PUA hücumu müəmması - Kreml “Göydələn”, Ukrayna “əl-Qaidə” deyil - ŞƏRH
Gündəm / Dünya
Oxunub: 101
4 May 2023 | 16:49
PUA hücumu müəmması - Kreml “Göydələn”, Ukrayna “əl-Qaidə” deyil - ŞƏRH

Ukraynada müharibənin uzanması Rusiyanın bütün istiqamətlərdə ziyanına işləməyə başlayıb. Rusiyanın Ukraynanın Baxmut şəhərini hələ ələ keçirə bilməməsi də bunu təsdiqləyir. Məlumatlara görə, Rusiya ordusunda Ukraynada döyüşməklə bağlı ruh düşkünlüyü yaşanır. Bu müharibəyə qarşı çıxanların federasiyanın yeni qəbul olunmuş qanunları ilə mühakimə ediləcəyi gözlənilir.

Belə bir vəziyyətdə olan Rusiya Ukraynanın PUA-larla Kremlə hücum etməsi ilə bağlı “əməliyyatı” çıxış yolu kimi təqdim etməyə səy göstərir. Moskva iddia edir ki, Rusiya Silahlı Qüvvələri PUA-lardan 2-sini məhv edib, itki yoxdur. Kreml bunu 9 May - Qələbə Günü ərəfəsində terror aktı və Rusiya Prezidenti Vladimir Putinin həyatına sui-qəsd, terror cəhdi kimi qiymətləndirib: “Rusiya adekvat cavab vermək hüququna malikdir”.

Bu kimi hadisələrə əsaslanaraq, demək olar ki, Rusiyada hərbi sahədə uğursuzluqları ört-basdır etmək, müharibə ilə bağlı cəmiyyətin ovqatını qaldırmaq üçün belə addım atıla bilər. Kreml hadisəni “terror” adlandırmaqla antiterror əməliyyatı keçirdiyini bəyan etməyə hazırlaşır, habelə terror hücumuna məruz qalan tərəf kimi özünü aparmaq istəyir.

Başqa sözlə, Rusiya Kremlə “PUA hücumu”nu “əl-Qaidə” terror qruplaşmasının 2001-ci il sentyabrın 11-də ABŞ-nin Nyu-York və Vaşinqton şəhərlərində törətdiyi silsilə terror aktları ilə eyniləşdirmək istəyir. Qeyd edək ki, “American Airlines” (Amerika hava yolları) şirkətinə məxsus sərnişin təyyarəsi Nyu-Yorkda yerləşən Dünya Ticarət Mərkəzinin Şimal qülləsinə (Göydələnə) çırpılmışdı. Partlayış nəticəsində binalar aşmışdı. Pentaqonun binası da terrorçuların idarə etdikləri təyyarə tərəfindən vurulmuşdu. Bu hücumdan 25 dəqiqə keçdikdən sonra eyni məqsədlə qaçırılan bir sərnişin təyyarəsinin hava hücumundan müdafiə qüvvələri tərəfindən vurularaq zərərsizləşdirildiyi açıqlanmışdı. Həmin təyyarənin hədəfinin Ağ ev olduğu bildirilmişdi.
PUA hücumu müəmması - Kreml “Göydələn”, Ukrayna “əl-Qaidə” deyil - ŞƏRH

Bu hücumun məsuliyyətini “əl-Qaidə”nin üzərinə götürdüyünə dair məlumatlar yayılmışdı. Çoxlu sayda insan itkisi və dağıntıların olmasına baxmayaraq, hadisənin qurama olduğunu sübut edənlər az deyildi. Bununla yanaşı, məlum sentyabr hadisəsindən sonra ABŞ və koalisiya qüvvələri Əfqanıstana qoşun yeritdi. Rusiya da bu “hücum”dan sonra Ukraynanı yenidən raket atəşinə tutub. Mayın 4-də Kiyevin üç rayonuna raket qəlpələri düşüb. Rusiyanın raket hücumu nəticəsində Xersonun Ukraynaya aid hissəsində isə 23 dinc sakin ölüb, 46-sı yaralanıb.
PUA hücumu müəmması - Kreml “Göydələn”, Ukrayna “əl-Qaidə” deyil - ŞƏRH

İstər-istəməz yada 1987-ci il mayın 28-də keçmiş SSRİ-də sərhədçilərin peşə bayramı günündə Hamburq şəhərində doğulan, milliyyətcə alman olan Matias Rustun “Sessna” idman təyyarəsi ilə Moskvada Qırmızı meydana enməsi hadisəsi də düşür. O, istintaq zamanı ifadəsində bildirmişdi ki, “gəliş”i SSRİ ilə Qərb arasındakı gərginliyə rəmzi olaraq sülh körpüsü salmaq, soyuq müharibə adlı qorxunc bir fikrə sülh gətirmək niyyətində olub. M.Rust “Sessna” təyyarəsini “Sülh göyərçini” adlandırıb. Onda da 19 yaşlı gəncin meydana enməsi şübhəli sayılırdı. Bunun əvvəlcədən planlaşdırıldığını deyənlər, ehtimal edənlər də az deyil. Çünki bundan əvvəl 1985-ci ilin noyabrında ABŞ Prezidenti Ronald Reyqanla SSRİ lideri Mixail Qorbaçov arasında Cenevrədə görüş olmuşdu. Təyyarəyə zərər yetirilməməsi sovetlərə etibarın artmasına xidmət edirdi. M.Rustun aksiyasından üç il sonra 1990-cı il oktyabrın 3-də isə Almaniya Demokratik Respublikası (ADR) və Almaniya Federativ Respublikası (AFR) birləşdi.
PUA hücumu müəmması - Kreml “Göydələn”, Ukrayna “əl-Qaidə” deyil - ŞƏRH

Kremlə “hücumu” təşkil etməkdə məqsəd Rusiyada düşmən obrazını bütövləşdirmək cəhdlərindən də ola bilər. Bununla “ukraynalıların hətta Kremli belə vurmaq, Vladimir Putini öldürmək istədikləri” kimi fikirlərin yayılması istisna olunmur. Çünki müharibəni davam etdirmək üçün yeni amil, “səbəb”, bəhanəyə ehtiyac var.

Mayın 3-də gecə saatlarında Kremlə “hücum” olub. Ancaq materiallar gündüz, az qala, axşama doğru yayılıb. Əgər məsələ belə ciddi idisə, niyə informasiya gec yayılıb? Rusiyanın Hava Hücumundan Müdafiə Sistemi PUA-nı niyə Kremlin üstündə vura bilib? Bundan başqa, Moskva da daxil olmaqla Rusiyanın 32 vilayətində PUA-ların uçuşunun yasaqlanması da “düşmən”in, “terrorçular”ın uçan aparatını müəyyənləşdirməyi asanlaşdırmaq üçün atılan addım kimi təqdim edilir.
PUA hücumu müəmması - Kreml “Göydələn”, Ukrayna “əl-Qaidə” deyil - ŞƏRH

ABŞ dövlət katibi Antoni Blinken bildirib ki, onlar Rusiya ərazisinə zərbələri tənqid etməyəcək. O əlavə edib ki, özünü necə müdafiə etmək və əraziləri necə qaytarmaq məsələsini Ukraynanın öhdəsinə buraxırlar: “Nəzərə almaq lazımdır ki, ukraynalı kişi, qadın və uşaq hər gün hücuma məruz qalır”. Antoni Blinken deyib ki, ABŞ Kremlə kimin hücum etdiyini bilmir.

Yuxarıda qeyd etdiyimiz hadisələr Kremlə “hücum”un da qurama olduğu ehtimalını irəli sürməyə əsas verir. Odur ki, Ukrayna “əl-Qaidə”, Kreml “Göydələn” və ya Ağ ev, Rusiya isə ABŞ deyil.

“Report” İnformasiya Agentliyi
Bugün, 15:36
İlham Əliyev Xankəndidə Zəfər parkında görülən tikinti işləri ilə tanış olub
Bugün, 14:44
Şimali Kipr Türk Respublikasının Prezidenti Füzuliyə gəlib
Bugün, 14:18
Xankəndidəki Zəfər Tağının hündürlüyü 44 metr olacaq
Bugün, 10:48
Yekaterinburqda həbs edilən Ayaz Səfərov və Şahin Lalayev apellyasiya şikayəti veriblər
Bugün, 10:14
Bakı və Kabil "Lazurit" nəqliyyat dəhlizinin inkişafını müzakirə edib
Bugün, 09:48
Bu gün Leyla Əliyevanın DOĞUM GÜNÜDÜR
Bugün, 09:24
Lənkəranın bəzi kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Bugün, 08:49
BİZİM TƏQVİM: 3 iyul tarixində baş vermiş mühüm hadisələr
Bugün, 08:19
KİV: İsrail İran və Suriya ilə bağlı Rusiya ilə gizli danışıqlar aparır
Dün, 16:18
Bakıda qəzalı və istismar müddəti bitən yaşayış binaları ilə bağlı xüsusi Komissiya yaradılıb
Dün, 16:00
Rusiya Azərbaycanı heç vaxt təhdid etməyib - Peskov
Dün, 15:28
Zaxarova: Rəsmi Bakını ölkələr arasında münasibətləri strateji müttəfiqlik səviyyəsinə qaytarmaq üçün tədbirlər görməyə çağırırıq
Dün, 14:58
Özbəkistan Qarabağda kənd təsərrüfatı layihələrində maraqlıdır
Dün, 14:22
Özbəkistan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dün, 14:06
Şavkat Mirziyoyev Bakıda "Özbəkistan" parkını açacaq
Dün, 13:38
Nazirlik rus dilində tədrislə bağlı yayılan məlumatlara münasibət bildirib
Dün, 12:53
DİN rəhbərliyi Heydər Əliyevin məzarını ziyarət edib
Dün, 12:20
Şimali Kipr Prezidenti Azərbaycana səfərə gəlib
Dün, 11:49
Mediada saxta məlumatların dərc edilməsinə yol verilməməsinə dair yeni normalar müəyyənləşir
Dün, 11:02
Azərbaycan günahkarların məhkəmə qarşısına çıxarılması üçün bütün hüquqi mexanizmlərdən istifadə edəcək - RƏSMİ
Dün, 10:17
Zaxarova: Rusiya və Azərbaycan arasında dostluq münasibətləri son dərəcə əhəmiyyətlidir
Dün, 09:31
Klublararası dünya çempionatında 1/4 final cütləri bəlli olub
Dün, 09:27
"Mor-Mor" su ittihamlara cavab verdi. Deyilənlər həqiqəti əks etdirmir, şər-böhtandır! (VİDEO)
Dün, 09:02
Laçında İqtisadi Əməkdaşlıq Təşkilatının Qadınlar Forumu keçirilir
Dün, 08:47
Azərbaycan Polisi 107 yaşında
1-07-2025, 16:54
Onlar viza tələbindən azad edilir
1-07-2025, 16:46
Bu məhkəmələrə hakimlər təyin edildi - Siyahı