Türkiyədə kim qalib gələcək? - "The Economist" nəşri
Türkiyənin gündəmində iyunda keçirilməsi gözlənilən prezident seçkiləri var. Hazırkı prezident Rəcəb Tayyib Ərdoğanın ötən günlərdə seçkilərin önə çəkilməsi ilə əlaqəli açıqlamasından sonra gözlər mümkün yeni tarixə çevrilib.
Seçkilərə aylar qalmış keçirilən sorğularda hakim partiyanın (AKP) aşkar birinciliyi görünərkən, müxalifətin “Altılıq” blokunun hələ də namizədini müəyyən edə bilməməsi diqqət çəkir.
Seçkilərdə Ərdoğana kimin rəqib olacağı məsələsini gündəmə gətirən İngiltərənin “The Economist” qəzeti “Müxalifət qalib gəlməlidir, amma qarşısında maneələr var” başlıqlı məqaləsində müxalifətdəki dərin çatlardan yazıb. Nəşr türk müxalifətinin üç böyük maneə ilə üzləşdiyini bildirib.
“Seçkilərə cəmi bir neçə ay qalır, amma “Millət” bloku hələ də prezidentliyə namizəd irəli sürməyib. CHP sədri Kamal Kılıçdaroğlu namizəd olmaqda qərarlı görünsə də, İyi partiyanın lideri Meral Akşənərin etirazı ilə üzləşir. Müxalifətdəki çatlar özünü göstərir”, - məqalədə vurğulanıb.
İngilis nəşri Kılıçdaroğlunu “bacarıqlı idarəçi” adlandırılsa da qeyd edib ki, bu baxımdan onu Ərdoğanla müqayisə etmək olmaz.
Namizədlik üçün adları hallanan İstanbul bələdiyyəsinin sədri Əkrəm İmamoğlu və Ankara bələdiyyəsinin sədri Mansur Yavaşın istefa verməsi lazım olduğu xatırladılarkən, hər ikisinin zəif nöqtələrinin olduğu yazılıb.
“İmamoğlunun 2019-cu ildəki qələbəsindən sonra ulduzu artıq sönüb”, - məqalədə bildirilib.
“Qatı millətçi” kimi qələmə verilən Yavaşın HDP seçicilərindən səs toplamasının çətin olduğu diqqətə çatdırılıb.
Ərdoğana qarşı seçkilərdə qalib gəlmək istəyən müxalifət blokunun HDP-nin səsinə ehtiyacının olduğunu vurğulayan qəzet qeyd edib: “CHP partiyanın (HDP) dəstəyini almağa davam etmək arzusundadır. Amma HDP-ni PKK-nın siyasi qanadı kimi görən İyİ Partiya onunla eyni masa arxasında oturmaqdan imtina edir”.
Beləliklə, ingilis nəşri Prezident Ərdoğanın seçki marafonunda öz rəqiblərindən aşkar üstün olduğunu yazıb.
Dün, 18:00
“Sea Breeze"dən şəhərin mərkəzinə tramvay xətləri ÇƏKİLƏCƏK
Dün, 17:30
Ali təhsillilərin əsgərlik müddəti azaldıla bilər – SƏBƏB
Dün, 17:00
Geosiyasi şahmat taxtasında İran kartı: Həlledici gediş
Dün, 16:30
Çelik Bakı konsertində tamaşaçılara hörmətsizlik edib? - Müğənnidən cavab VİDEOSU
Dün, 16:00
“ChatGPT”də problem yarandı - Azərbaycanda da müşahidə olunur
Dün, 12:00
Çiyələk sahədən bazara neçə manata başa gəlir?
Dün, 11:30
“Orada bildim ki, hamilədir, deyir, qonşu təcavüz edib” - 15 yaşlı qızın anası
Dün, 11:00
Fərhad Xəlilov: Əsərlərimi Bakıda satmıram, bilirəm ki, o qiymətə heç kəs almayacaq
Dün, 10:30
İtaliyada 1 avroya evlər satılır
Dün, 10:00
Bakıda DƏHŞƏT: gənc oğlan bıçaq xəsarətindən ÖLDÜ
Dün, 09:30
Ermənistanda "Nestle" uşaq qidasında toksin tapıldı: 10 tona yaxın məhsul məhv edildi
Dün, 09:00
Bu yağları almayın - 19 ton məhsulda... - FOTO
20-04-2026, 18:00
2025-ci ildə 5 nadir quş yenidən "kəşf edilib"
20-04-2026, 17:30
Azərbaycan bu strateji məhsulu alan ilk ölkə oldu
20-04-2026, 17:00
Ceyhun Bayramov Baş nazirlə görüşüb - FOTO
20-04-2026, 16:30
Xəzərdə növbəti suiti ölümü: 97 cəsəd tapıldı - VİDEO
20-04-2026, 16:00
Prezident BMT-nin Komissiyasının 82-ci sessiyasının iştirakçılarına müraciət edib
20-04-2026, 12:00
Boş qalan mənzillərə qənim kəsilən OĞRULAR: Abşeron sakinlərindən SOS siqnalı - VİDEO
20-04-2026, 11:30
Ordudan yeni tərxis olunan gəncin meyiti tapıldı - FOTO
20-04-2026, 11:00
Qonşu ölkədə şagirdlərin telefonlarına nəzarət gücləndi: Xüsusi SIM-kartlar tətbiq olunacaq
20-04-2026, 10:30
Bakıda TƏHLÜKƏ: 100 ildən çox yaşı olan qamış bina hər an uça bilər
20-04-2026, 10:00
“Titanik” sərnişininin xilasedici jileti bu qiymətə satılıb
20-04-2026, 09:30
Zibil təmizlənməsinə görə mükafat: Avropa paytaxtında yeni təşəbbüs
20-04-2026, 09:00
Niyə bəzi insanlar yaşlandıqca daha mehriban, digərləri isə sərt olur?
18-04-2026, 18:00
Bu ölkədə turist daşıyan eşşəklərə limit tətbiq edildi
18-04-2026, 17:30
Yeniyetmələr arasında şiddəti bitirəcək 3 strategiya: zorakılığa meyilli uşaqlar bunları edir
18-04-2026, 17:00
Psixoloq: Gənclər buna görə valideyn olmaq istəmirlər