TƏCİLİ! Böyük təhlükə gəlir – Dünyanın yeni KABUSU… ŞOK DETALLAR

Ukrayna–Rusiya müharibəsinin yaratdığı təhlükələr yeni mərhələyə keçir.
hedeftv.az Türkiyə mediasına istinadən xəbər verir ki, Qara dənizdə vaxtilə nəzarətsiz şəkildə sürüklənən minalardan sonra indi yolunu itirən dronlar region və dünya üçün ciddi riskə çevrilib.
Son günlərdə Qara dəniz üzərindən hava məkanına daxil olan naməlum bir dronun F-16 qırıcıları tərəfindən təhlükəsiz ərazidə zərərsizləşdirilməsi bu təhlükənin real olduğunu bir daha göstərib.
Türkiyənin müdafiə siyasəti üzrə analitiki Turan Oğuz bildirib ki, müharibə zonasında intensiv istifadə olunan dronlar naviqasiya xətaları, elektron müdaxilə və texniki nasazlıqlar səbəbindən nəzarətdən çıxa bilir. Bu isə artıq yalnız müharibədə iştirak edən ölkələri deyil, üçüncü dövlətləri də birbaşa risk altına salır.
6941bdfd992361ecfdf2cad7.jpg (24 KB)
Ekspertin sözlərinə görə, dronlar əsasən üç üsulla idarə olunur: radio tezliyi, fiber-optik kabel və GPS/naviqasiya sistemi vasitəsilə. Radio tezliyi ilə idarə olunan dronlara müdaxilə nisbətən mümkün olsa da, fiber-optik və GPS əsaslı dronları zərərsizləşdirmək xeyli çətindir. Xüsusilə GPS siqnallarına müdaxilə edildikdə və ya peyk əlaqəsi kəsildikdə, dronlar kursdan yayınaraq tamamilə gözlənilməz istiqamətlərə yönələ bilər. Bu zaman “Kiyevə getməli olan dron” Qara dəniz üzərindən keçərək başqa ölkələrin hava məkanına daxil ola bilər.
Analitik qeyd edib ki, Rusiya–Ukrayna müharibəsində tərəflər ayda təxminən 30 minə yaxın dron istifadə edir. Bu qədər intensivlik fonunda başqa istiqamətə yönəlməsi qaçılmazdır. Ən təhlükəli məqam isə bu dronların çox kiçik ölçülü olmasıdır. Radarlar onları bəzən quş və ya əhəmiyyətsiz obyekt kimi qəbul edir, bu da vaxtında aşkarlanmanı çətinləşdirir. Məhz buna görə də belə dronları aşkar etmək və vurmaq olduqca mürəkkəb prosesdir.
Son aylarda Avropada da oxşar hadisələr çaxnaşmaya səbəb olub. Estoniya, Almaniya, İsveç, Norveç və digər ölkələrdə naməlum dronların hava limanları və hərbi bazalar üzərində görünməsi təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə, bəzi hallarda isə uçuşların müvəqqəti dayandırılmasına gətirib çıxarıb. Araşdırmaların əksəriyyətində dronların mənşəyi müəyyən edilə bilməyib.
Mütəxəssislər xəbərdarlıq edir: texnologiyanın sürətli inkişafı fonunda "yolunu azan" dronlar yaxın gələcəkdə qlobal təhlükəsizlik üçün yeni kabus ola bilər. Bu riskə qarşı effektiv və beynəlxalq səviyyədə koordinasiyalı tədbirlər görülmədiyi təqdirdə, oxşar hadisələrin artacağı istisna edilmir.
Bugün, 14:22
"Ayaks" Zinçenkonu saxlayacaqmı? - Dəqiqləşdi
9-05-2026, 18:00
İlham Əliyevlə Mehriban Əliyeva Cəbrayılda kəndin açılışını etdilər
9-05-2026, 17:30
Bu kəndə köçənlərə 88 min manat verəcəklər - FOTO
9-05-2026, 17:00
Talıb Tale Xəzər dənizindəki ilanları çəkib paylaşdı
9-05-2026, 16:30
Tramp: Bu axşam Tehrandan cavab gözləyirəm
9-05-2026, 16:00
Dələduzluq edən "vəkil" həbs olundu
9-05-2026, 12:00
İlham Əliyev xanımı ilə müharibədə həlak olanların xatirəsini anıblar - FOTO
9-05-2026, 11:30
Sabahın hava proqnozu: 28 dərəcə isti
9-05-2026, 11:00
Xüsusi icra məmuru olmaq istəyənlər üçün test imtahanı keçiriləcək
9-05-2026, 10:30
Bakıdakı UFC turnirinin biletləri satışa çıxarılır - TARİX AÇIQLANDI
9-05-2026, 10:00
550 milyonluq sərvətindən övladlarına bir qəpik də miras qoymayacaq
9-05-2026, 09:30
Ərəblər niyə sağdan sola, biz isə soldan sağa yazırıq: Maraqlı faktlar
9-05-2026, 09:00
Faşizm üzərində qələbədən 81 il ötür
8-05-2026, 18:00
Bakıda yeni "trend" — Hətta varlılar da bu üsuldan istifadə edir
8-05-2026, 17:30
Başındakı problemə görə xəstəxanaya gedən uşağı sünnət etdilər — Ailəsi 5500 manat təzminat aldı
8-05-2026, 17:00
Onlar 100 min manatdan çox cərimələnib
8-05-2026, 16:30
Azərbaycanda insan alverinə görə tutulanların çoxu qadınlardır
8-05-2026, 16:00
Azərbaycanda 189 min nəfərə iş verilib
8-05-2026, 12:00
Bakıda yeni dəmiryol dayanacağı istifadəyə verildi
8-05-2026, 11:30
"Komedixana" bu obrazla rekord qırdı - "Bığlı gözəl" KİMDİR?
8-05-2026, 11:00
“Delikanlı” izləyicilərinə pis xəbər
8-05-2026, 10:30
Yeniyetməni zibil qutusuna atdılar, videoya çəkib yaydılar
8-05-2026, 10:00
Əməkdar artistin bacısının evi qarət olundu
8-05-2026, 09:30
İşdən qovulduqdan sonra zəngin olan 10 məşhur
8-05-2026, 09:00
Rusiya atəşkəs elan edib
7-05-2026, 18:00
Rüstəm Umerov Uitkoffla görüş üçün ABŞ-a gedir
7-05-2026, 17:30
Həkim Adil Qubadov vəfat etdi