Rahib Qərib Ədalət Verdiyevdən ÜZR İSTƏDİ

Telejurnalist Rahib Qərib hərbi ekspert Ədalət Verdiyevdən üzr istəyib.
Bu barədə R.Qərib feysbuk hesabında paylaşım edib.
“Ötən ilin sentyabrında “Facebook” səhifəmdə ad çəkmədən hərbi ekspertlərin ordudan qovulması haqda bir status paylaşmışam. Şərhlərdə izləyicilərimin bəziləri Ədalət Verdiyev haqda xoşagəlməz fikirlər yazıblar. Bu səbəbdən də həmin statusu pozmuşam. Üç ay sonra Ədalət Verdiyev mənim haqqımda şəxsi nüfuzuna xələl gətirilməsi ilə bağlı məhkəmə iddiası qaldırıb. İyunun 1-də isə Binəqədi rayon məhkəməsi işlə bağlı təkzib verməklə üzr istəməyim haqda qərar çıxarıb. Mənim yazdığım statusda Ədalət Verdiyevin adının çəkilməməsinə, haqqında heç bir ağır, təhqiramiz ifadə işlətməməyimə baxmayaraq, məhkəmə qərarına sayğı göstərərək ona qarşı şəxsi nüfuzuna xələl gətirən ifadə və yanaşmalara görə üzr istəyirəm”, - R.Qərib bildirib.
Hərbi ekspert Ədalət Verdiyev də sosial şəbəkədə məhkəmədə qalib gəldiyini vurğulayıb:
“Adını heç zaman heç yerdə çəkmədiyim halda haqqımda ağlına gələni yazan, lakin yazdıqlarını sübut edə bilməyən Rahib Qəribi məhkəmə üzr istəməyə məhkum etdi. Mənə hüquqi yardım göstərən vəkil Xəlil Məmmədliyə dərin təşəkkürümü bildirirəm. İddianın YAŞAT fonduna 5000 manat vəsait köçürülməsi hissəsi təmin edilmədiyinə görə apellyasiya şikayəti verəcəm. Rahib üzr istəmə statusunda adımı heç zaman çəkmədiyi ilə bağlı dedikləri doğru deyil. Məhkəmədən barışmaq üçün vaxt alan Rahib gecə saat 1.10-dan 1.20-qədər adımı 15 dəfə çəkib, amma bu növbəti cinayət işinin tərkibi olacaq. Çünki Rahib məhkəməni aldadıb. Əldə etdiyi vaxtı mənimlə barışmağa deyil, məni təhqir etməyə sərf edir. İnsanın öz-özünə etdiyi pisliyi, kimsə edə bilməz. Dilinə, barmağına və beyninə sahib ola bilməyənlər cəzasını çəkməlidir. Üzrlü hesab edin ki, şəxsi məsələni ictimailəşdirməyə məcbur oldum”.
Bugün, 12:00
Çiyələk sahədən bazara neçə manata başa gəlir?
Bugün, 11:30
“Orada bildim ki, hamilədir, deyir, qonşu təcavüz edib” - 15 yaşlı qızın anası
Bugün, 11:00
Fərhad Xəlilov: Əsərlərimi Bakıda satmıram, bilirəm ki, o qiymətə heç kəs almayacaq
Bugün, 10:30
İtaliyada 1 avroya evlər satılır
Bugün, 10:00
Bakıda DƏHŞƏT: gənc oğlan bıçaq xəsarətindən ÖLDÜ
Bugün, 09:30
Ermənistanda "Nestle" uşaq qidasında toksin tapıldı: 10 tona yaxın məhsul məhv edildi
Bugün, 09:00
Bu yağları almayın - 19 ton məhsulda... - FOTO
Dün, 18:00
2025-ci ildə 5 nadir quş yenidən "kəşf edilib"
Dün, 17:30
Azərbaycan bu strateji məhsulu alan ilk ölkə oldu
Dün, 17:00
Ceyhun Bayramov Baş nazirlə görüşüb - FOTO
Dün, 16:30
Xəzərdə növbəti suiti ölümü: 97 cəsəd tapıldı - VİDEO
Dün, 16:00
Prezident BMT-nin Komissiyasının 82-ci sessiyasının iştirakçılarına müraciət edib
Dün, 12:00
Boş qalan mənzillərə qənim kəsilən OĞRULAR: Abşeron sakinlərindən SOS siqnalı - VİDEO
Dün, 11:30
Ordudan yeni tərxis olunan gəncin meyiti tapıldı - FOTO
Dün, 11:00
Qonşu ölkədə şagirdlərin telefonlarına nəzarət gücləndi: Xüsusi SIM-kartlar tətbiq olunacaq
Dün, 10:30
Bakıda TƏHLÜKƏ: 100 ildən çox yaşı olan qamış bina hər an uça bilər
Dün, 10:00
“Titanik” sərnişininin xilasedici jileti bu qiymətə satılıb
Dün, 09:30
Zibil təmizlənməsinə görə mükafat: Avropa paytaxtında yeni təşəbbüs
Dün, 09:00
Niyə bəzi insanlar yaşlandıqca daha mehriban, digərləri isə sərt olur?
18-04-2026, 18:00
Bu ölkədə turist daşıyan eşşəklərə limit tətbiq edildi
18-04-2026, 17:30
Yeniyetmələr arasında şiddəti bitirəcək 3 strategiya: zorakılığa meyilli uşaqlar bunları edir
18-04-2026, 17:00
Psixoloq: Gənclər buna görə valideyn olmaq istəmirlər
18-04-2026, 16:30
Həmin təcili yardım maşınının sürücüsü - Həbs edildi
18-04-2026, 16:00
Azərbaycanda oğlu məktəbdə söyülən ata belə "qisas" aldı
18-04-2026, 12:00
Azərbaycanda heyvan satışı bazarları ilə bağlı yeni qadağa
18-04-2026, 11:30
Polkovnik-leytenantın oğlunu öldürənə hökm oxundu
18-04-2026, 11:00
Vəfa Şərifova özünə belə haqq qazandırdı: “Camaat 100 ev yıxıb, mən 1 ev yıxmışam”