Rizvan Əliyev xalqının sevgi hissini qazanan iş adamıdır
Gündəm / Sosial
Oxunub: 260
11 Eyl 2023 | 14:02
Rizvan Əliyev xalqının sevgi hissini qazanan iş adamıdır

O da hər kəsə məlumdur ki, Azərbaycan xalqı tarixən özünün igid, mərd, qeyrətli, işgüzarlığı sevən, doğma xalqına bağlı olan, Vətənin hər qarış torpağını göz bəbəyi kimi qorumağa çalışan övladlarının qürurlu adları ilə fəxr edib, iftixar hissi də keçirib. Bəli, yaxın-uzaq tariximizin hər dönəmində xalqımıza başucalığı gətirən, qürurlu adları ilə hər kəs tərəfindən sevilən neçə-neçə Vətən övladları olub ki, onlar atdıqları addımları ilə şanlı tariximizdə silinməz izlər buraxıblar. Çünki, Azərbaycan xalqına məxsus yüksək insani keyfiyyət, əxlaqi və mənəvi dəyərlər, həmçinin digər müsbət göstəricilər var ki, bu da xalqımızın yüksək ad daşıyıcısı olduğunu sübuta yetirir. Unutmaq olmaz ki, xarakterik xüsusiyyətində sədaqətli, əliaçıq, səxavətli olmağı bacaran, həmçinin xalqının və doğma Vətəninin yolunda özünü sipər etməyə qadir olan övladları tarix az-az yetişdirsə də, onların içərisində mayak olanlar, məhz öz şəxsi keyfiyyətləri və cəmiyyətdə tutduqları mövqelərə görə seçilən olurlar. Haqqında bəhs etdiyimiz, hansı ki, əsl xalq məhəbbətini qazanan, xeyirxah əməlləri, yüksək insani keyfiyyəti, vətənpərvərlik hissinin coşqusu ilə xüsusi ad-san çıxaran vətən övladlarından biri də, Azərbaycan Respublikasının rayonları içərisində ərazisinin böyüklüyünə görə birinci yerdə olan, zəngin təbiəti və füsunkar gözəlliyi ilə hər kəsin diqqətini özünə cəlb edən, həmçinin böyük ustad aşıqları və saysız-hesabsız yaradıcı simalarının varlığı ilə adını dillər əzbəri edən, hal-hazırda isə sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu bildirilən, böyük Kəlbəcər torpağının Zağalar kəndində dünyaya göz açan, iki övlad atası Rizvan Arzuman oğlu Əliyevdir.

Bəli, yaxşı hal o olar ki, hər bir Adəm övladı yaşadığı ömür yollarında elə bir iz qoysun ki, həmin şəxsin barəsində söhbət düşərkən adı həmişə fəxrlə çəkilsin, hər kəs öz yanaşması ilə həmin şəxsə qarşı bəlli münasibətini ortaya qoymağı da bacarsın. Qeyd edək ki, Rizvan Əliyevin xeyirxah əməllərinin, atdığı addımlarının, verdiyi dəyərli məsləhətlərin, insanlara qarşı münasibətinin və s. əhəmiyyətini bu gün də hər kəs görür, lazımınca da dəyərləndirir. Əslinə baxsan, bu şəxsə qarşı yüksək insani münasibətin formalaşmasına əsas səbəb, ona göstərilən hörmət və ehtiramın nəticəsidir.

Ümumiyyətlə, Rizvan Əliyevin xarakterik xüsusiyyəti, yüksək insani keyfiyyətinin varlığı onu göstərir ki, hal-hazırda bu şəxsə qarşı hər kəsin xüsusi rəğbəti var. Düzdür, hər bölgədə, ayrı–ayrı şəhər və rayonlarda, kənd və qəsəbələrdə əksəriyyətin tanıdığı ağsaqqallar, imkanlı şəxslər, müəyyən qədər nüfuz sahibi olan insanlar var. Amma, etiraf etmək lazımdır ki, həmin şəxslər əksəriyyət tərəfindən tanınsalar da, heç də onların hər biri hər kəsin rəğbət hissini qazana bilmirlər. Çünki, həmin şəxslərdən bəziləri sahib olduqları və milyonlarla dəyərləndirilən var– dövlətlərini çox zaman şəxsi məqsədlərinin həllinə yönəldirlər. Belə insanlardan tamamilə fərqlənən Rizvan Əliyev isə, bu gün nəinki təmsil etdiyi bölgənin, hətta digər bölgə sakinləri tərəfindən də rəğbət hissi ilə qarşılanan Vətən oğludur. Əslində bu şəxs əksər imkansızlar, köməyə ehtiyacı olanlar, könülləri intzarda qalıb yol gözləyənlər üçün sanki bir dayaqdır, “sönməz məşəldir”. Unutmaq olmaz ki, bir sahibkar olaraq Rizvan Əliyevin fəaliyyəti hər zaman göz önündə olub və geniş ictimaiyyəti tərəfindən də daim qiymətləndirilib. Hal-hazırda bölgə sakinlərinin tam əksəriyyət Rizvan Əliyevin qürurlu adı ilə öyünür, onunla iftixar hissi keçirirlər. Çünki, bu şəxs indiyə kimi xeyirxah əməlləri, atdıgı addımları ilə yaşadığı ömür yollarında elə bir iz buraxıb ki, həmin iz müasir dövrümüzün bugünkü tarixinə birdəfəlik həkk olunub. Bəli, bu gün o, hər kəs üçün əzizidir, hər kəsin rəğbət bəslədiyi, hörmət göstərdiyi bir şəxsdir. Belə bir səbəbdəndir ki, vətənimizin sayılıb–seçilən övladlarından olan Rizvan Əliyevin adı el-oba arasında dillər əzbəridir. Gənc yaşlarından halal zəhmətlə çörək qazanmağa çalışan, özündə əsl insani keyfiyyətləri cəmləşdirən bu şəxsin ən ülvi amallar uğrunda yorulmadan çalışması, məhz Rizvan Əliyevin kamil bir şəxs olmasından xəbər verir. Bundan əlavə, bu şəxsin heç bir təmənna, hansısa maraq və məqsəd güdmədən Prezident İlham Əliyevə, dövlətimizə və dövlətçiliyimizə sadiq olması da, məhz hər kəsə bəlli olan həqiqətlərdir. Bundan əlavə, hal-hazırda Rizvan Əliyev iş adamı olsa da, bu gün də o, ölkə rəhbərinin yürütdüyü daxili iqtisadi siyasətə lazımınca dəstəyini ifadə edir. Unutmaq olmaz ki, bu şəxs Vətən müharibəsinin davam etdiyi vaxtlarda şəhid ailələrinə baş çəkmiş, şəhidlərin hüzr mərasimlərində iştirak etmiş, imkan daxilində onların ailələrinə, yaralı əsgər və zabitlərimizə, imkansız ailələrə, xəstələrə və s. müəyyən köməkliyini göstərmişdir. Bəli, bu şəxs şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına, aztəminatlı ailələrə və digər imtiyaz sahibi olanlara göstərdiyi diqqət və qayğını yenə də davam etdirməkdədir.

O halın varlığını da qeyd edək ki, bir sahibkar olaraq Rizvan Əliyevin bugünədək əldə etdiyi uğurlar təkcə onun deyil, bütövlükdə xalqımızın, dövlətimizin uğurlardır. Bəli, bu günün özü də bir tarixdir. Əgər hər bir vəzifə sahibi, iş adamı, yaxud da digər peşə sahibi olan hər kəs xalqı, dövləti üçün çalışarsa, özündə cəmləşdirdiyi potensialını bu yöndə səfərbər edərsə, deməli həmin şəxsin adı bugünkü tariximizə yazılacaq və illər keçsə də, həmin şəxs lazım olduğu qiymətini alacaq, xalqının sevgi hissini qazanmağı da bacaracaq. Faktdır ki, Rizvan Əliyev də belə şəxslərdən biridir. İnanırıq ki, bu şəxsin fəaliyyətinə bu gün olduğu kimi, məhz gələcəkdə də doğma xalqı tərəfindən lazım olan qiymət veriləcək, ən yüksək səviyyədə dəyərləndiriləcək.

Şahin ORUCOV
Dün, 18:00
Dəhşətli təhlükə: atom silahı illər sonra ilk dəfə açıq şəkildə “çıxış yolu” kimi
Dün, 17:30
Ukrayna cəbhəsindən acı xəbərlər: 4 həmyerlimiz öldü, 2-si itkin düşdü
Dün, 17:00
Qarabağda işçiləri qanunsuz çalışdıran şirkət CƏRİMƏLƏNDİ
Dün, 16:30
Sumqayıtda 17 yaşlı qız, Bakıda 33 yaşlı kişi binadan yıxılıb öldülər
Dün, 16:00
Bakıda obyektin qarşısındakı özəl parkinq müzakirə yaratdı - FOTO
Dün, 15:30
Bakıda "Kia" "BakuBus"la toqquşdu
Dün, 15:00
Dövlət rəmzlərini əyləncə üçün istifadə edənlər həbs oluna bilər – HÜQUQŞÜNAS - FOTO
Dün, 11:00
“Baku Electronics”ə məxsus mağaza bağlandı - GÖRÜNTÜLƏR
Dün, 10:30
Xameneinin səhhəti pisləşdi
Dün, 10:00
Rusiyada 3 azərbaycanlı barədə qərar verildi
Dün, 09:30
"Dəvə qutabı" satan obyektlərdə reyd keçirildi
Dün, 09:00
Napoleonun üzüyü muzeydə oğurlandı
19-12-2025, 18:00
Əli Əsədov qəzetlərlə bağlı mühüm QƏRAR İMZALADI
19-12-2025, 17:30
Bakıda məşhur xəstəxananın 26,5 milyondan çox vergi borcu var
19-12-2025, 17:00
Ramiz Mehdiyev Gültəkin Hacıbəyliyə “xidmətləri” qarşılığında nələr qazandırıb?— Milyonluq evlər, torpaq sahələri…
19-12-2025, 16:30
Meyxanaçı Kərim vəfat etdi
19-12-2025, 16:00
Kürdəmirdə 9-cu sinif şagirdini "tok" vurub
19-12-2025, 15:30
Somalidən gətirilən ət satış üçün deyilmiş – RƏSMİ
19-12-2025, 15:00
Bu vəsaitin 50 faizi polis əməkdaşlarına ayrılacaq
19-12-2025, 11:00
Milli Məclis bəyanat yayacaq
19-12-2025, 10:30
Ermənistan Azərbaycana konyak, kompot və mürəbbə sata bilər – TƏKLİF
19-12-2025, 10:00
Sumqayıtda hotel yanır
19-12-2025, 09:30
“Kənddən Şəhərə” Yeni il yarmarkası açılır
19-12-2025, 09:00
Prezident konqres iştirakçılarına müraciət etdi
18-12-2025, 18:00
Əli Əsədov qərar imzaladı
18-12-2025, 17:30
131 min manat mənimsəyən direktor: "Özümə əlavə dərs saatları yazdırdım"
18-12-2025, 17:00
Prezident fərman imzaladı