Qəbiristanlıqda bazar açıblar
Sumqayıtda qəbiristanlıqlarda bəzi şəxslər qəbir yerlərini əldə edir, sonra isə başqalarına xeyli baha satırlar. Qiymətlər isə müxtəlifdir. Belə ki, yol kənarındakı yerlər 2 500 manata, orta sahələr 2 000 manata, daha içəridəki yerlər isə 1 500 manata təklif olunur. Yaranan bu "biznes" forması isə insanları ciddi şəkildə narahat edir. Sakinlər sual edirlər ki, əgər kiminsə belə məbləği yoxdursa, yaxınlarının cəsədi harada qalacaq?Ümumiyyətlə, vətəndaşlar hesab edirlər ki, qəbir yerləri insanlara pulsuz verilməli, maddi imkanından asılı olmayaraq təmin olunmalıdır. İnsanlar aidiyyəti qurumlardan qəbiristanlıqlarda yerlərin ədalətli və qanun çərçivəsində paylanmasını təmin etməklərini tələb edirlər.
Mövzu ilə bağlı hedeftv.az-a açıqlama verən ilahiyyatçı Tural İrfan bildirib ki, qəbiristanlıqlarda özbaşınalıq, anarxiyadır. Kimin gücü nəyə çatırsa onu da edir. Onun sözlərinə görə, bəzən bələdiyyə və ona yaxın şəxslər, digər işbazlar, dəllal və maklerlər qəbir torpaqlarını əldə edərək başqalarına baha qiymətə satırlar:
"Nəzarət edənlərin özləri təşkil edir çox zaman. Bu məsələ illərdir düzəlmir. Qəbir alveri, kəfən biznesi baş alıb gedir. Qəbir yeri vətəndaşlara pulsuz verilməlidir. Cüzi rüsumun ola bilər. Yoxsa bu qiymətlərə qəbir yeri dəhşətdir".
T.İrfan qeyd edib ki, İslamın, dinin sadəcə adı qalıb. Ona nə əməl edən, nə hörmət qoyan var:
"Dini olan, Allaha imanı olan da qəbri o qiymətə satarmı? Bu, sırf qaniçənlikdir. Nəzarət etməli qurumlar da buna şərikdir. Özbaşına qiymət, qanunsuz rüsum təyin edirlər. Yaxud rüşvət alıb xalqın torpağını bazara çıxarıblar. Nə qanuna məhəl qoyurlar nə dinə hörmət qoyurlar. Varlı məmurlar nəsli, əcdadı üçün böyük sahələri indidən bron edirlər. Yaxud əsas, görkəmli yerləri zəbt edirlər".
İlahiyyatçı söyləyib ki, buna qətiyyən mane olan yoxdur:
"Yerin üstündə zülm etdikləri əhaliyə yerin altında da zülm edirlər. Kasıb da küncdə bucaqda zülmlə özünə bir parça yeri tapa ya tapmaya. İllərdir deyirik, qanun qəbul olunmalı, qəbir alverinin qabağı alınmalıdır. Standart qəbir yerləri və qəbir daşları tətbiq olunmalıdır. Məzarlıqdakı xaos aradan qalxmalı, qəbirlər sıra ilə, sadə şəkildə olmalıdır".
Bugün, 12:00
Məşhur şairin xəstəxanaya borcu ödənildi
Bugün, 11:30
Ekologiya nazirinin yeni birinci müavini kimdir? - DOSYE
Bugün, 11:00
SSRİ üsuluna qayıdırlar: yollar belə olacaq
Bugün, 10:30
"Yeni Delta 2026" ekspedisiyasının həyəcan təbili: Xəzərin dibi üzə çıxır - FOTO
Bugün, 10:00
Hacıqabul-Horadiz yolunda təhlükəli anlar: ağac magistral yolu bağladı
Bugün, 09:30
Taksi sürücüsü maşında avtomat gəzdirirmiş, həbs edildi
Bugün, 09:00
Azərbaycanda ailə dəyərləri yoxa çıxır - komitə sədri
Dün, 18:00
Bu şəxslərə böyük məbləğdə ÖDƏNİŞ VERİLƏCƏK - Yeni QƏRARIN DETALLARI
Dün, 17:30
“Georgi lenti” qalmaqalında həbs edilən Saleh Səmədov hakim qarşısında– Ev dustaqlığı istədi, məhkəmə rədd etdi
Dün, 17:00
Türkiyədəki dəhşətli selin GÖRÜNTÜLƏRİ YAYILDI
Dün, 16:30
Gəncədə müəllimlər bıçağa, odlu silaha əl atdılar – biri öldü, digəri ağır cəza aldı
Dün, 16:00
Qızıl qaynayan bu torpaqlar sahibsiz qalıb
Dün, 12:00
Bakıdan verilən mesaj: Gələcəyin şəhərləri “Böyük Qayıdış”dan qlobal liderliyə
Dün, 11:30
Molokanların yaşadığı İvanovkada ev almaq trendə çevrilib
Dün, 11:00
Pediatriya Mərkəzinə təyinat alan yeni direktor: “Planlarım var”
Dün, 10:30
Bakıda V Uşaq Kitab Festivalı keçirilir
Dün, 10:00
İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq
Dün, 09:30
ABŞ Zəngəzur dəhlizi ilə bağlı işə başladı
Dün, 09:00
Sabahdan WUF13 akkreditasiya kartları veriləcək
12-05-2026, 18:00
Bakıda 17 milyona klinika satılır
12-05-2026, 17:30
Cəbrayılda siqaret istehsal ediləcək
12-05-2026, 17:00
Lökbatanda yanan "Kontakt Home"un anbarı olub - FOTO
12-05-2026, 16:30
Qubada bu kəndlərin adı milliləşdirildi
12-05-2026, 16:00
Azərbaycanda nadir Qurani-Kərim satışa çıxarıldı: 50 min manata - FOTO
12-05-2026, 12:00
Gəncədə qadın körpüdən çaya yıxılıb
12-05-2026, 11:30
Başçı Maştağaya NƏZARƏTİ İTİRİB? - GÖRÜNƏNİ BUDUR...
12-05-2026, 11:00
Bakıda pulsuz avtobuslar BU TARİXDƏN işləyəcək