Ailə quracaq BU gənclərə 19 MİN manat veriləcək
Dünya
Oxunub: 67
16 Ock 2026 | 17:00
Ailə quracaq BU gənclərə 19 MİN manat veriləcək Türkiyədə yeni ailə qurmağa hazırlaşan ehtiyaclı gənclərə dövlət tərəfindən maddi yardım göstərilməsi qərarı verilib. Bu barədə Diyanət İşləri İdarəsi rəsmi məlumat yayıb.

Məlumatda bildirilir ki, yardım proqramından yararlanmaq istəyən 18–35 yaş arası gənclər müvafiq dövlət qurumlarına müraciət etməlidirlər. Müəyyən edilmiş şərtlərə əsasən, müraciət edən şəxslərin aylıq gəliri minimum əməkhaqqından yüksək olmamalıdır. Yardımın məbləği isə 500 min türk lirəsi təşkil edir ki, bu da təxminən 19 min Azərbaycan manatı deməkdir.

Sözsüz ki, bu cür maddi dəstək proqramı təkcə sosial yardım xarakteri daşımır. Eyni zamanda, Türkiyədə evliliyi stimullaşdırmaq, gənclərin ailə qurmaqdan çəkinməsinə səbəb olan iqtisadi çətinlikləri aradan qaldırmaq, gec nikahların sayını azaltmaq və ümumilikdə demoqrafik vəziyyəti yaxşılaşdırmaq məqsədi güdür. Məsələ ondadır ki, son illər artan yaşayış xərcləri, mənzil və məişət problemləri bir çox gəncin ailə qurmaq qərarını təxirə salmasına səbəb olur. Bu baxımdan dövlətin birbaşa maliyyə dəstəyi ailə institutunun möhkəmləndirilməsi istiqamətində atılan ciddi addım kimi dəyərləndirilə bilər.

Bu fonda istər-istəməz sual yaranır: Azərbaycanda da belə bir dəstək proqramının tətbiqi mümkündürmü?

Mövzu ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli Musavat.com-a danışıb.

İqtisadçı təəssüflə bildirib ki, ölkəmizdə bu məsələ ilə bağlı hələlik nə ciddi ictimai müzakirə mövcuddur, nə də konkret bir qanun layihəsi gündəmdədir:

“Halbuki, reallıq göstərir ki, bu sahədə çox ciddi və təxirəsalınmaz ehtiyac var. Son illərin statistik mənzərəsi açıq şəkildə ortaya qoyur ki, evlənənlərin sayı azalır, yeni doğulan uşaqların sayı aşağı düşür, ümumilikdə ailə qurumlarının sayı da getdikcə seyrəlir. Bu isə artıq təkcə sosial deyil, eyni zamanda, demoqrafik və strateji problemə çevrilməkdədir. Məhz buna görə də ailə institutunun qorunması və gücləndirilməsi üçün xüsusi dövlət proqramlarına, məqsədyönlü və davamlı maddi dəstək mexanizmlərinə ehtiyac yaranıb. Təəssüf doğuran məqam ondan ibarətdir ki, hazırda bu istiqamətdə nə sistemli yanaşma var, nə də konkret hüquqi təşəbbüs irəli sürülüb. Hətta yaxın gələcəkdə bu mövzuda ayrıca bir qanunun qəbul ediləcəyini söyləmək də çətindir”.

Ekspertə görə, vəziyyətin dəyişməsi üçün ilk və ən vacib addım geniş müzakirələrin aparılmasıdır:

“Cəmiyyətdə açıq diskussiyalar yaradılmalı, ekspertlər, deputatlar, sosioloqlar və iqtisadçılar bu prosesə cəlb olunmalıdır. Hansı formada maddi yardım proqramlarının tətbiq oluna biləcəyi, bu dəstəyin kimləri əhatə etməli olduğu, dövlət büdcəsinə mümkün təsirləri və uzunmüddətli nəticələri ətraflı şəkildə müzakirə edilməlidir. Yalnız bu cür geniş və əsaslandırılmış müzakirələrdən sonra Azərbaycanda ailə institutunu gücləndirəcək, evliliyi və doğum səviyyəsini təşviq edəcək real və effektiv proqramların hazırlanmasından danışmaq mümkün ola bilər”.

Sosioloq Üzeyir Şəfiyev isə məsələyə daha geniş prizmadan yanaşaraq qeyd edib ki, Türkiyədə bu cür təşəbbüslər yeni deyil:

“2025-ci ilin Türkiyədə “Ailə ili” elan olunması çərçivəsində ailə qurmaq istəyən gənclərin toy xərclərinin bir hissəsi bələdiyyələr və dövlət qurumları tərəfindən qarşılanıb. Bu addımlar demoqrafik təşviq siyasətinin tərkib hissəsi kimi həyata keçirilib və əsas məqsəd təbii artımı stimullaşdırmaq olub.



Türkiyədə gənc ailələr və yeni ailə qurmaq istəyənlər üçün güzəştli kreditlər də verilir. Bu kreditlərin əsas üstünlüyü ondan ibarətdir ki, ailələr ilk dörd il ərzində ödəniş etmir, daha sonra isə faizsiz və güzəştli şərtlərlə bu borcu qaytarmağa başlayırlar. Prezident Rəcəb Tayyib Ərdoğan da dəfələrlə bildirib ki, bu siyasətin əsas məqsədi məhz təbii əhali artımını təmin etməkdir. Baxmayaraq ki, Türkiyənin əhalisi 85 milyona yaxındır, ölkədə demoqrafik ləngimə və əhalinin qocalması kimi ciddi problemlər mövcuddur. Məhz bu səbəbdən dövlət bu mexanizmlərdən demoqrafik siyasətin effektiv aləti kimi istifadə edir”.

Üzeyir Şəfiyev vurğulayıb ki, bu cür praktikalar təkcə Türkiyədə deyil, dünyanın bir çox ölkəsində də tətbiq olunur. Azərbaycana gəldikdə isə sosioloq bildirib ki, ölkəmizdə də artıq bir neçə ildir demoqrafik ləngimə müşahidə olunur:

“Son beş il ərzində Azərbaycan əhalisi təxminən 39 min nəfər azalıb və bu, heç də kiçik rəqəm deyil. Hesablamalar göstərir ki, əgər mövcud tendensiya davam edərsə, on il ərzində əhali artımında ciddi azalma, hətta 60 faizə qədər geriləmə riski yarana bilər. Bu isə demoqrafik təhlükəsizlik baxımından olduqca narahatedici göstəricidir.

Hesab edirəm ki, Azərbaycanda da bu tip layihələrə və ümumilikdə demoqrafik təşviq siyasətinə ciddi ehtiyac var. Belə proqramların tətbiqi tamamilə mümkündür. Hətta daha çevik və təsirli mexanizm kimi çoxuşaqlı ailə statusu 5 uşaqdan 3 uşağa endirilsin. Bu halda hazırda yalnız çoxuşaqlı ailələrə şamil edilən sosial imtiyazlar 3 uşaqlı ailələrə də tətbiq oluna bilər ki, bu da ailələri daha çox uşaq sahibi olmağa təşviq edər.

ABŞ-da Donald Tramp tərəfindən 2026–2028-ci illəri əhatə edən dövr üçün təklif olunan bir qanun layihəsi mövcuddur. Həmin layihəyə əsasən, yeni doğulan uşaqların adına xüsusi hesab açılır və təxminən 1000 dollar məbləğində vəsait həmin hesaba köçürülür. Bu təşəbbüs əsasən aztəminatlı ailələr üçün nəzərdə tutulur. Oxşar praktika Azərbaycanda da tətbiq oluna bilər. Məsələn, məbləğ 1000 dollar olmasa belə, simvolik olaraq 100 manat müəyyənləşdirilə bilər ki, bu da ailələr üçün həm maddi, həm də psixoloji stimul rolunu oynayar”.

Bundan əlavə, sosioloq güzəştli mənzillər fondunun mövcudluğuna da diqqət çəkib. Onun sözlərinə görə, hazırda bu fond gənclərə və gənc ailələrə şamil edilsə də, çox məhdud kateqoriyanı əhatə edir:

“Halbuki, bu proqramın daha geniş miqyasda tətbiqi, daha çox gənc və gənc ailənin bu imkandan yararlanması ailə qurmağa marağı artırar və demoqrafik vəziyyətin yaxşılaşmasına real töhfə verər”.
Dün, 18:00
Milanda Azərbaycan əleyhinə təxribat – “Xeyir-duanı” Paşinyan verib?
Dün, 17:30
“Xatirələr sahilində” filminin nümayişi keçirilib
Dün, 17:00
Kamran Əliyevdən yeni TƏYİNAT
Dün, 16:30
Həyat yoldaşına böyrəyini verib, boşananda isə geri istəyib - FOTO
Dün, 16:00
Müəllimini güllələyən şagird 9 ilə qədər həbs oluna bilər
Dün, 12:00
Gözəllik salonuna qumbara ATDILAR - Yaralananlar var
Dün, 11:30
Təkbaşına müharibəyə gedən qəhrəman – Bu gün Mübariz İbrahimovun doğum günüdür
Dün, 11:00
Müəllimə atəş açan şagird hadisədən əvvəl nə edib? - Yeni təfərrüatlar
Dün, 10:30
Quba sakinlərinin yol problemi: "Dəfələrlə maşınım aşıb, çaya düşmüşəm"
Dün, 10:00
Kasko sığortası olsa da, qəzadan sonra avtomobilini təmir etdirə bilmir
Dün, 09:30
Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalı
Dün, 09:00
Xidmətə başladıqdan 10 gün sonra ölən əsgər vərəm imiş?
6-02-2026, 18:00
Azərbaycanda qədim insan qalığı tapılıb: təhlil Yaponiyada aparılır
6-02-2026, 17:30
Azərbaycanda 5 idarə ləğv olunub
6-02-2026, 17:00
“Temu” şərtlərini dəyişdi - FOTO
6-02-2026, 16:30
Güllələnən müəllim əməliyyatdan çıxdı: Çoxsaylı yad cisimlər...
6-02-2026, 16:00
Sürücü hazırlığı üzrə təhsil haqqı 50 manata endirildi - FOTO
6-02-2026, 12:00
“Uşaqdan silahın növünü niyə soruşursunuz?”
6-02-2026, 11:30
Telefonunu taksidə unutdu, geri ala bilmir - Şirkətdən cavab - VİDEO
6-02-2026, 11:00
Yevlax sakini özünə vurduğu iynədən öldü
6-02-2026, 10:30
Türkiyədəki zəlzələdən 3 il ötür - FOTOLAR
6-02-2026, 10:00
"İdrak" liseyinin təsisçisi və direktoru kimdir? - FOTO
6-02-2026, 09:30
Şagirdin atası və liseyin mühafizəçisi də həbs oluna bilər - AÇIQLAMA
6-02-2026, 09:00
Bakıda 10-cu sinif şagirdi müəllimi GÜLLƏLƏDİ - RƏSMİ AÇIQLAMA
5-02-2026, 18:00
Prezidentin BƏƏ-yə səfəri başa çatdı - FOTOLAR
5-02-2026, 17:30
6 yaşlı uşağa oynadığı yerdə 19 bıçaq zərbəsi vurulub - ŞOK
5-02-2026, 17:00
Bakıda 7 erməniyə 114 il iş kəsildi