Bu ölkə ilk dəfə olaraq süni yumurta YARATDI

ABŞ-nin "Colossal Biosciences" biotexnoloji müəssisəsi sağlam quş balalarının dünyaya gəlməsinə şərait yaradan süni yumurtaların uğurla hazırlandığını bəyan edib.
Şirkət bununla bağlı rəsmi bəyanat yayıb.
Qeyd olunur ki, sözügedən innovasiya sayəsində Texasdakı təsərrüfatların birində artıq 30-dan çox quş böyüdülüb. Bu unikal "inkubasiya platforması"nın ərsəyə gəlməsi təqribən iki il vaxt aparıb. Yaradılmış sistem embrionun inkişaf prosesini təbii bioloji mühitdən kənarda simulyasiya edir ki, bu da heyvandarlıq və quşçuluq sahəsində köklü dəyişikliklərə səbəb ola bilər.
Şirkətin həmtəsisçisi və Baş direktoru Ben Lamm bildirib ki, bu metod daha böyük bir hədəfə - nəsli kəsilmiş canlıların yenidən bərpa olunmasına doğru atılmış mühüm addımdır.
Məlumata görə, "Colossal Biosciences" hazırda təqribən 600 il əvvəl Yeni Zelandiyada kökü kəsilmiş, uçma qabiliyyəti olmayan nəhəng moa quşlarının "dirildilməsi" layihəsini həyata keçirir.
B.Lammın sözlərinə əsasən, moa yumurtasının ölçüsü adi toyuq yumurtasından 80 dəfəyə qədər böyükdür. Bu səbəbdən standart surroqat inkubasiya metodlarından istifadə etmək qeyri-mümkündür. Məhz buna görə də mütəxəssislər süni inkubator mühitinin yaradılmasına xüsusi önəm verirlər.
Şirkət qlobal miqyasda həm də genetik cəhətdən dəyişdirilmiş heyvan modelləri üzərində araşdırmalar aparır. Bunların sırasına qədim yunlu mamontun bioloji xüsusiyyətlərini bərpa etmək məqsədi daşıyan "yunlu siçan" adlı sınaq layihəsi də daxildir.
B.Lamm əlavə edib ki, bu texnologiyanın təməlində "ekzogen inkişaf" konsepsiyası, yəni rüşeymin tam şəkildə ana orqanizmindən kənarda formalaşması üçün lazımi şəraitin təmin edilməsi dayanır. Onun fikrincə, bu innovativ yanaşma yalnız nəsli kəsilmiş heyvanların bərpası üçün deyil, həmçinin hazırda yox olmaq təhlükəsi ilə üzləşən mövcud növlərin qorunması məqsədilə də mühüm alətə çevrilə bilər./redaktor.az/
Bugün, 17:30
İki müharibə Azərbaycanda tikinti bazarını “VURDU”
Bugün, 17:00
Bu gün Bakıda keçirilən WUF13-ə yekun vurulur
Bugün, 16:30
Bu ölkə ilk dəfə olaraq süni yumurta YARATDI
Bugün, 16:00
Öz səhvini əsla qəbul etməyən 4 bürc: hər şeyi başqalarının üzərinə atırlar
Bugün, 12:00
Kilosuı 37 manatdan 10 AZN-ə düşdü: Sübh tezdən dağdan yığılır - FOTO
Bugün, 11:30
Qızılın qiyməti düşdü: gümüş rekord həddə yaxınlaşır
Bugün, 11:00
Azərbaycanda bəzi peşələr üçün erkən pensiya tətbiq oluna bilər
Bugün, 10:30
ABŞ Tayvana silah satışını dayandırdı
Bugün, 10:00
Azərbaycan nefti büdcəni geridə qoydu: qiymət iki dəfəyə yaxın artdı
Bugün, 09:30
Bakıda sürücülərin işi çətinləşdi: Tıxac olan yollar
Bugün, 09:00
Milli Məclisin sədri MDB PA-nın Şura iclasında çıxış edib
Dün, 18:00
"Bakının Baş Planında əsas məsələ tıxacın azaldılmasıdır"
Dün, 17:30
Türk televiziya tarixində bir dövrün sonu: "Arka Sokaklar" 20 ildən sonra final edir
Dün, 17:00
Ölkəni ayağa qaldıran elan verildi - Hamı TƏŞVİŞ İÇİNDƏ
Dün, 16:30
Bu ölkədə təyyarədə narkotik daşımağa icazə veriləcək
Dün, 16:00
Umayra Tağıyeva: Təbiət ciddi təzyiq altındadır
Dün, 12:00
Bakı-Tbilisi qatarının qiyməti bəlli oldu
Dün, 11:30
İcra başçısı: "Gəncə təxminən 500 min nəfər əhali üçün inkişaf etdiriləcək"
Dün, 11:00
Artıq çəki və daimi yorğunluğun gözlənilməz səbəbi
Dün, 10:30
Yasda kütləvi zəhərlənmə
Dün, 10:00
Bakının mərkəzində milli geyimlərdə gəzinti-yürüş təşkil olunub - FOTO
Dün, 09:30
Kişinin mədəsindən qapı petləsi çıxarıldı
Dün, 09:00
Zakir Həsənov "EFES - 2026" təlimini izləmək üçün Türkiyəyə səfər edib
20-05-2026, 18:00
Prezident bir qrup şəxsə medal verdi - SİYAHI
20-05-2026, 17:30
Ucuz avtomobillər satışa çıxarılır: Qiymət 1500 manatdan başlayır - TAM SİYAHI
20-05-2026, 17:00
İlham Əliyev XRİTDX ilə bağlı FƏRMAN
20-05-2026, 16:30
Abşeronda yeni zibil poliqonu tikiləcək