İki müharibə Azərbaycanda tikinti bazarını “VURDU”

Tikinti xərclərində müşahidə olunan artımın yaxın aylarda da davam edəcək
Azərbaycan Qiymətləndiricilər Palatası 2026-cı ilin aprel ayı üzrə tikinti indekslərini açıqlayıb. Hesabata əsasən, bu ilin aprel ayında tikinti xərcləri 2025-ci ilin dekabrı ilə müqayisədə 6,8 faiz artıb. Tikinti bazarında əsas bahalaşma metal məhsulları, beton, sement və daxili təmir materialları üzrə qeydə alınıb. Ən ciddi qiymət artımı metal və beton məhsullarında müşahidə olunub. Ən stabil seqment isə maşın-mexanizm xərcləri hesab edilir.
Azərbaycanda tikinti materialları bahalaşdı
Hesabatda bildirilir ki, xüsusilə armatur, beton, laminat və parket, plastik pəncərələr, sendviç panellər və digər metal əsaslı məhsullar üzrə qiymət artımı davam edir. Bahalaşmanın əsas səbəbləri kimi idxal xərclərinin yüksəlməsi, logistika xərclərinin artması və tikinti sektorunda tələbin yüksək qalması göstərilir. Tikinti materialları arasında ən yüksək artım metal məhsullarında qeydə alınıb. Belə ki, bu sahə üzrə indeks baza dövrü ilə müqayisədə 111,5 bəndə yüksəlib. Beton və sement məhsulları üzrə göstərici 108,4, daxili təmir materiallarında 107,2, qapı-pəncərə sistemlərində 106, taxta materiallarında 105,8, dam örtüklərində isə 104,9 səviyyəsində formalaşıb.
Maşın-mexanizm seqmentində isə qiymət artımı digər istiqamətlərlə müqayisədə daha məhdud olub. Ekskavator xidmətləri üzrə indeks 104,2, beton pompası üzrə 103,8, kran xidmətləri üzrə isə 103,5 təşkil edib.
Palatanın qənaətinə görə, tikinti xərclərində müşahidə olunan artımın yaxın aylarda da bazar qiymətlərinə təsiri davam edəcək.
Qeyd edək ki, Azərbaycana tikinti materiallarının bir hissəsi Ukrayna və İrandan idxal olunur.
Azərbaycanda tikinti materialları ucuzlaşıb
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Orucun sözlərinə görə, tikinti materiallarının qiymətində artım son 5 ildə ardıcıl şəkildə davam edən bir prosesdir. Bu prosesin başlanğıcı Rusiya ilə Ukrayna arasında müharibə ilə əlaqəli olsa da, bahalaşmaya təsir edən səbəblər təkcə bununla məhdudlaşmır. “Geosiyasi münaqişələr logistika xərclərinin artmasına səbəb olur, daşınmada çətinliklər yaranır, müəyyən material çatışmazlığı müşahidə edilir. Bununla yanaşı, Azərbaycanda tikinti materiallarının idxalından asılılığın yüksək olması və yerli istehsalın bazardakı tələbatı tam ödəməməsi də qiymət artımının əsas səbəblərindən biridir. Eyni zamanda logistika və daşınma xərclərində də artım baş verir. Müharibələr və regional qarşıdurmalar daşınma prosesini çətinləşdirir və nəticədə xərclər yüksəlir. Digər tərəfdən, 30 ilə yaxın işğal altında olmuş ərazilərimizin azad edilməsindən sonra Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı infrastruktur və tikinti işlərinin aparılması tikinti materiallarına olan tələbatı ciddi şəkildə artırıb. Bu da ölkə daxilində qiymət artımına təsir göstərən əsas amillərdəndir. Bundan başqa, Bakı şəhərinin 2040-cı il Baş Planına uyğun olaraq qəzalı və istismar müddəti bitmiş binalar sökülür, onların yerində abadlaşdırma və yeni tikinti işləri həyata keçirilir. Bu proses də tikinti materiallarına tələbatı artırır və qiymətlərin yüksəlməsinə səbəb olur” deyə, o bildirib.
V. Oruc bildirir ki, işçi qüvvəsinin əməkhaqlarının, əməliyyat və gündəlik xərclərin artması da tikinti materiallarının qiymətinə təsir edən mühüm amillərdəndir: “Bununla yanaşı, makroiqtisadi proseslər - inflyasiya, manatın alıcılıq qabiliyyətindəki dəyişikliklər də həm materialların, həm də xidmət xərclərinin artmasına gətirib çıxarır. Nəticədə bu proses tikinti sektorunda ümumi bahalaşmanı sürətləndirir.
Ümumilikdə götürdükdə, materialların böyük hissəsinin idxal olunması, logistika problemləri, yerli istehsalın tələbatı tam ödəyə bilməməsi, həyata keçirilən iri infrastruktur layihələri və Bakı ilə yanaşı regionlarda aparılan geniş tikinti işləri bazarda tələbatı artırır. Tələb artdıqca isə qiymət artımı qaçılmaz olur. Qlobal bazarda da metal və tikinti xammalı üzrə bahalaşma prosesi gedir. Bu, yalnız Azərbaycana aid məsələ deyil. Dünyada metal və xammal qiymətlərinin artması həmin məhsulların ölkəmizə gətirilməsi və istehsalı zamanı əlavə xərclər yaradır. Layihələrin sayı artdıqca, abadlaşdırma və şəhərsalma istiqamətində yeni layihələr həyata keçirildikcə tikinti materiallarına tələbat da yüksələcək. Tələb yüksəldiyi üçün qiymət artımı da davam edəcək.
Ötən ilin müvafiq dövrü və ya ötən ilin dekabr ayı ilə müqayisədə açıqlanan rəqəmlər aidiyyəti qurumların statistik göstəriciləridir və onların ayrıca təhlil olunmasına ehtiyac var. Məsələn, əvvəlki hesabatlarda mənzil bazarı üzrə müəyyən faiz göstəriciləri təqdim olunsa da, tikinti materiallarında təxminən 6 faiz civarında qiymət artımı ilə bağlı rəqəmlər arasında tam uyğunluq görünmür. Bununla bağlı daha dəqiq izahı aidiyyəti qurum verə bilər.
Bizim hesablamalara görə, xüsusilə xaricdən gətirilən tikinti materiallarında logistika xərcləri və dünya bazarında metal, eləcə də digər tikinti xammallarının bahalaşması səbəbindən qiymət artımı təbiidir. Yerli istehsal isə əsasən enerji daşıyıcılarının qiyməti və inzibati qərarların təsiri ilə bahalaşır”.
Tikinti materiallari dam ortuk kreditle
Ekspert qeyd edir ki, yerli istehsal olunan bəzi tikinti materiallarında qiymətlər sabit qalıb, hətta müəyyən məhsullarda ucuzlaşma da müşahidə olunur: “Ümumilikdə isə bazarda əsas qiymət artımı daha çox xaricdən idxal olunan tikinti materiallarında hiss edilir.Yerli tikinti materiallarında da müəyyən bahalaşma olsa da, bu artım idxal məhsulları ilə müqayisədə daha aşağı səviyyədədir. Şəhərsalma layihələrinin genişlənməsi, tikinti sektorunun canlanması və bu sahəyə təşviq proqramlarının tətbiqi gələcəkdə də tikinti materiallarında qiymət artımını davam etdirə bilər. Burada əsas rol oynayan amillər makroiqtisadi proseslərdir. İnflyasiya, manatın alıcılıq qabiliyyəti, işçi qüvvəsinin xidmət haqlarındakı artım buna nümunədir. Məsələn, iki il əvvəl suvaq işi 4-5 manata görülürdüsə, indi həmin xidmətin qiyməti 8-10 manat civarındadır. Bu isə bəzi xidmətlər üzrə təxminən iki dəfə artım deməkdir. Ona görə də tikinti materialları və işçi qüvvəsinin xidmət haqları üzrə vahid qiymət artımı faizi müəyyənləşdirmək çətindir. Amma ümumi artımın olduğu və bunun davam edən proses olduğu aydındır. Əgər ölkədə iqtisadi fəallıq və tikinti sektorunda canlanma davam edərsə, tikinti materiallarında qiymət artımı da qaçılmaz olacaq”.
Bugün, 18:00
Bu ölkədə Nazirliyin binasında lifti düşdü - 7 nəfər xəsarət aldı
Bugün, 17:30
İki müharibə Azərbaycanda tikinti bazarını “VURDU”
Bugün, 17:00
Bu gün Bakıda keçirilən WUF13-ə yekun vurulur
Bugün, 16:30
Bu ölkə ilk dəfə olaraq süni yumurta YARATDI
Bugün, 16:00
Öz səhvini əsla qəbul etməyən 4 bürc: hər şeyi başqalarının üzərinə atırlar
Bugün, 12:00
Kilosuı 37 manatdan 10 AZN-ə düşdü: Sübh tezdən dağdan yığılır - FOTO
Bugün, 11:30
Qızılın qiyməti düşdü: gümüş rekord həddə yaxınlaşır
Bugün, 11:00
Azərbaycanda bəzi peşələr üçün erkən pensiya tətbiq oluna bilər
Bugün, 10:30
ABŞ Tayvana silah satışını dayandırdı
Bugün, 10:00
Azərbaycan nefti büdcəni geridə qoydu: qiymət iki dəfəyə yaxın artdı
Bugün, 09:30
Bakıda sürücülərin işi çətinləşdi: Tıxac olan yollar
Bugün, 09:00
Milli Məclisin sədri MDB PA-nın Şura iclasında çıxış edib
Dün, 18:00
"Bakının Baş Planında əsas məsələ tıxacın azaldılmasıdır"
Dün, 17:30
Türk televiziya tarixində bir dövrün sonu: "Arka Sokaklar" 20 ildən sonra final edir
Dün, 17:00
Ölkəni ayağa qaldıran elan verildi - Hamı TƏŞVİŞ İÇİNDƏ
Dün, 16:30
Bu ölkədə təyyarədə narkotik daşımağa icazə veriləcək
Dün, 16:00
Umayra Tağıyeva: Təbiət ciddi təzyiq altındadır
Dün, 12:00
Bakı-Tbilisi qatarının qiyməti bəlli oldu
Dün, 11:30
İcra başçısı: "Gəncə təxminən 500 min nəfər əhali üçün inkişaf etdiriləcək"
Dün, 11:00
Artıq çəki və daimi yorğunluğun gözlənilməz səbəbi
Dün, 10:30
Yasda kütləvi zəhərlənmə
Dün, 10:00
Bakının mərkəzində milli geyimlərdə gəzinti-yürüş təşkil olunub - FOTO
Dün, 09:30
Kişinin mədəsindən qapı petləsi çıxarıldı
Dün, 09:00
Zakir Həsənov "EFES - 2026" təlimini izləmək üçün Türkiyəyə səfər edib
20-05-2026, 18:00
Prezident bir qrup şəxsə medal verdi - SİYAHI
20-05-2026, 17:30
Ucuz avtomobillər satışa çıxarılır: Qiymət 1500 manatdan başlayır - TAM SİYAHI
20-05-2026, 17:00
İlham Əliyev XRİTDX ilə bağlı FƏRMAN