AZƏRBAYCANIN QÜDRƏTLİ LİDERİNİN YENİ YAŞINI T Ə B R İ K E D İ R İ K
Möhtərəm Prezident! Bu gün yaşadığımız bu tarixi qələbə, ilk öncə Sizin bu illər ərzində əvəzolunmaz fəaliyyətinizin, Azərbaycanın Sizin sayənizdə qazandığı siyasi və iqtisadi uğurların bünövrəsində qurulmuşdur. Siz Yeni Azərbaycan tarixinin müəllifisiniz. Biz Sizinlə fəxr edirik, qürur duyuruq! Xoşbəxtik ki, Sizin kimi yenilməz və əvəzsiz Prezidentimiz var, Siz bizim əbədi Prezidentimizsiniz!
Bu qələbə Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarixi hadisə ilə son bir neçə yüz il ərzində ilk dəfə olaraq Azərbaycan işğal olunmuş torpaqlarını özünə qaytardı, bununla da ərazi bütövlüyünü təmin etdi. Və Sizin adınız bu qələbə tarixinin ən gözəl səhifəsində qızıl hərflərlə yazılıb.
Şanlı Vətən müharibəsində, İkinci Qarabağ savaşında qazandığımız bu tarixi qələbədə əlbəttə ki, Azərbaycan Ordusunun, Silahlı Qüvvələrimizin bütün komandir heyətinin, əsgər və zabitlərinin, Azərbaycan hərbçilərinin misilsiz rolu vardır. Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusu yüksək peşəkarlıq, məharət və fədakarlıq nümayiş etdirərək müasir hərb tariximizin ən şanlı qələbələrini qazandı və XXI əsrin yeni müharibə modelini bütün dünyaya təqdim etdi. Müqəddəs Azərbaycan torpağını Vətən edən bütün qəhrəmanlarımızın, şəhidlərimizin, qazilərimizin, ön və arxa cəbhədə fədakarlıqla bu işə töhfə verən Azərbaycan hərbçilərinin, onların valideynlərinin, ailə üzvlərinin, xüsusilə bütün şəhid analarının qarşısında baş əyirik. Bu qələbə sevincini bizə yaşatdıqlarına görə Ali Baş Komandanımıza və Azərbaycan əsgərinə, bu şanlı tarixi qanı, canı ilə yazan şəhidlərimizə borcluyuq. Azərbaycan şəhidlərinin hər birinin əziz xatirəsini daim yaşadacaq və uca tutacaqdır. Bu qədər qısa müddət ərzində yeni əsrin yeni hərb nümunəsini yaradan, mənfur düşmənin illərlə qurduğu, möhkəmləndirdiyi istehkamları, saysız-hesabsız hərbi texnikasını məhv edən və Qarabağı azad edən Azərbaycan Ordusunun müzəffər Ali Baş Komandanı İlham Əliyevin bu möhtəşəm hərbi qələbəsi hələ uzun illər hərbi ekspertlər, tarixçilər, siyasətçilər və s. tərəfindən araşdırılacaq, öyrəniləcək və zəfərlə nəticələnən uğurlu müharibə dastanına çevriləcəkdir.
44 günlük Vətən müharibəsində qələbə qazanmağımızda Prezident, Ali Baş Komandan İlham Əliyevin məxsusi rolu xüsusi vurğulanmalıdır. Məhz onun böyük təşkilatçılıq qabiliyyəti, strateji düşüncə tərzi, dünya liderləri arasında xüsusi mövqe qazanmasına səbəb olmuş yüksək intellekti, Vətənimizə böyük uğurlar qazandıran dövlətçilik və idarəçilik məharəti, həmçinin son hadisələrin də təsdiq etdiyi kimi ən müasir tələblərə cavab verən sərkərdəlik məharəti bu Qələbənin əldə olunmasında mühüm rol oynadı. Azərbaycan Prezidenti yalnız bir sərkərdə kimi müharibəyə rəhbərlik etmədi, o, həm də mahir diplomat olaraq dünyanın nüfuzlu dövlətləri qarşısında ölkəmizin beynəlxalq nüfuzunu qorudu və daha da artırdı. Azərbaycan Prezidenti özünün yüksək intellekti, dünyagörüşü, beynəlxalq siyasəti, qanunvericiliyi və diplomatiyanı yüksək səviyyədə bilməsi ilə bu jurnalistləri mat qoydu. Bununla yanaşı, bir çox təxribatçı sualları cavablandırarkən həmin jurnalistlərə onların ölkəsinin tarixini, həmin ölkələrdə həyata keçirilən daxili siyasəti hətta onların özündən yaxşı bildiyini də göstərdi. Dövlətimizin başçısının bu müsahibələri həm də Azərbaycanı yaxından tanımayanlarda ölkəmiz haqda obyektiv fikir formalaşdırdı, onların ölkəmizə münasibətini köklü şəkildə dəyişdi.
Beləliklə, 30 ilə yaxın bir müddətdə Azərbaycan xalqının qəlbindən ağır daş kimi asılan torpaq həsrətinə son qoyulması, işğal altında olan ərazilərin azad edilməsi uğrunda 44 gün davam edən Vətən müharibəsi məhz görkəmli sərkərdə və dövlətimizn başçısı İlham Əliyevin gərgin və yorulmaz əməyi, vaxtında yaradılmış güclü iqtisadiyyat, dünyanın aparıcı ölkələri ilə bərabər səviyyədə həyata keçirilmiş ordu quruculuğu, Azərbaycana münasibəti köklü şəkildə dəyişmiş beynəlxalq siyasət və özünü dəmir yumruq kimi göstərmiş xalq-iqtidar birliyi əsasında Qələbə ilə başa çatdı.
Biz əminik ki, qüdrətli və yenilməz Azərbaycan dövləti ərazi bütövlüyünü tam bərpa edərək tarixi torpaqlarında üçrəngli bayrağını ucaltdıqdan sonra bu möhtəşəm tarixi Qələbə ilə daha da güclənəcək və sürətlə inkişaf edəcək.Ali Baş Komandanımız, möhtərəm Prezidentimiz cənab İlham Əliyev! Sizi 64-cü doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Azərbaycan xalqı Sizin ətrafınızda sıx birləşərək daha böyük nailiyyətlərə imza atacaq, parlaq gələcəyə və xoş sabahlara doğru inamla irəliləyəcək.

Əsgərov Adil Hüseyn oğlu, Tovuz şəhəri Aleksandr Puşkin adına tam orta ümumtəhsil məktəblərinin direktoru.
Bugün, 16:30
Müzəffər liderliyin zəfər salnaməsi: Prezident İlham Əliyevin dövlətçilik yolu
Bugün, 16:00
Tanrıverdi Tanrıverdiyev həbsdə öldü
Bugün, 15:30
Dünya miqyasında nüfuz qazanmış siyasi lider
Bugün, 15:00
Müstəqil Azərbaycanın güclü Prezidenti
Bugün, 14:30
Bakıda uşaq bağçasında yanğın
Bugün, 14:00
Lerikdə məktəb YANDI
Bugün, 13:30
Medvedev İlham Əliyevi təbrik etdi
Bugün, 13:00
Azərbaycanda kran istehsal olunacaq
Bugün, 12:30
Ata Abdullayev də amnistiyaya düşür - Hüquq müdafiəçisi təsdiqlədi
Bugün, 12:00
AZƏRBAYCANIN QÜDRƏTLİ LİDERİNİN YENİ YAŞINI T Ə B R İ K E D İ R İ K
Dün, 18:00
Ağdamda 10 milyon manata binalar tikiləcək
Dün, 17:30
Bakıdan bu rayona gəmi ilə gedə biləcəyik
Dün, 17:00
Sabiq səfirin adı yarım milyonluq dələduzluq işində
Dün, 16:30
Meşədə üzərinə ağac düşən şəxs öldü
Dün, 16:00
2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan edildi
Dün, 15:30
Bu toyuqları almayın! - Xəbərdarlıq
Dün, 15:00
Brüssel mənzərəsi: Fermerlərin etirazla küçəyə tökdüyü kartofları sakinlər yığıb apardı - VİDEO
Dün, 11:00
Səudiyyə Ərəbistanı səhrasına qar yağıb - Foto
Dün, 10:30
Röyanın eks əri məhkəməyə verildi - alimenti ödəmir
Dün, 10:00
Mingəçevirdə kişi bıçaqlandı
Dün, 09:30
Səhiyyə Nazirliyi əhaliyə müraciət etdi
Dün, 09:00
Bu gün məhkumlar ailələrinə qovuşacaq - Amnistiya başladı
20-12-2025, 18:00
Dəhşətli təhlükə: atom silahı illər sonra ilk dəfə açıq şəkildə “çıxış yolu” kimi
20-12-2025, 17:30
Ukrayna cəbhəsindən acı xəbərlər: 4 həmyerlimiz öldü, 2-si itkin düşdü
20-12-2025, 17:00
Qarabağda işçiləri qanunsuz çalışdıran şirkət CƏRİMƏLƏNDİ
20-12-2025, 16:30
Sumqayıtda 17 yaşlı qız, Bakıda 33 yaşlı kişi binadan yıxılıb öldülər
20-12-2025, 16:00
Bakıda obyektin qarşısındakı özəl parkinq müzakirə yaratdı - FOTO