Həkim pasiyentin 151 min manat pulunu ələ keçirdi

Bakıda fəaliyyət göstərən "EMV Dent" klinikasında diş həkimi işləmiş 1972-ci il təvəllüdlü Şərur rayon sakini Elşən Musa oğlu Zaxarov pasiyentinə özünü klinikanın sahibi kimi təqdim edib, onun külli miqdarda pulunu ələ keçirib.
hedeftv.az xəbər verir ki, o, dişlərini müalicə etdiyi Tahir Əhmədağa oğlu Hüseynovla müalicə dövründə yaxın münasibətlər yaradıb. Hüseynovun etibarını qazanıb, implant, rentgen və "Skaner Catcam" aparatları alınmasına şərikli vəsait qoyduqları halda yaxşı qazanc əldə edəcəkləri barədə ona yalan məlumat verib.
Zərərçəkmiş şəxsi inandırdıqdan sonra 29 noyabr 2023-cü ildə işlədiyi "EMV Dent" klinikasındakı xidməti otağında bu adla Tahir Hüseynovdan ümumilikdə 151 min manat alıb və mənimsəyib.
İstintaq orqanı tərəfindən Elşən Zaxarovun barəsində Cinayət Məcəlləsinin 178.2.3-cü (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.
Məhkəmədə E.Zaxarov ittiham üzrə özünü təqsirli bilməyib. Bildirib ki, digərləri də onu aldatdığı üçün başına bu hadisələr gəlib:
"Onlar mənə Rusiyaya sanksiyalar tətbiq edildiyindən implantların həmin ölkədə daha tez satıla biləcəyini dedilər. Buna görə bütün malları həmin ölkəyə yolladım və bir müddət sonra maraqlananda onların yoxa çıxdığını gördüm. Həmin şəxsləri tapdım, onların yanına getdikdə mübahisələrimiz yarandı, dava zamanı diz qapağımı vuraraq sındırdılar. İmplantları Rusiya ərazisinə göndərməyimdən zərərçəkmişin məlumatı olmayıb".
Məhkəmədə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi açıqlanıb.
Həmin ifadədə müttəhim Tahirdən 151 min manat pul aldığını təsdiqləyib:
"Pulların hamısını Nərimanov rayonunda "Metropark"la üz-üzə yerləşən "EMV dent" klinikasında iş otağımda götürmüşəm. Məqsədim implant alıb-satıb, qazanc əldə edərək Tahirlə yarı bölmək olub".
Zərərçəkmiş də məhkəmədə qeyd edib ki, onlar Elşənlə hər implanta görə qazancı böləcəklərinə razılaşıblarmış...
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elşən Zaxarov 6 il 6 ay müddətə azadlıqdan məhrum olunub.
Zərərçəkmiş şəxsin mülki iddiası qismən təmin edilib. 151 min manat maddi ziyanın və 444 manat dövlət rüsumunun mülki cavabdeh şəxsdən tutularaq zərərçəkmişə ödənilməsi qərara alınıb. O, təqsirləndirilən şəxsə qarşı 154 min manat mülki iddia qaldırıbmış.
Zərərçəkmiş və müttəhimin apellyasiya şikayətləri təmin olunmayıb.
Qeyd edək ki, Elşən Zaxarov diş həkimi kimi sosial şəbəkələrdə də aktiv olub. Paylaşımlarda Azərbaycanda ilk ağrısız, kəsiksiz, qansız və ən əsası, şəkər xəstələrinə də icra oluna bilən implant dişlərin düzəldilməsi barədə məlumatlar verib.
Həmçinin sosial şəbəkələrdə onun tərəfindən 3 dəqiqəyə ağrısız, qansız implantasiya icra etməsi haqda da reklam xarakterli materiallar yayılıb. (Teleqraf)
Bugün, 11:30
Universitetdə bıçaqlanma: Tələbə ağır vəziyyətdədir
Bugün, 11:00
Kainatın ən böyük ulduzlarından biri partlaya bilər - TƏHLÜKƏ
Bugün, 10:30
Azərbaycanda 44 yaşlı həkim VƏFAT ETDİ
Bugün, 10:00
Taliban qaydaları qadınları təhlükəyə atır – XƏBƏRDARLIQ
Bugün, 09:30
Həkim pasiyentin 151 min manat pulunu ələ keçirdi
Bugün, 09:00
Şamaxıda ard-arda 7 ZƏLZƏLƏ
Dün, 18:00
Növbə problemi yenidən gündəmdə - Tibbi xidmətin SAĞALMAZ “yarası”
Dün, 17:30
Məşhur xəstəxanada ƏMƏLİYYAT - Vəzifəli şəxs SAXLANILDI
Dün, 17:00
Bu məmurlar büdcədən taladıqları 244 min manatı geri qaytardılar
Dün, 16:30
SON DƏQİQƏ:Sərhədçilərimizə atəş açıb qaçdılar
Dün, 16:00
Azərbaycanda yeni şura yaradıldı - Mehriban Əliyeva sədr təyin olundu
Dün, 12:00
Mərkəzdə söküntü: Kompensasiya yetərsizdir
Dün, 11:30
Şamaxıda 17 yaşlı oğlan anasını ÖLDÜRÜB
Dün, 11:00
Sərhəd qadağası cibimizə necə təsir edir? — AÇIQLAMA
Dün, 10:30
Hindlilər Bakıda girov götürüldü, beynəlxalq əməliyyatla xilas ediliblər - TƏFƏRRÜAT
Dün, 10:00
Kubra Məhərrəmova ilə bağlı şok görüntülər: Araşdırma başladı
Dün, 09:30
Nil Monze bıçaqlanıb? - FOTOLAR
Dün, 09:00
Vahid Qədimin Rusiya-Ukrayna döyüşlərində itkin düşdüyü deyilir
26-02-2026, 18:00
DİM işçilər AXTARIR
26-02-2026, 17:30
Qara çörək niyə bahalaşıb...
26-02-2026, 17:00
Prezident Xocalı Soyqırımı Memorialının açılışında
26-02-2026, 16:30
Problemli kreditlər ARTIB
26-02-2026, 16:00
TƏBİB Səhiyyə Nazirliyinə birləşdirilir? - Nazirdən açıqlama
26-02-2026, 12:00
Xırdalanda 13-cü mərtəbədən yıxılan oğlan sağ qaldı
26-02-2026, 11:00
Estetik əməliyyat üçün 45 həkimə icazə verilib - Nazir
26-02-2026, 10:30
Rəsmilər "Ana harayı" abidəsini ziyarət etdilər - FOTOLAR
26-02-2026, 10:00
Dövlət hər vətəndaşa gəlirdən pay verəcək