Teymur Rəcəbovdan Aronyana CAVAB
İdman
Oxunub: 203
18 Eyl 2023 | 21:35
Teymur Rəcəbovdan Aronyana CAVAB


Azərbaycan qrossmeysteri Teymur Rəcəbov hazırda ABŞ-ni təmsil edən erməni şahmatçı Levon Aronyanın təxribatçı açıqlamasına cavab verib.

“Unikal”ın məlumatına görə, Rəcəbov feysbuk səhifəsində yazıb:

“Şahmat strategiya və intellekt dünyasıdır, burada hər bir hərəkət dərin düşüncə və diqqətli təhlil tələb edir. Bu oyunda manipulyasiyaya və yalana yer yoxdur. Bizə dürüstlüyü və ədaləti öyrədir. Qrossmeysterlər yüksək şahmat titullarının sahibləri kimi bu maraqlı oyunun ruhunu qəbul etdilər və təkcə lövhədə deyil, həm də ifadələrində dürüstlük nümayiş etdirməyə borcludurlar. Amma təəssüf ki, bu, erməni şahmatçısı, üçqat olimpiya çempionu Levon Aronyanla bağlı məsələdə belə deyil.

Yadımdadır, 44 günlük İkinci Qarabağ Müharibəsi zamanı Aronyan yazırdı “əlinə silah götürüb döyüşə getməyə hazırdır”. Təbii ki, Azərbaycana qarşı vuruşmaq üçün.

Bəs riyazi təfəkkürə malik olan Aronyan fikirləşdimi ki, o, bəyanatı ilə əslində Ermənistanın Azərbaycana ərazi iddialarını dəstəkləyib, Xankəndidəki separatçıları ruhlandırıb və bununla da regionda vəziyyətin daha da gərginləşməsinə öz töhfəsini verib?

Şahmat mədəni, dini və siyasi görüşündən asılı olmayaraq dünyanın hər yerindən insanları bir araya gətirir. Bu oyun sülhün və diplomatiyanın simvoluna çevrilib. Hətta Soyuq Müharibə dövründə şahmatçılar sülhün simvolu və vasitəçiləri olublar.

Ermənilərlə azərbaycanlılar əsrlər boyu yan-yana, mehriban qonşuluq şəraitində yaşamış, birgə çalışmış, sevinmiş, kədərlənmişlər. Amma 1990-cı illərdə erməni şovinizmi, separatizmi və “irqi, milli və digər üstünlüklər”lə bağlı ideyaları Azərbaycan vətəndaşları olan qonşularımızın, eləcə də Qarabağ ermənilərinin şüurunu zəbt etdi.

44 günlük İkinci Qarabağ Müharibəsindən sonra isə Azərbaycan Silahlı Qüvvələri 30 ilə yaxındır ki, Ermənistanın işğalı altında olan 7 rayonunu azad etdi və Ermənistanı təslim olmağa, tam məğlubiyyətini etiraf etməyə məcbur etdi. Levon Aronyan susdu.

Azərbaycan əsgərləri yerlə-yeksan olmuş kəndləri, rayon mərkəzlərini, kəndləri və şəhərləri - bütün evlərin, tikililərin xarabalığa çevrildiyini göstərəndə susdu. Aronyan Qafqaz Xirosiması - erməni işğalçılarının yer üzündən sildiyi Ağdam şəhəri haqqında heç nə demədi. Dağıdıllmış və ya tövləyə çevrilmiş məscidlər, ibadət evləri haqqında da susdu. On minlərlə azərbaycanlı vəhşicəsinə işgəncələrə məruz qalıb, öldürülüb. Ermənistanın, erməni işğalçılarının və separatçı quldur dəstələrinin ölkəmizə gətirdiyi saysız-hesabsız müsibətlər haqqında da susdu.
Yox, o, susmaqda israr etdi.

İndi isə söz danışdı.

O, “Facebook” profilində erməni təbliğatı və dezinformasiyalarını sözbəsöz təkrar edərək Azərbaycana qarşı ittihamlar yaydı. O iddia edir ki, Qarabağ erməniləri guya “mühasirədədirlər, onların yeməkləri, dərmanları yoxdur”.

Ağdam-Xankəndi yolu fəaliyyət göstərirsə, keçid məntəqələri işləyirsə, yük hər iki tərəfdən yoxlanılanılırsa, bu necə “blokada”dır? Məhz Azərbaycanın səyi nəticəsində hər iki yol - Ağdam-Xankəndi və Laçın-Xankəndi yolu fəaliyyətə başladı. Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış torpağıdır, onu dünya birliyi, bu yaxınlarda isə Ermənistan tanıyır. Orada yaşayan ermənilər Azərbaycana inteqrasiya etməlidirlər. Ağdam-Xankəndi yolunu bağlamaqdansa, Azərbaycan dövlətinin təklif etdiyi ərzağı qəbul edin.

"İnsanları ayağa qaldıraq. Səssizliyimizlə əsrlər boyu bəşəriyyətin utanacağı bir şeyin baş verməsinə icazə verə bilmərik. Biz baş verənlər barədə danışmalı və bu biabırçı vəziyyəti dəyişdirə biləcək şəxslərlə əlaqə saxlamağa çalışmalıyıq", - Levon Aronyan yazır.

Tamamilə razıyam, Aronyan - gəlin susmayaq, Ermənistanın Xocalıda Azərbaycan xalqına qarşı törətdiyi əsl soyqırımdan danışaq. Günahsız və silahsız insanların qətlə yetirilməsi, qocaların, körpələrin güllələnməsi, hamilə qadınların diri-diri yandırılması, bıçaqlanaraq öldürülməsi, dağıdılan şəhər və kəndlərin, dağıdılmasından, hələ uzun illər ərzində minalanmış ərazilər haqqında danışaq.

Sadəcə səmimi olaq. Qrossmeysterin dürüstlüyü təkcə etik standart deyil, həm də şahmat ictimaiyyəti və bütövlükdə cəmiyyət tərəfindən hörmət və etibarın açarıdır. Hər bir yalançı bəyanat şahmatçının etibarını sarsıdır və bütün şahmat dünyasının reputasiyasına xələl gətirir.

Unutmaq olmaz ki, qrossmeysterlər öz söz və hərəkətlərinə görə məsuliyyət daşıyırlar və yüksək dürüstlük standartına riayət etməlidirlər”.
Bugün, 11:30
Ordudan yeni tərxis olunan gəncin meyiti tapıldı - FOTO
Bugün, 11:00
Qonşu ölkədə şagirdlərin telefonlarına nəzarət gücləndi: Xüsusi SIM-kartlar tətbiq olunacaq
Bugün, 10:30
Bakıda TƏHLÜKƏ: 100 ildən çox yaşı olan qamış bina hər an uça bilər
Bugün, 10:00
“Titanik” sərnişininin xilasedici jileti bu qiymətə satılıb
Bugün, 09:30
Zibil təmizlənməsinə görə mükafat: Avropa paytaxtında yeni təşəbbüs
Bugün, 09:00
Niyə bəzi insanlar yaşlandıqca daha mehriban, digərləri isə sərt olur?
18-04-2026, 18:00
Bu ölkədə turist daşıyan eşşəklərə limit tətbiq edildi
18-04-2026, 17:30
Yeniyetmələr arasında şiddəti bitirəcək 3 strategiya: zorakılığa meyilli uşaqlar bunları edir
18-04-2026, 17:00
Psixoloq: Gənclər buna görə valideyn olmaq istəmirlər
18-04-2026, 16:30
Həmin təcili yardım maşınının sürücüsü - Həbs edildi
18-04-2026, 16:00
Azərbaycanda oğlu məktəbdə söyülən ata belə "qisas" aldı
18-04-2026, 12:00
Azərbaycanda heyvan satışı bazarları ilə bağlı yeni qadağa
18-04-2026, 11:30
Polkovnik-leytenantın oğlunu öldürənə hökm oxundu
18-04-2026, 11:00
Vəfa Şərifova özünə belə haqq qazandırdı: “Camaat 100 ev yıxıb, mən 1 ev yıxmışam”
18-04-2026, 10:30
Bakının mərkəzində tarixi binaya MÜDAXİLƏ
18-04-2026, 10:00
Şokoladın gizli təhlükələri ortaya çıxdı
18-04-2026, 09:30
Ağrı Dağının kosmosdan görüntüsü yayıldı – "GöyTürk-2B" peyki çəkdi
18-04-2026, 09:00
Başlıbel qətliamından 33 il ötür
17-04-2026, 18:00
Vətəndaş nikahında aliment ödənilir?
17-04-2026, 17:30
“AzEdu Təhsil Analitika Mərkəzi” yaradılır - Təhsildə yenilik
17-04-2026, 17:00
“Bu, mənim üçün ikinci təhqirdir” – Elza Seyidcahan məhkəmə qərarına üsyan etdi
17-04-2026, 16:30
Baş nazirdən hava limanları ilə bağlı QƏRAR
17-04-2026, 16:00
Azərbaycanlılarla ermənilər bir müddət görüşməyəcək
17-04-2026, 12:00
Texnologiyada ŞOK sıçrayış – Ölən insanlarla “danışmaq” mümkün olacaq – VİDEO
17-04-2026, 11:30
Bakının mərkəzində 10-dan çox ağac kəsildi - Araşdırma başladı
17-04-2026, 11:00
Paşinyan konsert verir
17-04-2026, 10:30
Bakı-Quba yolunda yük və minik avtomobilləri toqquşdu - FOTOLAR