Bakıda restoranda qorxulu anlar: Müştərilər içəridə olarkən obyekti yandırdılar
Hadisə
Oxunub: 139
10 Şub 2026 | 11:00
Bakıda restoranda qorxulu anlar: Müştərilər içəridə olarkən obyekti yandırdılar
Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində yerləşən "Şeyx Lounge" restoranı yandırılıb.

hedeftv.az xəbər verir ki, hadisə ötən gün saat 23 radələrində baş verib.

Yanğının baş verməsinə ilkin səbəb olaraq iki nəfər arasında yaranmış mübahisə göstərilir. Belə ki, mübahisə davaya çevrildikdən sonra tərəflərdən biri benzini adıçəkilən obyektə tökərək yanğın törədib, ardınca isə müştərilərin hadisə yerini tərk edə bilməməsi üçün qapını arxadan bağlayıb. İnsidenti törədənin Cavid adlı şəxs olduğu bildirilir.

Müştərilərin həyatını isə iaşə obyektinin mətbəx bölməsinin arxa qapısı xilas edib. Hadisə nəticəsində bir nəfərin ayaq nahiyəsindən yanıq xəsarəti aldığı və xəstəxanaya yerləşdirildiyi məlum olub. Hazırda başqa xəsarət alanlarla bağlı məlumat yoxdur.

Qeyd olunub ki, Nazir Qədirli və Cahangir Qədirovun idarəetməsində olan iaşə obyektinə ümumilikdə 120 min manat məbləğində ziyan dəyib. Əlavə olaraq, müştərilərə 20 mindən çox maddi ziyan dəydiyi bildirilir.

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda isə bildirilib ki, Bakı şəhərinin Qaradağ rayonunda bir dam altında tikilən, ümumi sahəsi 600 m² olan birmərtəbəli müxtəlif təyinatlı obyektlərdən (kafe, avtomoblil ehtiyat hissələrinin satışı mağazası və avtomobil təmiri sexləri) sahəsi 250 m² olan kafenin yanar konstruksiyaları yanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov hadisə ilə bağlı bildirib ki, qeyd olunan iaşə obyektinin qəsdən yandırılması ilə bağlı polisə məlumat daxil olub. Yanğını törətməkdə şübhəli bilinən iki nəfər müəyyən olunaraq saxlanılıb. Fakt üzrə araşdırmalar davam etdirilir. (Bakupost)
Bugün, 12:00
Məşhur şairin xəstəxanaya borcu ödənildi
Bugün, 11:30
Ekologiya nazirinin yeni birinci müavini kimdir? - DOSYE
Bugün, 11:00
SSRİ üsuluna qayıdırlar: yollar belə olacaq
Bugün, 10:30
"Yeni Delta 2026" ekspedisiyasının həyəcan təbili: Xəzərin dibi üzə çıxır - FOTO
Bugün, 10:00
Hacıqabul-Horadiz yolunda təhlükəli anlar: ağac magistral yolu bağladı
Bugün, 09:30
Taksi sürücüsü maşında avtomat gəzdirirmiş, həbs edildi
Bugün, 09:00
Azərbaycanda ailə dəyərləri yoxa çıxır - komitə sədri
Dün, 18:00
Bu şəxslərə böyük məbləğdə ÖDƏNİŞ VERİLƏCƏK - Yeni QƏRARIN DETALLARI
Dün, 17:30
“Georgi lenti” qalmaqalında həbs edilən Saleh Səmədov hakim qarşısında– Ev dustaqlığı istədi, məhkəmə rədd etdi
Dün, 17:00
Türkiyədəki dəhşətli selin GÖRÜNTÜLƏRİ YAYILDI
Dün, 16:30
Gəncədə müəllimlər bıçağa, odlu silaha əl atdılar – biri öldü, digəri ağır cəza aldı
Dün, 16:00
Qızıl qaynayan bu torpaqlar sahibsiz qalıb
Dün, 12:00
Bakıdan verilən mesaj: Gələcəyin şəhərləri “Böyük Qayıdış”dan qlobal liderliyə
Dün, 11:30
Molokanların yaşadığı İvanovkada ev almaq trendə çevrilib
Dün, 11:00
Pediatriya Mərkəzinə təyinat alan yeni direktor: “Planlarım var”
Dün, 10:30
Bakıda V Uşaq Kitab Festivalı keçirilir
Dün, 10:00
İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq
Dün, 09:30
ABŞ Zəngəzur dəhlizi ilə bağlı işə başladı
Dün, 09:00
Sabahdan WUF13 akkreditasiya kartları veriləcək
12-05-2026, 18:00
Bakıda 17 milyona klinika satılır
12-05-2026, 17:30
Cəbrayılda siqaret istehsal ediləcək
12-05-2026, 17:00
Lökbatanda yanan "Kontakt Home"un anbarı olub - FOTO
12-05-2026, 16:30
Qubada bu kəndlərin adı milliləşdirildi
12-05-2026, 16:00
Azərbaycanda nadir Qurani-Kərim satışa çıxarıldı: 50 min manata - FOTO
12-05-2026, 12:00
Gəncədə qadın körpüdən çaya yıxılıb
12-05-2026, 11:30
Başçı Maştağaya NƏZARƏTİ İTİRİB? - GÖRÜNƏNİ BUDUR...
12-05-2026, 11:00
Bakıda pulsuz avtobuslar BU TARİXDƏN işləyəcək