Cavabdehlərin təyinatı: Bakı "dona" bilər
Sosial
Oxunub: 98
27 Kas 2025 | 14:30
Cavabdehlərin təyinatı: Bakı "dona" bilər

Məlum olduğu kimi, qış mövsümünə hazırlıqla bağlı Bakının rayonlarında təsdiq edilmiş tədbirlər planlarına uyğun mövsümə və xüsusilə qarlı havalara hazırlıq tədbirləri başa çatıb.

Hazırda şəhərin və rayon kommunal xidmətlərinin xüsusi təyinatlı texnikaları hazır vəziyyətə gətirilib, əlavə tədbirlər görülüb. Görülən işlərə nəzarət məqsədi ilə BŞİH hər bir rayona cavabdeh şəxs təyin edib.

Bu il Bakıda qış mövsümünün əvvəlki illərlə müqayisədə daha sərt keçəcəyi ilə bağlı fikirlər səslənir.

Maraqlıdır, havaların kəskin soyuması və intensiv yağıntı ehtimalı varmı?

Ekoloq Ənvər Əliyev Ölkə.az-a açıqlamasında bildirib ki, bu il anomal payız ayları keçdi:

"Artıq qışa da bir şey qalmayıb, sayı günlər qalıb. Vaxt olub ki, həqiqətən də belə payız ayları olub. Bizim tələbəlik dövründə sentyabrın axırından oktyabrın ortasına qədər “plyaj mövsümü” olan vaxtlar olub. Sonra həddindən artıq ağacların hətta çiçəklənməsi məsələsi də olub. Daimi olmasa da, bu cür havalara tək-tək hallarda rast gəlinib.

O vaxt həm yaşlılar deyirdi, həm də biz çoxillik rəqəmlərə baxırdıq. Qışın sərt keçəcəyi haqqında sanki bir qanunauyğunluq var idi. Biz orta məktəbdə oxuyurduq. Belə hava olanda yaşlılar deyirdilər ki, payızın belə keçməsi yaxşıdır. Çünki çoxlu yaşıl ot kütləsi əmələ gəlir, bu da heyvanlar üçün faydalıdır. Onlar bu otları çox yeyir və çəkilərini artırırlar ki, qışdan normal çıxsınlar. Amma bunun bir “işarəsi” də var idi, deyirdilər ki, qış sərt keçəcək. Qış öz sərtliyini göstərəcək. Yaşlıların dedikləri hamısı təbii qanunlara əsaslanırdı, onlar sinoptik deyildilər. İndi isə vəziyyət təkrarlanıb".

Ekoloq qeyd edib ki, indi qışın sərt keçməsini proqnozlaşdıranlar da var, ona görə də ehtiyat tədbirləri görülür:

"Bu, bir tərəfdən qışın sərt keçməsinin çoxillik qanunauyğunluqlardan bir əlamətdir. Bakı şəhəri bilirsiniz ki, nəqliyyat baxımından, insanların gediş-gəlişində, işlərində və digər məsələlərdə artıq çətin vəziyyətdədir. Bu problemlər onsuz da adi günlərdə çətindir. İndi qış bir az çətin keçsə, görün Bakıda vəziyyət necə olacaq. Şəhər “donacaq”.

Ona görə də yaxşı olar ki, lazımi qaydada tədarük görülsün. Heç kəs deyə bilməz ki, qış əla keçəcək, heç kəs də deyə bilməz ki, çox sərt keçəcək. İqlimi bir həftə, beş gün qabaqdan yalnız təxmini proqnozlaşdırırıq, aylarla əvvəl isə uzağa getmək mümkün deyil. Proqnozları, daha doğrusu ilin uzunmüddətli proqnozlarını yalnız təbii qanuna və çoxillik rəqəmlərə baxaraq vermək olar. Bu da bəzən özünü doğruldur. Ona görə də mən belə başa düşürəm ki, hər halda tədarükün görülməsi çox yaxşı haldır. Hətta adi qış keçsə belə insanların çətinliyi azalsın. Əhali onsuz da adi hallarda da çətinlik çəkir və müəyyən problemləri olur".
Bugün, 12:00
Görkəmli oftalmoloq Zərifə Əliyevanın doğum günüdür
Bugün, 11:30
Ucuz işçi xəyalı puç oldu: Süni intellekt baha başa gəlir
Bugün, 11:00
"Space" TV-də daha iki verilişin yayımı dayandırılıb
Bugün, 10:30
Bu telefonlarda "WhatsApp" işləməyəcək — SİYAHI
Bugün, 10:00
BMT-nin humanitar yardım daşıyan yük maşınına hücum etdilər
Bugün, 09:30
Həyət evində yaşanların nəzərinə! — 600 manat cəriməsi var
Bugün, 09:00
İsrail prezidenti Türkiyə səmasını keçə bilmədi
Dün, 18:00
İsrail süni intellekt cavablarını dəyişmək istəyir – milyonluq layihə
Dün, 17:30
"Artıq bəylə gəlin "Vağzalı" istəmir"
Dün, 17:00
Sabiq icra başçısı vəfat etdi — FOTO
Dün, 16:30
"Sanki hər kəs "necə qəliz sual hazırlaya bilərəm?" yarışına girir" - İmtahanlar niyə çətinləşdirilir?
Dün, 16:00
Restoranların "vaxt limiti" oyunu: Müştərini məcburi sifarişə vadar etmək qanunidirmi?
Dün, 13:00
Əməkdar artist vəfat etdi
Dün, 12:30
İmtahandan qayıdan şagirdlər qəzaya düşdü
Dün, 12:00
Bu ölkədə qadın qatilləri ömürlük HƏBS EDİLƏCƏK
Dün, 11:30
Yaşayış binalarında kombi qadağandır - Nə ilə əvəzlənəcək?
Dün, 11:00
Süd BAHALAŞACAQ
Dün, 10:30
Rusiya ordusunda dəhşət: hərbçilər kannibalizmə əl atıblar
Dün, 10:00
Goranboyda yeniyetməni cərəyanı vuraraq öldürdü
Dün, 09:30
Putin Rusiyada Əraqçi ilə görüşəcək
Dün, 09:00
"Qarabağ" "Neftçi"ni məğlub edib
25-04-2026, 17:30
Universitet müəllimi azərbaycanlı tələbənin qızını təhqir etdi
25-04-2026, 17:00
Banka borcu olanlara BƏD xəbər - Bundan sonra...
25-04-2026, 16:30
Yüz minlərlə evin gecikən “kupça”sı – tək çıxış YOLU
25-04-2026, 16:00
Azərbaycanda ət tapılmayacaq? - qiymətlət niyə bahalaşır – gizli səbəblər üzə çıxır
25-04-2026, 12:00
77 yaşlı Puqaçova əlində əsa ilə
25-04-2026, 11:30
Bel ağrısı təhlükəlidir