Ermənistan əbədi bədbəxtliyə doğru: Əliyev-Paşinyan görüşü olacaqmı? - TƏHLİL

Cənubi Qafqazın perspektiv xəritələrində Ermənistanın coğrafi cəhətdən dar bir nöqtəyə yerləşdirilməsi gözlənilir. Hər halda, Ermənistan Qərbə yol alıb yüz illərlə qidalandığı Rusiyadan qaçdıqca onun üzərindəki qara buludlar sıxlaşır.
Rusiya Ermənistanı cəza stulunda oturtmaq istəyən planın müəllifidir, lakin əlində yüz illərdir saxladığı erməni kartını da yerə qoymaqdan çəkinmir.
Ya zəlzələdən, ya da vəlvələdən, Rusiya Ermənistanla bağlı işi “icraat”a götürüb və İrəvanın Qərbə istiqamətlənən siyasətini əridib yox etmək üçün məşqlər edir.
Rusiyanın həyəcan siqnalı ilə “döyüşə hazır vəziyyətə” gətirilməsini Azərbaycan da diqqətlə izləyir.
Rusiyanın qurduğu oyunun bu hissəsində kadrlar bir qədər dəyişilir. Çünki Azərbaycanın Ermənistan qarşısındakı tələb və şərtləri tarixi-siyasi kontekstlə yanaşı, hərbi-siyasi və strateji məna yükünə malikdir.
Azərbaycanın şərtlər həcmi Ermənistan üçün böyük təzyiqlərdir. Azərbaycan Ermənistanın bir daha işğal siyasətinə başlamaması üçün həmin təzyiq alətlərini işə salmaqda haqlıdır, çünki ortaya revanşizmə qarşı öldürücü və layiqli cavablar çıxmasa, İrəvan yenidən köhnə düşüncələrə dalaraq qisasa hazırlaşar.
Qərbə gəlincə, o, bəzi sürüşkənlikləri çıxmaq şərtilə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma mərhələsinə öz töhfəsini əsirgəmir. Ancaq Qərb, Cənubi Qafqaz səhnəsində Rusiya ilə bərabər baş rol almaq üçün çox məsafə qət etməlidir.
Qərbin hərbi-siyasi gücü olan NATO hələ istədiyi nöqtəyə çatana qədər Türkiyənin gücündən istifadə edir.
Burada rollar qarışır, Türkiyə NATO üzvü kimi Cənubi Qafqazda əsas aktora çevrilir, ancaq maraqlıdır ki, bu meylini Rusiya ilə birgə əməkdaşlıqla inkişaf etdirir.
Azərbaycan isə bütün tərəflərə - həm Rusiyaya, həm NATO-ya, həm Çinə sərfəli bir dövlətdir və bunun dozasını artırmaq üçün strateji gedişlərini şaxələndirir. Cənubi Qafqaz teatrının digər dövləti Gürcüstan da aşağı-yuxarı seçimini edib və üstəgəl hökumət Rusiya ilə gərginləşən münasibətlərdə maraqlı deyil.
Ortada qalan Ermənistandır, bütün bunlar Ermənistan üçün pis xəbərlərdir. Artıq nə erməni diasporu, nə də Ermənistana havadar olanlar bu reallıqları köklü dəyişikliyə məruz qoya bilirlər, çünki bombanın fitili artıq alışıb.
Ermənistan diplomatiyası son bir ildə Azərbaycanla sülh sazişinin imzalanmasını yubada bilib, belə gecikmələr region üzərindəki manipulyasiyaları və təhlükəsizlik mühitinin zədələnməsi ehtimallarını artırır.
Ermənistanın qlobal oyunçuların regiondakı çəkişməsindən sui-istifadə edib sülh prosesini tormozlamaq istəkləri onun bədbəxtliyini gətirir.
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə gözlənilən mümkün görüşə həmin bədbəxtlik gətirəcək tezislərlə getmək məcburiyyəti ilə qarşı-qarşıyadır.
Azərbaycan Ordusu Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri ərazilərdə yeni nöqtələrə nəzarəti bərpa etdikdən sonra İrəvanın, onsuz da, az olan manipulyasiya imkanları tamamilə yoxa çıxır. Çünki bunun bir ucu sərhəddəki müəyyən əməliyyatlara gedib çıxır, ən azından, Laçın yolunun son nöqtəsində nəzarət postunun qoyulması halını misal çəkə bilərik.
Hələlik Azərbaycan rəsmi şəkildə Qarabağdakı son hərbi hərəkətliliyin tərifini göstərən termin işlətməyib. Əldə edilən yeni qazanclar antiterror əməliyyatlarının nəticəsidirmi? Zamanla detallar və nəticələr açıqlanar, lakin bilinən budur ki, Azərbaycan məqsədləri naminə istənilən addımı atmaqda inadkardır.
Bu inadkarlıq Rusiya ilə Azərbaycan arasında da gərginlik yaradır, hərçənd ki, bunun sönməyən alov kimi qalacağı real görünmür.
Ermənistan özünü Rusiyanın təşəbbüsü ilə keçiriləcək görüşlərdən uzaq tutmağa çalışır, Bakı üçün bunun o qədər də əhəmiyyəti yoxdur, təki Brüssel formatı fayda versin.
Lakin Ermənistanın Moskva mərkəzli danışıqlardan yayınması Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanmış üçtərəfli bəyanatların icrasında İrəvanın üzərinə düşən məsuliyyəti sual altına qoyur. Belə bir tərz Azərbaycanla Rusiya üçün müştərək maraqlar formalaşdırır.
Maraqlı budur ki, Ermənistan Brüssel platformasından da qaçır, məqsəd Azərbaycanın şərtlərini qəbul etməmək üçün presedent formalaşdırmaq və əlavə vaxt qazanmaqdır.
Ancaq müzakirələrin növbəti mərhələsinin təşkili gec-tez baş tutacaq, çünki hələ də sülhə olan ümidlər tamamilə ərşə çəkilməyib. Amma bir sual aktualdır: bu görüş Qarabağ və sərhəddə hansısa hərbi toqquşmadan sonra olacaq, yoxsa əvvəl?
İstənilən halda, düşünmək olar ki, Azərbaycan və Ermənistan liderlərinin ehtimal edilən görüşünün astanasında Bakı fərqli nəticələr üçün də çalışa bilər.
Bundan sonra danışıqların növbəti raundunun keçirilməsi daha çox Ermənistanın sərgilədiyi mövqedən asılı olaraq qalacaq.
hedeftv.az
Bugün, 12:00
Boş qalan mənzillərə qənim kəsilən OĞRULAR: Abşeron sakinlərindən SOS siqnalı - VİDEO
Bugün, 11:30
Ordudan yeni tərxis olunan gəncin meyiti tapıldı - FOTO
Bugün, 11:00
Qonşu ölkədə şagirdlərin telefonlarına nəzarət gücləndi: Xüsusi SIM-kartlar tətbiq olunacaq
Bugün, 10:30
Bakıda TƏHLÜKƏ: 100 ildən çox yaşı olan qamış bina hər an uça bilər
Bugün, 10:00
“Titanik” sərnişininin xilasedici jileti bu qiymətə satılıb
Bugün, 09:30
Zibil təmizlənməsinə görə mükafat: Avropa paytaxtında yeni təşəbbüs
Bugün, 09:00
Niyə bəzi insanlar yaşlandıqca daha mehriban, digərləri isə sərt olur?
18-04-2026, 18:00
Bu ölkədə turist daşıyan eşşəklərə limit tətbiq edildi
18-04-2026, 17:30
Yeniyetmələr arasında şiddəti bitirəcək 3 strategiya: zorakılığa meyilli uşaqlar bunları edir
18-04-2026, 17:00
Psixoloq: Gənclər buna görə valideyn olmaq istəmirlər
18-04-2026, 16:30
Həmin təcili yardım maşınının sürücüsü - Həbs edildi
18-04-2026, 16:00
Azərbaycanda oğlu məktəbdə söyülən ata belə "qisas" aldı
18-04-2026, 12:00
Azərbaycanda heyvan satışı bazarları ilə bağlı yeni qadağa
18-04-2026, 11:30
Polkovnik-leytenantın oğlunu öldürənə hökm oxundu
18-04-2026, 11:00
Vəfa Şərifova özünə belə haqq qazandırdı: “Camaat 100 ev yıxıb, mən 1 ev yıxmışam”
18-04-2026, 10:30
Bakının mərkəzində tarixi binaya MÜDAXİLƏ
18-04-2026, 10:00
Şokoladın gizli təhlükələri ortaya çıxdı
18-04-2026, 09:30
Ağrı Dağının kosmosdan görüntüsü yayıldı – "GöyTürk-2B" peyki çəkdi
18-04-2026, 09:00
Başlıbel qətliamından 33 il ötür
17-04-2026, 18:00
Vətəndaş nikahında aliment ödənilir?
17-04-2026, 17:30
“AzEdu Təhsil Analitika Mərkəzi” yaradılır - Təhsildə yenilik
17-04-2026, 17:00
“Bu, mənim üçün ikinci təhqirdir” – Elza Seyidcahan məhkəmə qərarına üsyan etdi
17-04-2026, 16:30
Baş nazirdən hava limanları ilə bağlı QƏRAR
17-04-2026, 16:00
Azərbaycanlılarla ermənilər bir müddət görüşməyəcək
17-04-2026, 12:00
Texnologiyada ŞOK sıçrayış – Ölən insanlarla “danışmaq” mümkün olacaq – VİDEO
17-04-2026, 11:30
Bakının mərkəzində 10-dan çox ağac kəsildi - Araşdırma başladı
17-04-2026, 11:00
Paşinyan konsert verir