Azərbaycan “Lukoil”in obyektlərini alacaq? - AÇIQLAMA
İqtisadiyyat
Oxunub: 95
22 Kas 2025 | 17:00
Azərbaycan “Lukoil”in obyektlərini alacaq? - AÇIQLAMA

ABŞ-nin sanksiyalarından sonra "LukOil" beynəlxalq aktivlərinin satışını elan edib. ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi "LukOil" ilə əməliyyatların dayandırılması üçün müddət dekabrın 13-də başa çatır.

Qeyd edək ki, şirkət 27 xarici ölkədə təmsil olunur. "LukOil”in 34 törəmə şirkəti var. Sanksiyada şirkətlərin hər biri qeyd edilməsə də, qadağaların onlara da şamil ediləcəyi istisna deyil. Ən əsası şirkətlərə dollarla əməliyyat aparmaq qadağan olunur.

Eləcə də ABŞ vətəndaşlarına, bu ölkədə işləyən şirkətlərə "LukOil" ilə hər hansı ticari və hüquqi əlaqələr qadağan edilir. Bu baxımdan, şirkətin Azərbaycandakı bəzi layihələrdən də geri çəkilməsi mümkündür.

"LukOil" on ölkədə, o cümlədən Azərbaycanda kəşfiyyat və hasilat layihələri həyata keçir, “Şahdəniz” yatağının işlənməsində iştirak (19,99%) edir.

hedeftv.az-a açıqlamasında Neft Araşdırmalar Mərkəzinin sədri İlham Şaban sanksiyaların "Lukoil"in hansı layihələrinə tətbiq edildiyindən danışıb:

"Bu sanksiyalar "Lukoil"ə qarşı siyasi səbəbdən tətbiq edilir. Sanksiyalar Rusiya-Ukrayna müharibəsinin bundan sonrakı gedişatına, Moskvanın müharibəni dayandırmasına yönəlmiş addımlardır. İkinci bir tərəfdən sanksiyalar "Lukoil"in o layihələrinə tətbiq edilir ki, nəzarət paketinin, yəni "50%+" səhmə malik olsun. "Şahdəniz"də isə "Lukoil"in səhmi 19,99%-dir. Çox güman ki, danışıqlar yolu ilə bu məsələ həll olunacaq. Vaxtilə İran şirkətinə qarşı Avropa Birliyinin və ABŞ-nin birgə tətbiq etdiyi gücləndirilmiş sanksiyalar özündə bir sıra istisnalar ehtiva edirdi. Bu istisnalardan biri də Şahdəniz layihəsində iştirakla bağlıydı. İndiyə qədər İran şirkəti burada fəaliyyətini davm etdirir. Ancaq o zaman İran şirkətinə vəsaitləri yatırtmağa icazə verilmişdi, amma "Şahdəniz" layihəsindən mənfəət götürülməsinə qadağa qoyulmuşdu. Avropada hesab açılmışdı, o vəsait orada toplanırdı. "Lukoil"lə bağlı məsələ necə olacaq deyə bilmərəm. Hesab edirəm ki, bu danışıqlardan asılıdır".

İ.Şaban vurğulayıb ki, "Lukoil"in obyektləri Azərbaycan tərəfindən alına bilər:

"Lukoil"in Azərbaycanın neft məhsullarını parakəndə bazarında fəaliyyətinə gəldikdə 100% bu şirkətə məxsusdur və onun 87 yanacaqdoldurma məntəqəsi, o cümlədən 1 neft bazası mövcuddur. Bəli, bunlar alına bilər. Burada hər hansı mürəkkəb məsələ yoxdur. Digər yandan, sanksiyaya düşmüş şirkətlər layihələri tərk edirlər. Əsas məsələ odur ki, bazarda fəaliyyət davam etsin. Sadəcə bir şirkətin öz payını satıb bazardan çıxması və ya əksinə bazara daxil olması normal prosesdir. Düzdür, sanksiyalar altında bunun edilməsi heç də normal deyil, çünki alıcı ucuz almağa, satan tərəf isə baha satmağa çalışır. Yenə də sövdələşmə olacaq".
Bugün, 12:00
77 yaşlı Puqaçova əlində əsa ilə
Bugün, 11:30
Bel ağrısı təhlükəlidir
Bugün, 11:00
Ukraynaya kütləvi hücum: insanlar dağıntılar altında
Bugün, 10:30
Orduda dəqiqlik yarışı, sərrast atıcılar seçildi - FOTOLAR
Bugün, 10:00
Kassa çekləri sağlamlıq üçün təhlükəlidir - Professor açıqladı
Bugün, 09:30
ABŞ-da MÜƏMMA: ölən və yoxa çıxan 12 alim
Bugün, 09:00
Everestdə buzlaq çökdü: Yüzlərlə turist baza düşərgəsində qaldı
Dün, 18:00
Dünya iqtisadiyyatı durğunluq dövrünə adlaya bilər - qorxunc proqnoz
Dün, 17:30
Ailə qurmağa stimul: bu səbəbə görə gənclərə pul ödəyəcəklər
Dün, 17:00
Ötən gün dövlət xidmətinin rüşvətə görə saxlanılan vəzifəli şəxslərinin TAM SİYAHISI
Dün, 16:30
Azərbaycana məxsus 5 gəmi Avropa İttifaqının sanksiya siyahısından çıxarılıb
Dün, 16:00
İran müharibəsi Böyük Britaniya və Hindistanda dərmanları bahalaşdırdı
Dün, 12:00
Qırıcılarla dolu olan gəmi Yaxın Şərqə çatıb
Dün, 11:30
Azərbaycan güləşçisi bürünc medal qazanıb
Dün, 11:00
Bakı Bulvarında Caz və Şərab Festivalı başlayır
Dün, 10:30
"Son zəng" tədbirləri üçün tələblər qoyuldu
Dün, 10:00
110 illik tarixdə bir ilk: Məşhur şirkət 70 iş yerini bağlayır
Dün, 09:30
Sahil Babayev yenidən seçildi
Dün, 09:00
Xəstəxanada həkimlərə bıçaqlı hücum olub
23-04-2026, 18:00
Tramp nüvə kodlarını istədi, general “yox” dedi
23-04-2026, 17:30
SOS: Bu toyuqlar İNFEKSİYA mənbəyidir– Necə TANIMALI?
23-04-2026, 17:00
"Smart kart tipli" qaz sayğacları dəyişdiriləcək
23-04-2026, 16:30
İran 5 ölkəyə xəbərdarlıq etdi
23-04-2026, 16:00
Avropada tarixi rekord: Miqrantların sayı 64 milyonu keçdi
23-04-2026, 12:00
Köhnə telefonlar birdən bahalaşdı- Niyə kütləvi şəkildə alınır?
23-04-2026, 11:30
Məhkəmə ahıl qadına qarşı təcavüzdə ittiham olunan gənci həbs etdi
23-04-2026, 11:00
10 gün dərs olmayacaq - Tarixlər