“Laçın yolu Azərbaycanın suveren ərazisidir”
Gündəm / Siyasət
Oxunub: 134
27 Tem 2023 | 18:16
“Laçın yolu Azərbaycanın suveren ərazisidir”


Bu gün Xarici İşlər Nazirliyində (XİN) nazir müavini Araz Əzimov tərəfindən ölkəmizdə akkreditə olunmuş diplomatik korpus üçün brifinq keçirilib.

XİN-dən verilən məlumata görə, Araz Əzimov, müharibədən sonra Azərbaycanın sülh təşəbbüsü ilə çıxış edən tərəf olduğunu, beynəlxalq hüquq norma və prinsiplərinə, ələlxüsus dövlətlərin suveren bərabərliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə uyğun şəkildə ikitərəfli əsasda Ermənistanla münasibətlərin normallaşmasına hazır olduğunu bəyan etdiyini diqqətə çatdırıb.

İlk gündən bu mövqeyin hər kəsə aydın olduğu və prosesin üç istiqaməti, yəni sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və regional kommunikasiyaların açılması istiqamətində həll yollarının danışıqlar masasında olduğu bildirilib.

Bu gün Azərbaycanın sülh niyyətinin ən aydın təzahürünün tərəfimizdən işğaldan azad olunmuş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, habelə iki ölkənin sərhədinə yaxın ərazilərdə tikilən hava limanlarının olduğu qeyd edilib. Bunun qarşılığında isə Ermənistanın erməni əsilli sakinlərin yaşadığı ərazilərimizdə hərbi təxribatlar törətməsinin, radiodalğalar ilə hava limanları vasitəsilə uçuşların həyata keçirilməsinə maneçilik törətməsinin bu ölkənin əsl niyyətini bəlli etdiyi diqqətə çatdırılıb.
Ətraflı

Sülh gündəliyi ilə bağlı Azərbaycan tərəfindən sərgilənən aydın mövqeyə baxmayaraq, Ermənistan tərəfindən heç bir beynəlxalq hüquq normasına və məntiqə sığmayan, əsası olmayan tələblərin irəli sürülməsi, Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərinin edilməsinin qəbuledilməz olduğu bildirilib. Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan tərəfindən rəsmi şəkildə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tanınması ilə bağlı bəyanatın verilməsinə baxmayaraq, əməldə Ermənistan tərəfindən atılan addımların birbaşa ərazi bütövlüyümüz və suverenliyimizə qarşı olduğu, ölkəmizin daxili işlərinə qarışmaq cəhdləri ilə müşayiət olunduğu diqqətə çatdırılıb. Bu xüsusda, atılan addımların normallaşma və sülh prosesini ləngitməyə, yeni böhranlar və sülhə xidmət etməyən müzakirələr yaratmağa hesablandığı və bu baxımdan sülhə deyil, Ermənistanın təhlükəli məqsədləri və gündəliyinə xidmət etdiyi bildirilib.

Laçın yolu ilə bağlı vəziyyətdən bəhs edən nazir müavini, hər şeydən əvvəl bu yolun da Azərbaycanın suveren ərazisinin tərkib hissəsi olduğunu vurğulayıb və bu xüsusda, Azərbaycanın öz ərazisində, öz vətəndaşlarının istifadəsi üçün sərhəd-keçid məntəqəsi təsis etdiyini bildirib. Beynəlxalq Ədalət Məhkəməsinin son qərarında da bu hüququn təsbit olunduğu diqqətə çatdırılıb. Bunu həzm edə bilməyən Ermənistan tərəfindən isə Azərbaycan sərhədçisinə atəş açıldığı, dövlət bayrağımıza qarşı təxribat törədildiyi, Laçın yolundan sui-istifadə hallarının davam etdirildiyi vurğulanaraq, Laçın yolundan istifadəyə məhdudiyyət törədən tərəfin Ermənistan olduğu diqqətə çatdırılıb. Azərbaycan tərəfindən tibbi məqsədlər ilə əlaqədar yoldan erməni sakinlərin istifadəsi üçün şərait yaradıldığı, daha çox məhsulların tədarükü üçün isə onların cəmiyyətimizə reinteqrasiyasına töhfə verə biləcək “Ağdam-Xankəndi” yolundan istifadənin təklif olunduğunu diqqətə çatdırıb.
Ermənistan tərəfinin isə bir tərəfdən yerli erməni əhalinin bu imkanlardan istifadəsinin qarşısını aldığı, digər tərəfdən isə “humanitar yardım” adı ilə nümayişkaranə şəkildə daxili işlərimizə müdaxilə etdiyi, yaradılan şoular ilə beynəxalq ictimaiyyəti yanlış yönləndirdiyi bildirilib. Vurğulanıb ki, Ermənistan tərəfi həqiqətən Azərbaycan ərazi bütövlüyünü dəstəkləyirsə, “Ağdam-Xankəndi” yolundan yüklərin daşınmasına etiraz etməməli və reinteqrasiya prosesinə maneçilik törətməməlidir.

Bu xüsusda, beynəlxalq ictimaiyyətin məsuliyyətinin vacibliyini qeyd edən nazir müavini, Ermənistan tərəfinin manipulyasiyalarına aldanıb bəyanatlar verməzdən öncə, sözügedən bəyanatların nəyə xidmət edəcəyinin düşünülməli olduğunu, habelə suverenlik və ərazi bütövlüyümüzə zidd addımlardan, o cümlədən yanlış terminologiyadan çəkinilməsinin vacibliyini vurğulayıb.

Sülh danışıqlarının təşkilində dəstək göstərən ölkələrə təşəkkür ifadə olunub, habelə beynəlxalq ictimaiyyət tərəfindən Ermənistana konstruktiv dialoqa sadiqlik göstərilməsinin izah olunmasının əhəmiyyəti qeyd edilib.
Dün, 18:00
İlham Əliyevlə Mehriban Əliyeva Cəbrayılda kəndin açılışını etdilər
Dün, 17:30
Bu kəndə köçənlərə 88 min manat verəcəklər - FOTO
Dün, 17:00
Talıb Tale Xəzər dənizindəki ilanları çəkib paylaşdı
Dün, 16:30
Tramp: Bu axşam Tehrandan cavab gözləyirəm
Dün, 16:00
Dələduzluq edən "vəkil" həbs olundu
Dün, 12:00
İlham Əliyev xanımı ilə müharibədə həlak olanların xatirəsini anıblar - FOTO
Dün, 11:30
Sabahın hava proqnozu: 28 dərəcə isti
Dün, 11:00
Xüsusi icra məmuru olmaq istəyənlər üçün test imtahanı keçiriləcək
Dün, 10:30
Bakıdakı UFC turnirinin biletləri satışa çıxarılır - TARİX AÇIQLANDI
Dün, 10:00
550 milyonluq sərvətindən övladlarına bir qəpik də miras qoymayacaq
Dün, 09:30
Ərəblər niyə sağdan sola, biz isə soldan sağa yazırıq: Maraqlı faktlar
Dün, 09:00
Faşizm üzərində qələbədən 81 il ötür
8-05-2026, 18:00
Bakıda yeni "trend" — Hətta varlılar da bu üsuldan istifadə edir
8-05-2026, 17:30
Başındakı problemə görə xəstəxanaya gedən uşağı sünnət etdilər — Ailəsi 5500 manat təzminat aldı
8-05-2026, 17:00
Onlar 100 min manatdan çox cərimələnib
8-05-2026, 16:30
Azərbaycanda insan alverinə görə tutulanların çoxu qadınlardır
8-05-2026, 16:00
Azərbaycanda 189 min nəfərə iş verilib
8-05-2026, 12:00
Bakıda yeni dəmiryol dayanacağı istifadəyə verildi
8-05-2026, 11:30
"Komedixana" bu obrazla rekord qırdı - "Bığlı gözəl" KİMDİR?
8-05-2026, 11:00
“Delikanlı” izləyicilərinə pis xəbər
8-05-2026, 10:30
Yeniyetməni zibil qutusuna atdılar, videoya çəkib yaydılar
8-05-2026, 10:00
Əməkdar artistin bacısının evi qarət olundu
8-05-2026, 09:30
İşdən qovulduqdan sonra zəngin olan 10 məşhur
8-05-2026, 09:00
Rusiya atəşkəs elan edib
7-05-2026, 18:00
Rüstəm Umerov Uitkoffla görüş üçün ABŞ-a gedir
7-05-2026, 17:30
Həkim Adil Qubadov vəfat etdi
7-05-2026, 17:00
Nevroloq telefondan çox istifadənin təhlükələrindən DANIŞDI