vətəndaşların vaxtına qənaət etməklə paytaxt üzrə ümumi mobilliyi və əlçatanlığı artıracaq. Belə ki, Bakının mikrorayonları, Yasamal rayonu, o cümlədən "İnşaatçılar" və "20 Yanvar" metro stansiyaları istiqamətində hərəkət edən sərnişinlər artıq Bakı Dəmiryol Vağzalına, yəni şəhər mərkəzinə gəlmədən, Dərnəgül dayanacağında düşərək yaxınlıqda yerləşən eyniadlı metro stansiyası və avtobuslarla səfərlərini rahat və operativ şəkildə davam etdirə biləcəklər.
Bugün, 12:00
Bakıda yeni dəmiryol dayanacağı istifadəyə verildi
Bugün, 11:30
"Komedixana" bu obrazla rekord qırdı - "Bığlı gözəl" KİMDİR?
Bugün, 11:00
“Delikanlı” izləyicilərinə pis xəbər
Bugün, 10:30
Yeniyetməni zibil qutusuna atdılar, videoya çəkib yaydılar
Bugün, 10:00
Əməkdar artistin bacısının evi qarət olundu
Bugün, 09:30
İşdən qovulduqdan sonra zəngin olan 10 məşhur
Bugün, 09:00
Rusiya atəşkəs elan edib
Dün, 18:00
Rüstəm Umerov Uitkoffla görüş üçün ABŞ-a gedir
Dün, 17:30
Həkim Adil Qubadov vəfat etdi
Dün, 17:00
Nevroloq telefondan çox istifadənin təhlükələrindən DANIŞDI
Dün, 16:30
Əhaliyə XƏBƏRDARLIQ - Bu gün Yeri maqnit qasırğası VURACAQ
Dün, 16:00
Rusiyadan Latviyaya PUA hücumu: Əhali TƏŞVİŞ İÇİNDƏ - VİDEO
Dün, 12:00
Qələbə Günü Moskvada internet kəsiləcək
Dün, 11:30
Azərbaycan veteranlara Rusiyadan 15 dəfə çox pul ödəyir - MƏBLƏĞLƏR
Dün, 11:00
Bakının mərkəzi küçələrindən biri BAĞLANIR
Dün, 10:30
Şuşadakı "Yuxarı Gövhər ağa" məscidi və Ağdam "Cümə" məscidinə yeni imam müavinləri təyin olunub
Dün, 10:00
Zelenski İlham Əliyevə zəng edib
Dün, 09:30
Orhan Pamukun keçmiş sevgilisindən qalmaqallı AÇIQLAMA
Dün, 09:00
Belə yay OLMAYACAQ - XƏBƏRDARLIQ
6-05-2026, 18:00
Hörmüz boğazında 10 dənizçi ölüb
6-05-2026, 17:30
13 yaşlı məktəblidən qətliam: Ölənlər və yaralılar var
6-05-2026, 17:00
Hacı Vəliyevə hökm oxundu
6-05-2026, 16:00
Keçmiş nazir Çavuşoğlunun qardaşı güllələnib - FOTO
6-05-2026, 12:00
Bu ölkədə məktəbdə zorakılıq edən şagirdlər sopa ilə cəzalandırılacaq
6-05-2026, 11:30
Prezident Sumqayıt Dövlət Universitetinə yeni rektor təyin etdi
6-05-2026, 11:00
ABŞ-də benzinin qiyməti rekord həddə çatdı
6-05-2026, 10:30
Əhəd Abıyev bir ildə ikinci qardaşını itirdi - Foto