Bakıda yeni "trend" — Hətta varlılar da bu üsuldan istifadə edir
Gündəm
Oxunub: 0
8 May 2026 | 18:00
Bakıda yeni "trend" — Hətta varlılar da bu üsuldan istifadə edir
Müasir istehlak bazarında davranış modelləri sürətlə dəyişir. İnsanlar artıq yalnız yeni məhsullara üstünlük verməklə kifayətlənmirlər. Qənaət və səmərəlilik amilləri alış qərarlarında daha çox rol oynayır. Rəqəmsal imkanların genişlənməsi seçim imkanlarını artırır. Bu dəyişikliklər bazarın ümumi strukturuna da təsir göstərir.

Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli hedeftv.az-a bildirib ki, burada həm qənaət strategiyası, həm də iqtisadi məcburiyyət amili mövcuddur:

"Hamı bilir ki, yeni məhsul almaq, onun ilk istifadəçisi olmaq daha üstün və daha premium seçim sayılır. Lakin bu məsələni yalnız məcburiyyətlə izah etmək də düzgün deyil. Əvvəllər ikinci əl məhsullara əsasən gəliri aşağı olan təbəqə müraciət edirdisə, bu gün orta və hətta nisbətən yüksək gəlirli insanlar da rasional seçim etdikləri üçün ikinci əl məhsullara üz tuturlar.

İkinci əl məhsullar deyildikdə adətən yalnız geyim nəzərdə tutulur, lakin bu anlayış daha genişdir. Buraya avtomobillər, mebellər və elektronika məhsulları da daxildir. Xüsusilə avtomobil bazarında ikinci əl satışlar çox geniş yayılıb. Eyni vəziyyət mebel və elektronika üçün də keçərlidir. Bu məhsulları artıq orta gəlirli insanlar da aktiv şəkildə alırlar. Bu səbəbdən məsələni yalnız iqtisadi məcburiyyətlə izah etmək kifayət deyil. İstehlakçı davranışında rasionallıq da mühüm rol oynayır. Sərfəli alternativlərin mövcudluğu və qiymət müqayisəsi qərarverməyə birbaşa təsir göstərir".

O deyib ki, alıcı davranışında da dəyişiklik müşahidə olunur:

"Impulsiv alışlardan planlı alışlara keçid baş verir. Eyni zamanda status amilləri ikinci plana keçir. Digər tərəfdən, ikinci əl məhsul bazarına çıxış da asanlaşıb. Əvvəllər insanlar bu məhsulları fiziki məkanlardan alırdılarsa, indi rəqəmsal platformalar vasitəsilə rahat şəkildə əldə edə bilirlər. Məsələn, müxtəlif onlayn elan saytları bu bazarın genişlənməsinə şərait yaradır.

Bu proses ikinci əl bazarını daha da böyüdür. Burada yalnız iqtisadi məcburiyyət və gəlir azalması deyil, həm də istehlakçı davranışında rasionallığın artması mühüm rol oynayır. Bununla belə, bu tendensiya diqqətlə izlənməlidir. Çünki ikinci əl məhsullara yönəlmə bəzən əhalinin alıcılıq qabiliyyətindəki azalmanın da göstəricisi ola bilər. Alıcılıq qabiliyyəti azaldıqda insanlar daha çox qənaət yönümlü və rasional seçimlərə üstünlük verirlər. Bu model özlüyündə mənfi deyil, lakin iqtisadi vəziyyətlə bağlı siqnal kimi də qiymətləndirilməlidir", - deyə iqtisadçı qeyd edib.

İqtisadçı qeyd edib ki, alıcılar artıq anlıq yox, planlı alış-verişə üstünlük verirlər. Rəqəmsal platformaların və onlayn elan saytlarının çoxalması isə bu bazara çıxışı xeyli asanlaşdırıb. Bununla belə, ikinci əl məhsullara yönəlmə həm də əhalinin alıcılıq qabiliyyətinin azalması ilə bağlı mühüm bir iqtisadi siqnal kimi dəyərləndirilməlidir.

Yəni, insanlar artıq "mütləq təzə olsun" prinsipindən uzaqlaşaraq, daha çox ciblərinə qənaət etməyə başlayıblar. İkinci əl maşın, telefon və ya mebel almaq artıq utanılacaq bir hal deyil, ağıllı maliyyə addımı hesab olunur. Lakin bu tendensiya həm də bazarda pulun azaldığını göstərən bir işarədir.
Bugün, 18:00
Bakıda yeni "trend" — Hətta varlılar da bu üsuldan istifadə edir
Bugün, 17:30
Başındakı problemə görə xəstəxanaya gedən uşağı sünnət etdilər — Ailəsi 5500 manat təzminat aldı
Bugün, 17:00
Onlar 100 min manatdan çox cərimələnib
Bugün, 16:30
Azərbaycanda insan alverinə görə tutulanların çoxu qadınlardır
Bugün, 16:00
Azərbaycanda 189 min nəfərə iş verilib
Bugün, 12:00
Bakıda yeni dəmiryol dayanacağı istifadəyə verildi
Bugün, 11:30
"Komedixana" bu obrazla rekord qırdı - "Bığlı gözəl" KİMDİR?
Bugün, 11:00
“Delikanlı” izləyicilərinə pis xəbər
Bugün, 10:30
Yeniyetməni zibil qutusuna atdılar, videoya çəkib yaydılar
Bugün, 10:00
Əməkdar artistin bacısının evi qarət olundu
Bugün, 09:30
İşdən qovulduqdan sonra zəngin olan 10 məşhur
Bugün, 09:00
Rusiya atəşkəs elan edib
Dün, 18:00
Rüstəm Umerov Uitkoffla görüş üçün ABŞ-a gedir
Dün, 17:30
Həkim Adil Qubadov vəfat etdi
Dün, 17:00
Nevroloq telefondan çox istifadənin təhlükələrindən DANIŞDI
Dün, 16:30
Əhaliyə XƏBƏRDARLIQ - Bu gün Yeri maqnit qasırğası VURACAQ
Dün, 16:00
Rusiyadan Latviyaya PUA hücumu: Əhali TƏŞVİŞ İÇİNDƏ - VİDEO
Dün, 12:00
Qələbə Günü Moskvada internet kəsiləcək
Dün, 11:30
Azərbaycan veteranlara Rusiyadan 15 dəfə çox pul ödəyir - MƏBLƏĞLƏR
Dün, 11:00
Bakının mərkəzi küçələrindən biri BAĞLANIR
Dün, 10:30
Şuşadakı "Yuxarı Gövhər ağa" məscidi və Ağdam "Cümə" məscidinə yeni imam müavinləri təyin olunub
Dün, 10:00
Zelenski İlham Əliyevə zəng edib
Dün, 09:30
Orhan Pamukun keçmiş sevgilisindən qalmaqallı AÇIQLAMA
Dün, 09:00
Belə yay OLMAYACAQ - XƏBƏRDARLIQ
6-05-2026, 18:00
Hörmüz boğazında 10 dənizçi ölüb
6-05-2026, 17:30
13 yaşlı məktəblidən qətliam: Ölənlər və yaralılar var
6-05-2026, 17:00
Hacı Vəliyevə hökm oxundu