“Şahruddin barədə sual verməyə tələsirsiniz” - Qurban Qurbanov
İdman
Oxunub: 317
27 Tem 2023 | 09:29
“Şahruddin barədə sual verməyə tələsirsiniz” - Qurban Qurbanov


"Çox yaxşı oyun oldu. Futbolçularım yaxşı oyun göstərdilər. Həddinən çox razı qaldım. Əsl Çempionlar Liqası oyunu idi".

Bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin "Rakov"la səfər oyunundan sonra mətbuat konfransında deyib.

O, 2:3 hesablı məğlubiyyəti belə şərh edib: "Meydanda iki yaxşı kollektiv var idi. İlk hissədə bəlkə də daha qapalı futbol gedirdi. Amma ikinci hissədə boş zonalar daha çox oldu. Böyümək üçün faydalı oyun idi. Rəqibi daha yaxından tanıdıq. Bakıda bu komandaya qarşı daha diqqətli olmağa çalışacağıq. "Rakov"un istənilən an qol vurmaq bacarığı var. İnanıram ki, Bakıda daha yaxşı oynayacağıq. Futbolçuların hər birindən razı qaldım".

Q.Qurbanov oyunda qolla nəticələnən səhvlərlə yadda qalan qapıçı Şahruddin Məhəmmədəliyev və mümkün qapıçısı transferi ilə bağlı sualı da cavablandırıb: "Həmişə Şahruddin və ya başqa futbolçular barədə sual verməyə tələsirsiz. Bu, futboldur. Futbolda elə hallar olur ki, qaçılmazdır. Kənardan bəlkə bir az fərqli görünür. Amma epizoda yaxın olsaz, tam fərqli fikirdə olarsız. Çünki, top yumrudur, istənilən an istiqamətini dəyişə bilər. Bacardığımız qədər yerli-yerində transferlər etməyə çalışırıq. Bu gün futbolçuların hər birindən razıyam. Bura çəkinmədən, müdafiədə oturmadan oyun göstərməyə gəldik. Futbolçularım bunu bacardılar. Transferlər istənilən an ola bilər. Hansı mövqeyə olacağını əvvəlcədən deyə bilmərəm".

Baş məşqçi "Bugünkü məğlubiyyət fərdi səhvlərlə bağlıdır, yoxsa ümumi oyun planında rəqib "Qarabağ"ı üstələdi" sualına belə cavab verib: "Fərdi səhvlər yox, bir az diqqətsizlik ola bilər. Rəqibin bütün hücumlarını demək olar ki, bilirdik. Elə ilk qol fərdi, texniki səhvdən buraxıldı. Təkcə bir oyunçu yox, ümumən düzülüşdə gecikdilər. Deməzdim ki, rəqib bu gün bizi üstələdi. Bəlkə də siz kənardan fərqli görürsünüz. Oyuna yenə baxacam. İlk hissəyə də baxsaq, xeyli qol epizodlarımız oldu. İkinci hissədə 10-15 dəqiqə dinamikanı qoruyub-saxlaya bilmədik. Sonra get-gedə daha fəal olmağa başladıq. Futbolçuların oyununa görə deyə bilmərəm ki, rəqib bizi üstələdi. Üçüncü qol fərdi ustalıqlarına görə oldu. Belə qollar nadir hallarda olur. Bəlkə də ədalətli nəticə bərabərlik idi. Buraxılan üçüncü qol bizə daha çox məsuliyyət verəcək".

Q.Qurbanov "Rakov" və "Qarabağ" futbolçularını fərqləndirmək istəməyib: "Belə bir hesabat verməyə ehtiyac yoxdur. Bu, futboldur. Bu gün futbol elə səviyyəyə gəlib ki, nəinki Polşa, Azərbaycan, bizim zəif düşündüyümüz ölkələrin komandaları da istənilən rəqibə qarşı düzgün oyun qura, mübarizə apara, hətta qalib gələ bilir. Bakıda olanda da bildirmişdim ki, "Rakov"a simpatiyam çoxdur. Onların oyun üslubunu çox bəyənirəm. Neçə illərdir bu üslubda davam edirlər. Bu komandaya ancaq uğurlar arzulayıram".
Bugün, 12:00
Boş qalan mənzillərə qənim kəsilən OĞRULAR: Abşeron sakinlərindən SOS siqnalı - VİDEO
Bugün, 11:30
Ordudan yeni tərxis olunan gəncin meyiti tapıldı - FOTO
Bugün, 11:00
Qonşu ölkədə şagirdlərin telefonlarına nəzarət gücləndi: Xüsusi SIM-kartlar tətbiq olunacaq
Bugün, 10:30
Bakıda TƏHLÜKƏ: 100 ildən çox yaşı olan qamış bina hər an uça bilər
Bugün, 10:00
“Titanik” sərnişininin xilasedici jileti bu qiymətə satılıb
Bugün, 09:30
Zibil təmizlənməsinə görə mükafat: Avropa paytaxtında yeni təşəbbüs
Bugün, 09:00
Niyə bəzi insanlar yaşlandıqca daha mehriban, digərləri isə sərt olur?
18-04-2026, 18:00
Bu ölkədə turist daşıyan eşşəklərə limit tətbiq edildi
18-04-2026, 17:30
Yeniyetmələr arasında şiddəti bitirəcək 3 strategiya: zorakılığa meyilli uşaqlar bunları edir
18-04-2026, 17:00
Psixoloq: Gənclər buna görə valideyn olmaq istəmirlər
18-04-2026, 16:30
Həmin təcili yardım maşınının sürücüsü - Həbs edildi
18-04-2026, 16:00
Azərbaycanda oğlu məktəbdə söyülən ata belə "qisas" aldı
18-04-2026, 12:00
Azərbaycanda heyvan satışı bazarları ilə bağlı yeni qadağa
18-04-2026, 11:30
Polkovnik-leytenantın oğlunu öldürənə hökm oxundu
18-04-2026, 11:00
Vəfa Şərifova özünə belə haqq qazandırdı: “Camaat 100 ev yıxıb, mən 1 ev yıxmışam”
18-04-2026, 10:30
Bakının mərkəzində tarixi binaya MÜDAXİLƏ
18-04-2026, 10:00
Şokoladın gizli təhlükələri ortaya çıxdı
18-04-2026, 09:30
Ağrı Dağının kosmosdan görüntüsü yayıldı – "GöyTürk-2B" peyki çəkdi
18-04-2026, 09:00
Başlıbel qətliamından 33 il ötür
17-04-2026, 18:00
Vətəndaş nikahında aliment ödənilir?
17-04-2026, 17:30
“AzEdu Təhsil Analitika Mərkəzi” yaradılır - Təhsildə yenilik
17-04-2026, 17:00
“Bu, mənim üçün ikinci təhqirdir” – Elza Seyidcahan məhkəmə qərarına üsyan etdi
17-04-2026, 16:30
Baş nazirdən hava limanları ilə bağlı QƏRAR
17-04-2026, 16:00
Azərbaycanlılarla ermənilər bir müddət görüşməyəcək
17-04-2026, 12:00
Texnologiyada ŞOK sıçrayış – Ölən insanlarla “danışmaq” mümkün olacaq – VİDEO
17-04-2026, 11:30
Bakının mərkəzində 10-dan çox ağac kəsildi - Araşdırma başladı
17-04-2026, 11:00
Paşinyan konsert verir