Müəllimlə direktor müavini arasında nə baş verib? - “Küncə sıxıb boğmaq istəyib”
Gündəm / Hadisə
Oxunub: 162
4 Nis 2023 | 09:50
Müəllimlə direktor müavini arasında nə baş verib? - “Küncə sıxıb boğmaq istəyib”

Qubada orta məktəb müəlliminin intihara cəhd etməsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

hedeftv.az Baku TV-yə istinadən xəbər verir ki, Birinci Nügədi kənd sakini olan 47 yaşlı Aygün Mustafayevanın ibtidai sinif müəllimi kimi çalışdığı İkinci Nügədi kənd 1 saylı orta məktəbin direktor əvəzi Vüqar İmaməliyev onun direktor müavininə hücum etdiyini deyib: “Məktəbin tədris işləri üzrə direktor müavini Sara Nağıyeva öz əmək funksiyasını yerinə yetirərkən Aygün Mirzəağa qızı Mustafayevanın dərs dediyi ibtidai sinfə daxil olub ki, dərsi dinləsin, sinfin vəziyyəti ilə maraqlansın. Bu zaman Aygün Mustafayeva onu təhqir edərək sinifdən çıxmasını tələb edib. Həmçinin direktor müavinini küncə sıxaraq boğmağa cəhd edib, onun boyunbağısını qırıb”.

V.İmaməliyev bildirib ki, bundan sonra da A.Mustafayeva intizamsız hərəkətlərini davam etdirib: “Biz bununla əlaqədar Pedoqoji Şuranın iclasını keçirdik. A.Mustafayeva əmək intizamını dəfələrlə kobud şəkildə pozub. Bu səbəbdən ona şifahi xəbərdarlıq, yazılı xəbərdarlıq, töhmət verilib”.

O da məlum olub ki, hadisələrdən sonra A.Mustafayeva adi qaydada işinə davam edir. O, müsahibə verməkdən imtina edib.
Xatırladaq ki, müəllimlə direktor müavini arasındakı insidentdən sonra Aygün Mustafayeva barəsində polisə şikayət edilib. Bundan sonra Quba Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsində araşdırma başlayıb. Araşdırma çərçivəsində martın 31-də Aygün Mustafayeva polis şöbəsinə dəvət edilib. Polisə izahat vermək istəməyən müəllim yaşadığı evdə bıçaqla özünə xəsarət yetirib.
Bugün, 16:00
İran müharibəsi Böyük Britaniya və Hindistanda dərmanları bahalaşdırdı
Bugün, 12:00
Qırıcılarla dolu olan gəmi Yaxın Şərqə çatıb
Bugün, 11:30
Azərbaycan güləşçisi bürünc medal qazanıb
Bugün, 11:00
Bakı Bulvarında Caz və Şərab Festivalı başlayır
Bugün, 10:30
"Son zəng" tədbirləri üçün tələblər qoyuldu
Bugün, 10:00
110 illik tarixdə bir ilk: Məşhur şirkət 70 iş yerini bağlayır
Bugün, 09:30
Sahil Babayev yenidən seçildi
Bugün, 09:00
Xəstəxanada həkimlərə bıçaqlı hücum olub
Dün, 18:00
Tramp nüvə kodlarını istədi, general “yox” dedi
Dün, 17:30
SOS: Bu toyuqlar İNFEKSİYA mənbəyidir– Necə TANIMALI?
Dün, 17:00
"Smart kart tipli" qaz sayğacları dəyişdiriləcək
Dün, 16:30
İran 5 ölkəyə xəbərdarlıq etdi
Dün, 16:00
Avropada tarixi rekord: Miqrantların sayı 64 milyonu keçdi
Dün, 12:00
Köhnə telefonlar birdən bahalaşdı- Niyə kütləvi şəkildə alınır?
Dün, 11:30
Məhkəmə ahıl qadına qarşı təcavüzdə ittiham olunan gənci həbs etdi
Dün, 11:00
10 gün dərs olmayacaq - Tarixlər
Dün, 10:30
Xəstəxanada həyatını itirən Mirinin ölümü ilə bağlı həbs edilən var
Dün, 10:00
Azərbaycan bu ölkə ilə birbaşa uçuşlara başlaya bilər
Dün, 09:30
Bakıda sinif yoldaşını yandıran məktəbli həbs edildi
Dün, 09:00
Azərbaycandan bu ölkəyə çay ixracı kəskin ARTDI
22-04-2026, 18:00
Azərbaycan və Latviya prezidentləri mətbuata bəyanatlarla çıxış edib
22-04-2026, 17:30
Bakı Dövlət Sirkinin yerinə bina tikilir? – RƏSMİ AÇIQLAMA
22-04-2026, 17:00
Hamlet Musayevin qızı həbs edildi
22-04-2026, 16:30
Prezervativlər 30% bahalaşır
22-04-2026, 16:00
Muğanlı-İsmayıllı yolu BAĞLANIR
22-04-2026, 12:00
Keçid balları enəcək - Abituriyentlərə ŞAD XƏBƏR
22-04-2026, 11:30
Latviya Prezidenti Şəhidlər xiyabanını ziyarət edib - YENİLƏNİB