
Səbuhi Məmmədov ölkəmizi dünyaya tanıtdıran idmançılardandı
Məlumdur ki, ölkəmizdə idmanın bütün növlərinin inkişaf etdirilməsində, Azərbaycan adının dünyada daha yaxından tanıdılmasında Gənclər və İdman Nazirliyinin müstəsna xidməti, əvəzsiz rolu olur.
Faktdır ki, adı çəkilən bu Nazirlik ölkəmizdə gənclər, bədən tərbiyəsi və idman sahələrində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Gənclər və İdman Nazirliyi Azərbaycan Respublikası Prezidentinin 26 iyul 1994-cü il 179 saylı fərmanı ilə yaradılmışdır ki, hal-hazırda bu Nazirlik fəaliyyətini uğurla davam etdirməkdədir. Nazirliyin qarşısında Azərbaycanın sosial, iqtisadi və mədəni inkişafının strateji siyasətinə uyğun olaraq gənc nəslin tərbiyəsi, gənclərlə iş sahəsində cəmiyyətin demokratik inkişafının tələblərinə cavab verən dövlət siyasətinin həyata keçirilməsi, gənclərin qüvvə və bacarıqlarının, yaradıcılıq imkanlarının milli dövlət quruculuğu vəzifələrinin yerinə yetirilməsinə səfərbər olunması və s. kimi vəzifələri yerinə yetirmək durur. Bütün bunlardan əlavə, Nazirlik bədən tərbiyəsi və onun inkişaf etdirilməsi sahəsində milli proqramları da həyata keçirməkdə davam edir.
Hal-hazırda Fərid Qayıbovun rəhbərlik etdiyi gənclər və idman nazirliyi Azərbaycan idmanının inkişaf etdirilməsində, onun adının dünyada daha yaxından tanıdılmasında, gənc nəslin sağlam ruhda böyümələrində, onların formalaşmalarında və s., kimi addımlarını atmaqla, müasir tariximizdə silinməz izlər buraxmaqdadır. Fəxr ediləsi hal odur ki, bu gün idmanımızın bütün sahələri inkişaf etdirilir, lazımi təminolunmalar dolğun şəkildə ödənilir. Ölkə rəhbəri İlham Əliyev cənablarının daha çox diqqət və qayğısının nəticəsidir ki, bu gün də Azərbaycan idmanı durmadan inkişaf edir. Paytaxt Bakıda, ətraf şəhər və rayonlarda yeni İdman Olimpiya Komplekslərinin inşa olunması və həmin komplekslərin gənclərin istifadəsinə verilməsi bir daha onu söyləməyə əsas verir ki, bu sahənin inkişaf etdirilməsi daim ölkə rəhbərinin diqqətindədir. Qeyd edək ki, “Bakı-2015” I Yay Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsi, bir daha dünyanın nəzər-diqqətinin ölkəmizə yönəlməsinə səbəb oldu. Keçirilən olimpiya oyunlarında Azərbaycan idmançılarının əldə etdikləri uğurlar onu sübut etdi ki, Gənclər və İdman Nazirliyi hələ bundan sonra da, ölkəmizdə idmanın inkişafına dəyərli töhfələrini bəxş edəcək.
Bəli, bu gün Azərbaycan idmanının inkişaf etdirilməsində, ölkəmizin adının dünyada daha yaxından tanıdılmasında əvəzsiz xidmətləri olan neçə-neçə tanınmış idmançılarımız var ki, onlardan biri də, məhz özünün qeyri-adi bacarığı və istedadı ilə nəinki ölkə miqyasında, hətta dünya miqyasında məşhur olan Məmmədov Səbuhi Malik oğludur. Səbuhi Məmmədov 1983-cü ildə Gəncə şəhərində anadan olur və o, bu şəhərdəki 13 saylı orta məktəbdə təhsilini uğurla başa vurduqdan sonra, qonşu Gürcüstan Respublikasında Aqrar Universitetin hüquq fakültəsində ali təhsil alır. Hal-hazırda o, ailəlidir və iki övladı var.
Qeyd edək ki, bu şəxs 1989-cu ildə ilk dəfə sərbəst güləş idman növü ilə məşğul olmağa başlayır və onun Gəncə şəhərində ilk məşqçisi İsaf Cəfərovun oğlu Könül Cəfərov olur. Daha sonra o, boks idman növü ilə də məşğul olmağa başlayır. Bundan əlavə, bu şəxs kinboks idman növü üzrə regionalın rəhbəri İlqar Əliyevin və Bəxtiyar müəllimin rəhbərliyi altında da məşğul olur və çox keçmir ki, bir çox naliyyətlər əldə edir. 2021-ci ildə Moskva şəhərində Braziliya güclüsü masterləri üzrə dünya çempionu adına sahib olan Səbuhi Məmmədov, 2022-ci ildə “GAMMA” təşkilatının “MMA” idman növü üzrə beynəlxalq dərəcəli hakim sertifikatına da layiq görülür. Hal-hazırda o, ölkəmizin qərb regionu üzrə Azərbaycan “MMA” Pankration və Grappling Federasiyasının nümayəndəsi və baş məşqçisi vəzifəsini daşıyır. Bir neçə gün bundan öncə, daha dəqiq desək 09 iyul 2023-cü ildə Gəncə şəhərində qərb regionunu əhatə edən “MMA” idman növü üzrə möhtəşəm tədbir keçirilir. Tədbirin keçirilməsində başlıca məqsəd, məhz gənc nəslin nümayəndələrinin pis vərdişlərdən uzaq durmaları, onların sağlam həyat tərzi yaşamaları və s. istiqamətində müəyyən təbliğati və maarifləndirici tədbirləri aparmaq olur. Düzdür, tədbirdə iştirak edənlərin hər biri göstərilən diqqətə və qayğıya görə, ilk öncə ölkə rəhbəri İlham Əliyev cənablarına, gənclər və idman naziri cənab Fərid Qayıbova, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı cənab Niyazi Bayramova, Gəncə şəhər İdman və Gənclər İdarəsinin rəisinə, Federasiyanın prezidenti cənab Azad Əsgərova öz təşəkkürlərini bildirirlər.
Onu da qeyd etmək yerinə düşər ki, bu gün Səbuhi Məmmədovun övladları da idmana olduqca həvəs göstərirlər. Məsələn, bu şəxsin böyük oğlu Rauf Məmmədov bu il MMA Pankration və Grappling Federasiyasının pankration idman növü üzrə 46 kq çəkidə Azərbaycan çempionu olur. Bu şəxsin idmançı tələbələrindən olan Nail Əzizov, Vüsal Məhərrəmov, Əkbər Həsənəliyev, Nidelki Yevqeniya “MMA” idman növü üzrə dünya səviyyəsində bir çox uğurlara imza atırlar. Hal-hazırda Nidelki Yevqeniya qrefink idman növü üzrə dünya üçüncüsüdür. Kimsəsiz olduğundan onu bu gün dövlət himayə edir və o, hazırda dövlət uşaq sosiki kəndləri uşaq evində yaşayır və dəfələrlə Azərbaycan çempionu adına sahib olmuşdur.
Bəli, bu gün dünya çempionu adına sahib olan Səbuhi Məmmədov ölkəmizi dünyada ləyaqətlə, şərəflə, bir sözlə ən yüksək səviyyədə təmsil edən idmançılarımızdandır. Bu şəxs keçirilən idman yarışlarında üçrəngli bayrağımızı göylərə qaldırmağa, Azərbaycan adını layiqincə təmsil etməyə və keçirilən tədbirlərdə himnimizin ifa olunmasına çalışan Vətən oğludur. O, öz xoşbəxtliyini, səadətini yalnız və yalnız doğma Vətəninə, sevimli xalqına ləyaqətlə xidmət etməkdə görür. Səbuhi Məmmədov haqqında lazımi məlumatları əldə etdikdə o da bəlli olur ki, bu şəxs özündə ən ülvi insani hissləri cəmləşdirən peşəkar idmançıdır. Onu tanıyan hər kəs bilir ki, Səbuhi Məmmədov qəlbində Vətəninə məhəbbət hissi, doğma xalqına bağlılıq duyğusu gəzdirən, həmçinin özünün parlaq zəkası, güclü iradəsi, yüksək peşəkarlığı ilə bir çoxlarından fərqlənən idmançıdır. Bir sözlə, bu şəxs elə bir istedada sahib olan idmançıdır ki, o, hər zaman daşıdığı vəzifəsini ən yüksək səviyyədə yerinə yetirməyi bacarır. Belə bir səbəbdən də, Səbuhi Məmmədovun istedadından, bacarığından lazımi səviyyədə istifadə olunarsa, o halda udan yalnız və yalnız xalqımız, bütövlükdə dövlətimiz olacaq.
2-09-2025, 18:50
Lənkəranın dağ kəndində yanğın
2-09-2025, 17:40
Ərdoğan ABŞ-nin qərarını tənqid edib
2-09-2025, 16:58
Laçın aeroportunda dövlət sərhədindən buraxılış məntəqəsi yaradılacaq
2-09-2025, 16:13
Sabah Sumqayıtın bəzi ərazilərində qaz kəsiləcək
2-09-2025, 15:12
Separatçıların Ermənistanda zühuru: Özünü buraxmış qondarma rejimi kim aktivləşdirir? - ŞƏRH
2-09-2025, 14:04
İlham Əliyev Çinin Tiencin şəhərindən qatarla paytaxt Pekinə səfər edib
2-09-2025, 12:59
Bakıda 36, rayonlarda 38 dərəcə isti olacaq - PROQNOZ
2-09-2025, 12:09
Azərbaycan lideri Vyetnam Prezidentinə məktub ünvanlayıb
2-09-2025, 10:34
Kəlbəcər: Təbiətin səssiz nəğməsi - VİDEO
2-09-2025, 09:57
Azərbaycan neftinin qiyməti 70 dolları ötüb
2-09-2025, 09:23
Salyan rayonunun bəzi ərazilərinin qaz təchizatı dayandırılacaq
2-09-2025, 08:30
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
1-09-2025, 19:01
Çoxvektorlu xarici siyasətin uğuru - ŞƏT-Azərbaycan strateji tərəfdaşlığı - ŞƏRH
1-09-2025, 18:22
Paşinyan: Ermənistan Vaşinqtonda Azərbaycanla əldə edilmiş razılaşmalara sadiqdir
1-09-2025, 17:48
Başsağlığı
1-09-2025, 17:23
Etibarsız sayılsın! ATƏT-in Minsk qrupu tarixin arxivinə göndərildi – ŞƏRH
1-09-2025, 16:37
Ərdoğan və Pezeşkian Çində görüşüb
1-09-2025, 16:34
Çinin Tiencin şəhərində "ŞƏT plyus" formatında görüş keçirilib, Prezident İlham Əliyev tədbirdə çıxış edib - YENİLƏNİB
1-09-2025, 06:14
Ukraynada sabiq spikerin qətlində şübhəli bilinən şəxs saxlanılıb
30-08-2025, 16:30
Prezident Çinə getdi
30-08-2025, 15:58
Leyla Əliyeva və Arzu Əliyeva Milli Onkologiya Mərkəzində olublar - FOTO
30-08-2025, 15:21
Taksilərin qiyməti artıb?
30-08-2025, 14:26
İranda Mossada bağlılıqda şübhəli bilinən 8 nəfər həbs edilib
30-08-2025, 13:08
Sabah 38 dərəcə isti olacaq
30-08-2025, 12:20
Bakı-Ağdam qatarına biletlər 3 gün ərzində satılıb
30-08-2025, 11:36
Qriqoryan İranda Laricani ilə görüşdü
30-08-2025, 10:38
Azərbaycan nefti yenidən bahalaşıb