NATO Rusiya ilə savaşın vaxtını daha önə çəkdi: ABŞ Rusiya ilə yanaşı, onun müttəfiqlərini də “vuracaq”

Dünya 2026-2028-ci illər arasında yeni “geopolitik tektonik dəyişikliklərə” hazır olmaq məcburiyyətində qalıb… Çünki ABŞ Rusiya əleyhinə “qlobal sanksiya bloku”nu artıq formalaşdırmaq üzrədir və bu, hərbi qütbləşmə yaradır…
"Yeni Müsavat" xəbər verir ki, son vaxtlar ABŞ prezidenti Donald Trampın Rusiyaya qarşı sanksiya ultimatumları və NATO-nun qlobal müharibə qorxusu kollektiv Qərb daxilində ziddiyyətləri nisbətən arxa plana keçirtməyə başlayıb. Bu baxımdan, qlobal güc balansının 2025-ci ilin sonuna doğru nəzərəçarpacaq dərəcədə dəyişməkdə olduğu da müşahidə edilir. Belə ki, ABŞ-ın sərtləşən siyasi xətti, Avropa ölkələrinin addım-addım militarizasiyası və Rusiya-Qərb qarşıdurmasının təhlükəli həddə yaxınlaşması yeni geopolitik reallıqlar formalaşdırır. Xüsusilə də, president Donald Trampın hakimiyyətə dönüşündən sonra ABŞ-ın geostrateji davranışları yalnız regional deyil, qlobal müstəvidə də ciddi təlatümlərə səbəb olur.
Onu da qeyd etmək lazımdır ki, hazırda həm ABŞ, həm Avropa, həm də Rusiya rəsmilərinin açıqlamaları qarşıdurmanın kəskinləşdiyini, kompromis “pəncərə”sinin daraldığını, qlobal güclərin yeni oyun qaydaları müəyyənləşdirməyə çalışdığını göstərir. ABŞ-ın “qlobal sanksiya doktrinası” indi dünya ölkələrinə Rusiya ilə əlaqələrin kəsilməsi üçün təzyiq göstərilməsi üzərində qurulub. ABŞ prezidenti Donald Trampın son bəyanatı kollektiv Qərbin Rusiya ilə mübarizəsində artıq yeni mərhələnin başlanğıcını simvolizə edir. Onun sözlərinə görə, respublikaçılar elə bir qanun layihəsi hazırlayırlar ki, Rusiya ilə biznes əlaqəsi olan istənilən ölkə ABŞ-ın ağır sanksiyalarına məruz qalacaq.
Maraqlıdır ki, Ağ Ev sahibi bunu açıq şəkildə “mənim dəstəklədiyim çox sərt qanun” adlandırır və İrana qarşı sanksiyaların da həmin paketə daxil edilə biləcəyini vurğulayır. Prezident Donald Trampın bu ultimatumunun geopolitik mahiyyəti üç istiqamət üzrə böyük önəm daşıyır. Birincisi, ABŞ Rusiya ilə biznes əlaqələrini bəhanə edərək, Çin, Hindistan və Körfəz ölkələri kimi güclü iqtisadi aktorları hədəf ala bilər.
Digər tərəfdən, Ağ Ev bütün qlobal tərəfdaşlarından Rusiyaya münasibətdə “geopolitik seçim” tələb etmək niyyətindədir və bu, o deməkdir ki, artıq neytrallıq dövrü sona çatır. Nəhayət, ABŞ-ın yeni sanksiya doktrinası Qərb-Rusiya qarşıdurmasını bütün dünya miqyasında daha amansız bloklaşma mərhələsinə keçirə bilər. Və bu, artıq sadəcə, Ukrayna savaşının nəticəsi deyil, həm də yeni dünya düzəninin formalaşdırılması cəhdidir.
Məsələ ondadır ki, son vaxtlar NATO-Rusiya müharibəsi ilə bağlı ehtimallar da daha kəskin qlobal qütbləşmənin stimulverici faktorları kimi dəyərləndirilir. Belə ki, Almaniyanın müdafiə naziri Boris Pistoriusun NATO ilə Rusiya arasında müharibənin 2029-2030-cu illərdə deyil, daha tez - 2028-ci ildə başlaya biləcəyini bəyan etməsi Avropada şok effekti yaradıb. O, hətta “bəziləri artıq son dinc yayımızı keçirdiyimizi düşünürlər” deyərək, Qərbdə savaş xofunu daha da dərinləşdirən xəbərdarlıqla da diqqəti çəkib.
Böyük ehtimalla yaxın vaxtlarda savaş məzmunu daşıyan belə xəbərdarlıq mesajlarının sayı daha da arta bilər. Çünki Rusiya ilə müharibə ehtimalı Avropa ölkələrini öz hərbi büdcələrini artırmaq, silahlanma proqramlarını sürətləndirmək məcburiyyətində buraxıb. NATO-nun hər ehtimala qarşı Rusiyanın qərb sərhədlərinə əlavə qoşun kontingentləri yerləşdirməsi də inkaredilməz reallıqdır. Və Rusiya-Ukrayna savaşının uzanması, münaqişənin dayandırılmaq əvəzinə genişlənməsi Avropada yeni hərbi risklər kimi qəbul olunur.
Təbii ki, Qərb siyasətçilərinin savaş açıqlamaları Rusiya hakim dairələrinə qarşı tərəfi ittiham etmək bəhanəsi qazandırır. Belə ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarovanın “indi aqressorun kim olduğu tam görünür” açıqlaması Kremlin Avropa dövlətlərini “müharibə xofu” yaratmaqda ittiham etdiyini göstərir. Kremlin digər sözçüsü Dmitri Peskov isə Avropa siyasətçilərinin xəbərdarlıq mesajlarına cavab olaraq, bildirib ki, Rusiyanın NATO ilə hərbi toqquşma niyyəti yoxdur, ancaq “qanuni maraqları qorumaq üçün məcburi tədbirlər görməli olur”. Və bu, Rusiyanın faktiki olaraq, belə bir müharibənin mümkünlüyünü istisna etmədiyini, ancaq məsuliyyəti elə əvvəlcədən Qərbin üzərinə atmağa çalışdığını göstərir.
Maraqlıdır ki, savaş xofunun təsiri altında olan Avropa Birliyi hazırda Kremlə qarşı “maliyyə müharibəsi”nə başlayaraq, Rusiyanın aktivlərinin müsadirəsinə yönəlik addımların atılmasına hazırlaşır. Belə ki, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin Avropa Birliyi ölkələrinə göndərdiyi məktub Rusiya ilə qarşıdurmanın maliyyə cəbhəsində yeni mərhələ açır. Avropa Birliyi ilk dəfə olaraq, rəsmi şəkildə Rusiya dövlət aktivlərinin müsadirəsini müzakirəyə çıxarır. Və bu, Qərbin hüquqi sistemində ən ağır maliyyə tədbiridir, üstəlik, de-fakto Rusiyaya qarşı “iqtisadi müharibə” deməkdir.
Digər tərəfdən, Avropa Birliyinin Ukraynanın 2026-2027-ci illər üçün 70 milyard avrodan çox vəsaitə ehtiyacı olduğu barədə açıqlaması bu qurumun özünü Rusiyaya qarşı müharibədə “uzunmüddətli sponsor” kimi apardığını təsdiqləyir. Bu addım Kremlin cavab ssenarilərini kəskinləşdirə, xüsusilə də, aktivlərin müsadirəsi Rusiya tərəfindən “müharibə aktı” kimi qəbul edilə bilər. Və bütün bunlar Rusiya ilə Avropa ölkələri arasında hərbi-siyasi gərginliyin nəzarətdən çıxma mərhələsinə yaxınlaşdığını göstərir.
Nəhayət, Fransa və Ukrayna prezidentlərinin “tarixi sənəd” imzalaması Qərbin Ukraynaya yeni təhlükəsizlik modelini diktə etdiyini biruzə verir. Rəsmi Kiyevin Fransadan 100 ədəd “Rafale” qırıcı təyyarəsi almağa hazırlaşması Ukrayna hərbi hava qüvvələrinin NATO standartlarına uyğunlaşdırılma prosesinin artıq başlandığını təsdiqləyir. Üstəlik, Fransa Ukraynanı strateji aviasiya ilə təchiz edən əsas dövlətə çevrilir. Və bu, həm də Fransanın Ukraynaya “təhlükəsizlik zəmanəti” verməyə hazır olduğunu sezdirən mesajdır.
Göründüyü kimi, dünya 2026-2028-ci illər arasında yeni geopolitik tektonik dəyişikliklərə hazır olmaq məcburiyyətində qalıb. Çünki ABŞ Rusiya əleyhinə qlobal sanksiya blokunu artıq formalaşdırmaq üzrədir. Avropa Birliyi isə Kremlə qarşı “maliyyə müharibəsi”nə start verib. NATO rəhbərliyi Rusiya ilə müharibə ehtimalını qətiyyən istisna etmir. Və bu proseslərin kəsişməsi 2028-ci ilin birmənalı şəkildə həlledici geopolitik dövr olacağını göstərir.
Bugün, 11:00
“Uşaq Avroviziyası”nda Azərbaycan özünə səs verə biləcək
Bugün, 10:30
Naxçıvanda da Zəfər Parkı olacaq
Bugün, 10:00
Elçin Quliyev generalın oğluna vəzifə verdi
Bugün, 09:30
Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın əbədi lideri və dövlətçilik məfkurəsinin qurucusu
Bugün, 09:00
Heydər Əliyevin vəfatından 22 il keçir
Dün, 18:00
Azərbaycanda tərk edilmiş uşağı pişik qoruyub- Sensasion hadisə
Dün, 17:30
Ölkədən qaçan gömrük əməkdaşı Xalq şairinin oğlu imiş - FOTO
Dün, 17:00
Sabah Bakıda bəzi küçə və prospektlər BAĞLANIR
Dün, 16:30
Ulu Öndər Heydər Əliyev - Milli dirçəlişin və müstəqil dövlətçilik yolunun banisi
Dün, 16:00
Azərbaycanlı və erməni deputatlarının görüşü hər an baş tuta bilər
Dün, 15:30
Gömrük Komitəsinin saxlanılan əməkdaşları 6-ya ÇATDI
Dün, 11:00
12 dekabr – Ulu Öndər Heydər Əliyevin anım günü: Dövlətçilik məfkurəsinin əbədi yaşarı
Dün, 10:30
12 dekabr – Ulu Öndər Heydər Əliyevin əbədi xatirəsinə dərin hörmət və minnətdarlıq günü
Dün, 10:00
12 dekabr – Ümummilli Lider Heydər Əliyevin Anım Günü: Xalqın yaddaşında əbədi yaşayan böyük şəxsiyyət
Dün, 09:30
Eldar Əzizovun qudası vəfat edib
Dün, 09:00
İlham Əliyev həmkarını təbrik etdi
10-12-2025, 14:30
Ulu Öndər Heydər Əliyev-Azərbaycançılığın əbədi simvolu
10-12-2025, 14:00
Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın əbədi lideri
10-12-2025, 13:30
Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın əbədi lideri və dövlətçilik məfkurəsinin qurucusu
10-12-2025, 13:06
Mərakeşdə iki bina uçub, 19 nəfər ölüb
10-12-2025, 13:00
Ulu Öndər Heydər Əliyev - Milli dirçəlişin və müstəqil dövlətçilik yolunun banisi
10-12-2025, 12:49
Yağışlı hava sabah da davam edəcək - PROQNOZ
10-12-2025, 12:30
Ulu Öndər Heydər Əliyevin anım günü - Dövlətçilik məfkurəsinin əbədi zirvəsi
10-12-2025, 12:06
Vergi sirrini gizli saxlamaq işçinin əsas vəzifəsi sayılacaq
10-12-2025, 12:00
Rayonlara qar yağır - FAKTİKİ HAVA
10-12-2025, 11:31
Əmək Məcəlləsinə 420 dəyişiklik ediləcək
10-12-2025, 11:30
Leyla Əliyeva Türkmənistanda memorandum imzaladı