Sinif yoldaşını döyən şagird CƏZALANDIRILDI

Şabran rayonunda 2007-ci il təvəllüdlü Valeh tanışı Osmana (adlar şərtidir - red.) xəsarət yetirib. Hadisə rayonun Əmirxanlı kəndi ərazisində baş verib. Valeh küçə ilə gedərkən 2008-ci il təvəllüdlü Osman ilə öz arasında qəsdən mübahisə yaradıb. O, yumruqla Osmanın sol göz nahiyəsinə, təpiklə baş nahiyyəsinə vurub. Onu yerə yıxdıqdan sonra yerdə təpiklə bir neçə dəfə vuraraq ona müxtəlif dərəcəli xəsarətlər yetirib.
hedeftv.az xəbər verir ki, Valehin barəsində Cinayət Məcəlləsinin 127.2.3 (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddələri ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Valeh ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, orta məktəbinin 11-ci sinfində oxuyur: “2025-ci il tarixdə dəqiq xatırlamadığım saatda məktəbdən çıxaraq evə gedən zaman yolda sinif yoldaşım İlqar ilə zarafatlaşdım. Sonra orada olan Əfqan ilə söz mübahisə etdim. Bu zaman yanımızda olan digər sinif yoldaşım Osman yaxınlaşaraq səbəbsiz yerə mənimlə mübahisə etməyə başladı. Lakin ona fikir vermədim”.
Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Osman ona yenidən sözlə sataşmağa davam edib: “Bir qədər aralandıqdan sonra Osmana arxadan yaxınlaşaraq yumruqla sifət nahiyəsinə vurdum. O, mənə tərəf çöndükdə təpiklə onun başına zərbə endirdim. Bu zaman Osman yerə yıxıldı. Yerdə ona təpik zərbələri vurdum. Bundan sonra Osman özündən getdi. Yerdə huşsuz olan zaman ondan aralandım. Lakin əsəbi olduğu üçün yenidən onun tərəfə qayıdaraq onu yerdə yenidən təpiklədim. Onun üz nahiyəsində qan olduğunu gördüm. Bundan sonra oradan uzaqlaşdım və evə getdim. Bununla yanaşı mənin də həmin zaman ayağım burxuldu. Osman ilə dalaşan zaman ətrafda kimlər olduğunu dəqiq xatırlamasam da, Əfqanın orada olduğu yadımdadır”.
Osmanın sözlərinə görə, sinif yoldaşı Valeh ilə təxminən hadisədən 3-4 ay əvvəl aralarında söz mübahisəsi olub: "Bundan sonra Valeh mənə söz atdı. Lakin ona fikir vermədim. O, mənimlə dalaşmaq istədiyini dedi. Amma mən dalaşmaq istəmədiyimi bildirdim. Hadisə günü günorta dərsdən evə gedərkən Əfqan və Valeh aralarında sözlə mübahisə etməyə başladı. Mən Valehə irad bildirərək Əfqanı müdafiə etdim. Valeh mənə dalaşmaq istədiyini, onunla dalaşmasam söyüş söyəcəyini bildirdi. Mən yenə ona fikir vermədim. Bu zaman mənə zəng gəldi. Zəng edən dostum ilə danışan zaman telefonda dostuma “yanımda bir nəfər var, bayaqdan sakit dayanmır” dedim. Bu vaxt Osman kim olduğunu soruşdu. Ona dedim ki, sən tanımazsan, mənim dostumdur. Bundan sonra Əfqanla yol ilə gedərkən gözləmədiyim halda arxadan üz nahiyəmə ə yumruq zərbəsi atıldı. Zərbə yanaq nahiyəmə dəydi. Mən arxaya dönəndə zərbənin Osman tərəfindən vurulduğunu anladım. Bu zaman Osman ayağımdan yapışaraq yıxmaq istədi. Məndən tutmaq istədikdə isə yerə yıxıldım. Yerdən qalxmaq istəyərkən Osman təpiklə üz nahiyəmə vurdu. Bu zərbədən yerə yıxıldım. Yerdə olarkən Osman mənə təpiklə zərbələr endirdi. Məndən bir qədər aralandı, qayıdaraq yenidən zərbələr vurdu. Bundan sonra özümdən getdim. Bir neçə dəqiqə sonra Əfqan məni çağırdı. Mən özümə gəldim, oyanarkən burun nahiyəmdən qan gəldiyini, yaxamın qan olduğunu gördüm. Sonra yenidən özümdən getdim. Əfqanın köməkliyi ilə yaşadığım evə çatdım. Sonrakı gün burun nahiyəmdə ağrılar olduğu üçün həkimə getdim”.
Şabran Rayon Məhkəməsinin hökmü ilə Valeh 1 il 2 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası alıb.
Təqsirləndirilən şəxsə cəzasını çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməsi, yaşayış yeri olan evi hər gün saat 21:00-dan növbəti gün saat 08:00-dək tərk etməsi qadağan olunub.
Bundan əlavə ona bu müddətdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, kütləvi və digər tədbirlər təşkil etməmək, habelə belə tədbirlərdə iştirak etməmək vəzifələri tapşırılıb. (Demokrat.az)
Bugün, 13:30
Bakıda tələbə qızlara qarşı iyrənc əməl
Bugün, 13:00
Azərbaycan Türkiyəyə başsağlığı verdi
Bugün, 12:30
Naxçıvanda ödəmə terminalı oğurlandı
Bugün, 12:00
AMEA Ramiz Mehdiyevlə bağlı məlumat YAYDI
Bugün, 11:30
Gültəkin Hacıbəyli sərbəst buraxılıb - YENİLƏNİB
Bugün, 11:00
Sinif yoldaşını döyən şagird CƏZALANDIRILDI
Bugün, 10:30
Elgizlə Tolikin verilişi BAĞLANIR
Bugün, 10:00
Bakıdan Laçına ilk avtobus yola düşdü - FOTO
Bugün, 09:30
Qızılın qiyməti yenidən ARTDI
Bugün, 09:00
Elektron tərəziylə bağlı növbəti ŞİKAYƏT
Dün, 18:00
Azərbaycanda icra hakimiyyətində 43 nəfər işdən çıxarıldı
Dün, 17:30
Toyda çəkilən bu tip videoları internetdə paylaşmaq hüquqazidd hesab ediləcək - QƏRAR
Dün, 17:00
Azərbaycanda 4 barmağı olmayan gənc əsgər aparılıb? – Qurumlardan AÇIQLAMA
Dün, 16:30
Azərbaycanda faizsiz kredit verən banklar yaradılacaq - YENİLİK
Dün, 16:00
Səhiyyə Nazirliyindən xəbərdarlıq: ödəniş tələbi qanunsuzdur
Dün, 12:00
Milli Məclisin sabiq deputatı VƏFAT ETDİ
Dün, 11:30
Qiyməti "od tutub yanan" uşaq qidaları: Yerli istehsal çıxış yolu ola bilərmi? - VİDEO
Dün, 11:00
Müşfiq Abbasov həbs edildi
Dün, 10:30
Alim Qasımov Bakıda zavod açdı
Dün, 10:00
Ukraynada məktəblər distant təhsilə keçirilir
Dün, 09:30
Bakıda lombard qalmaqalı: 117 nəfər zərərçəkən
Dün, 09:00
Bu gün Novruzun ilk çərşənbəsidir
23-02-2026, 18:00
Peyvənddən sonra körpənin ölümü – Pediatrdan valideynlərə XƏBƏRDARLIQ
23-02-2026, 17:30
Azərbaycanda bu şəxslərə pulsuz avtomobil VERİLƏCƏK
23-02-2026, 17:00
Mafiya liderinin oğlunu qaçırdılar: buraxılması üçün 10 milyon TƏLƏBİ - VİDEO
23-02-2026, 16:30
Epşteynin qaranlıq arxivləri tapıldı: 6 gizli anbarda şok sübutlar gizlədilib
23-02-2026, 16:00
Çox adam bilmir: restoranlar müştəriləri aldadırmış - DİQQƏT!